Məhkəmə qərarları › İş №2-1(118)-4100/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4100/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4100/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı7, İddiaçı5, İddiaçı9, X3, X11, İddiaçı1, İddiaçı4, İddiaçı6, X9, İddiaçı3, X12, X6, İddiaçı13, İddiaçı11 cavabdeh Aəzrbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 4/3-13113 nömrəli imtinasının qanunsuz və əsassız hesab edilməsi, müvafiq sənədlərin Nazirlər Kabinetinə göndərilməsi və iddiaçılar - İddiaçı10, İddiaçı7, İddiaçı5, İddiaçı9, X4 , X11, İddiaçı1, İddiaçı4, İddiaçı6, X9, İddiaçı3, X12, İddiaçı12, İddiaçı13 və İddiaçı11 müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı10 və digərləri yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar ərizələrində qeyd edir ki, Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 X15 -direktoru Sərvərov Əliyar tərəfindən xx.xx.2020-ci il tarixli 1538 nömrəli əmrə , Quba rayon Hərbi komissarlığının 12 oktyabr 2020-ci il 3206 nömrəli 224 nömrəli ezamiyyə vərəqəsinə həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 170 nömrəli arayışına və müvafiq olaraq digər iddiaçıların təqdim etdikləri sübutlara əsasən 44 günlük 2-ci Qarabağ müharibəsində Şəhid və yaralıların təxliyyə edilməsində yaxından köməklik göstərmiş müharibə iştirakçılarıdırlar. Bu fakt Fizuli rayon diaqnostika mərkəzi Füzuli MDM-in direktoru Ş.Şükürovun onları təltif etdiyi Fəxri Fərmanlarla, Azərbaycan Qarabağ müharibəsi əlilləri, vetranları və şəhid ailələri ictimai birliyinin vəsiqələri ilə də öz təsdiqi tapmışdır. İddiaçılar döyüşlər aparılan ərazilərdə müvafiq tibbi təxliyyə yolları üzərində müvəqqəti məntəqələrin yaradılması və onun işinin təşkilinin həyata keçirilməsi ilə əlaqədar döyüş bölgəsində iştiraka görə "Veteranlar haqqında Qanunun 7-ci maddəsinə və NK 26 fevral 2022-ci il tarixli 127 nömrəli sərəncamına əsasən AR Prezidentinin yaratdığı publik hüququ şəxslərə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında "Əsasnamə"yə əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə TƏBİB-ə çoxsaylı müraciətlər etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə də müraciət edərək müharibə veteranı adı verilməsini xahiş etmişdirlər. Lakin onların müraciətlərinə verilən 2 iyun 2022-ci il tarixli PHŞ-6/2-3605/2023 nömrəli cavabla - Azərbaycan Respublikası NK-nin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteran , silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında "Əsasnamə"nin tələblərinə uyğun olaraq qoşmada əlavə edilmiş siyahıda adları qeyd olunnan {iddiaçıların] əməkdaşlara dair müdafiə nazirliyinin hərbi hissələrinə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə və döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunmaları barədə müvafiq məlumatlar olmadığından "Müharibə veteran" adının vəsiqəsinin verilməsi məqsədilə razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd edilməklə qanunsuz imtina edilmişdir. Cavabdeh orqan qərarını Azərbaycan Respublikası Prezidentinin 10 vefral 2022-ci il tarixli və 29 dekabr 2022-ci il tarixli 3088 nömrəli Fərmanın 3.1.2-ci maddəsinə əsasən "Müharibə vetaranı adı verilməsi üçün siyahını NK-ə göndərilməsini qanunsuz olaraq məqsədəuyğun sayılmaması əsaslandırılmamışdır. Aşağıdakılara əsasən hesab edirlər ki, cavabdeh orqanın müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Nazirlər Kabinetinin 26 vefral 2022-ci il tarixli 127s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərə "Müharibə veternı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında "Əsasnamə"də Vətən müharibəsi dövründə həmin ərazilərdə ön cəbhədə fədəkarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısının təsdiqedici sənədlərlə birlikdə həmin şəxslərin ön cəbhədə yerinə yetirdikləri tapşırıqlara dair ətraflı arayış əlavə edilməklə on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılmışdır. Göstərişə əsasən sənədləri cavabeh orqana göndərilsə də döyüş aparan hərbi hissələrə göndərilmələri barədə məlumatlar olmadığından cavabdeh orqan özbaşına qanunsuz 29 dekabr 2022-ci il tarixli 3088 nömrəli Fərmanın 3.1.2-ci maddəsinə əsasən "Müharibə vetarını adı verilməsi üçün siyahını NK-ə göndərilməsini məqsədəuyğun hesab etməyib, bununla da iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında "Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmçinin Azərbaycan Respublikasının 2020-ci il sentyabr 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əmliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının Azərbaycan Respublikası Prezidentinin yaratdığı piblik şəxslərin əməkdaşları və mülki işçiləri "Vətən müharibəsi iştirkçısı" medalı ilə təltif edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Baş nazirinə verilmişdir. Yuxarıda qeyd olunan normativ hüquqi aktların mətnindən görünür ki, iddiaçıların ezamiyyə vərəqlərindən və əlavə edilən sübutlardan müəyyən edilir ki, müharibə zonasında Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik şəxslərin əməkdaşlara və mülki işcilərə NK-ə təqdim edilmiş arayışlar əsasında müharibə veteranı adı verilir. 10 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci hissəsinə əsasən "Müharibə vüteranı" adı verilmiş şəxslərin siyahısı, -əmakdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüqiqi şəxslərin və dövlətə məxsus digər hüququ şəxslərin təqdim etdiyi məlumatlar təsdiq olunaraq NK-ə təqdim olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılardan İddiaçı6 iştirak etməmiş, digər iddiaçılar məhkəmə iclasında işitrak etmişdir. Məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. İddiaçılar müharibə veteranı adı vəsiqəsi əldə etmək niyyətindədirlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçılar eyni tələblə inzibati orqana müraciət etməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar onlara müharibə veteranı adının verilməsinin istəsələr də bu barədə cavabdeh orqana müraciət etməmişdirlər. Belə ki, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 PHŞ-6/2- 3605/2023 saylı, 03 iyun 2023-cü il tarixli məktubunda qeyd edilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda apanlan döyüş əməliyyatları zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) X15 tabeliyində olan tibb müəssisələrində çalışan şəxslərə həmin döyüşlər aparılan ərazilərdə müvafiq tibbi təxliyə yolları üzərində müvəqqəti məntəqələrin yaradılması və onun işinin təşkilinin həyata keçirilməsi, o cümlədən digər tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq, “müharibə veteranı" adının verilməsi məsələsi ilə bağlı TƏBİB-ə çoxsaylı müraciətlər daxil olmuşdur. ...... Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” (TƏBİB) X15 tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan və aidiyyəti istiqamətdə ezam olunmuş şəxslərin müvafiq sənədləri onlara “müharibə veteranı” adının verilməsi məsələsinə baxılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 21 aprel 2022-ci il tarixli PHŞ/1 -2-2022-9479 nömrəli məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən 4/3-13113 nömrəli məktubda Nazirliyin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyada sözügedən məsələyə baxıldığı bildirilmişdir. Məktubda həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, qoşmada əlavə edilmiş siyahıda adlan qeyd olunan əməkdaşlara dair Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün döyüş bölgəsinə və döyüş əməliyyatları aparan hərbi hissələrə ezam olunmaları barədə müvafiq məlumatlar olmadığından onların adlı siyahısının “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədilə razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsinin məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir.” Göründüyü kimi iddiaçılar onlara müharibə veteranı adının verilməsi üçün həmin adı və vəsiqəni verən orqana müraciət etməmişlər. Qanunvericiliyin tələbi üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi şərti iddiaçının mümkünlük şərtlərinə aid edilmişdir ki, hazırki işdə iddiaçılar tərəfindən səlahiyyətli cavabdeh orqana müraciət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bir məqamada münasibət bildirməyi vacib sayır ki, dövlət orqanları arasında olan yazışmalar vətəndaşların öz hüqqlarının qorunması üçün iddia qaldırmağa əsas ola bilməz. İnzibati məhkəmələrdə formalaşmış təcrübədədə öhdəliyin icrası ilə bağlı iddialarda səlahiyyətli inzibati orqana müraciət edilməsi iddianın mümkünlük şərtiərindən biri kimi qəbul edilmişdir. İddiaçılara izah edilsin ki, məhkəmədə qaldıracaqları eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar