Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4104/2025 09.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 60 yaşın tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı 60 yaşın tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.1959-cu ildə anadan olmuşdur. Noyabr 1977-noyabr 1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Həmçinin fərdi sahibkar kimi 2004-2017-ci illərdə sahibkarlıq fəaliyyəti göstərmişdir. Bunu ********** saylı VÖEN təsdiq edir. xx.xx.1980-ci ildə "xxxx" MMC-nin Sumqayıt Telekomnukasiya Qovşağında radiolaşmanın elektrik mantyoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin sahədə 28 dekabr 2000-ci ilə qədər işləmişdir. Bunu ona məxsus olan ИТ İ № ******* saylı əmək kitabçası təsdiq edir. Sumqayıt Telekomnukasiya Qovşağında işlədiyi iş dövrü zərərli istehsal sahəsinə aiddir. AR Nazirlər Kabinetinin 1993-cü ilin 21 iyun tarixli, 320 saylı qərarına əlavə olunmuş 2 saylı əlavəyə və 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarına əsasən ‘Tadiolaşdırmanm elektrik montyorları” peşəsində işləyən şəxslər 2 nömrəli siyahıya əsasən 60 yaşı tamam olduğu tarixdə güzəştli əmək pensiyası hüququ əldə edir. Bunu Sumqayıt Telekomnukasiya Qovşağının xx.xx.2024-cü il tarixli, 3-27-108/57/2-653/2024 saylı arayışı təsdiq edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların Pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 Nsli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın rabitə bölməsində (30) qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçası və "Aztelecom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının ona dair 10 iyul 2024-cü il tarixli 3-27108/57/2-653/2024 nömrəli arayışında xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmayıb. Bununla əlaqədar, Sumqayıt Telekommunikasiya Qovşağındakı ış stajına aid məlumatlaıın dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Lakin müvafiq sorğumuza cavab olaraq göndərilmiş sözügedən müəssisənin 23 sentyabr 2024cü il tarixli 3-27108/57/2-917/2024 nömrəli məktubunda da qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olub-olmaması barədə heç bir məlumat göstərilməyib. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. İnzibati icraat materiallarının surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Telekommunikasiya Qovşağının 10 iyul 2024cü il tarixli, 3-27-108/57/2-653/2024 saylı arayışında qeyd edilmişdir ki, həqiqətən Sumqayıt Şəhərlərarası Rabitə Qovşağında (indiki adı Sumqayıt Telekommunikasiya Qovşağı) xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixədək radiolaşdırmanın el.montyoru vəzifəsində, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək radiolaşdırmanın el.montyoru vəzifəsində, xx.xx.1986-cı il tarixindən xx.xx.1991-ci ilə qədər radiolaşdırmanın el.montyoru vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixində ştatların ixtisarı ilə əlaqədar radiolaşdırmanın el.montyoru vəzifəsindən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü İ 21 iyun tarixli. 320 saylı qərarına 2№-li əlavəyə, 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına əsasən Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı əsasən “radiolaşdırmanın elektrik montyorları" güzəştli peşə hesab edilirlər. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Telekommunikasiya Qovşağının 17 iyul 2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sumqayıt Şəhərlərarası Rabitə Qovşağında (indiki Sumqayıt Telekommunikasiya Qovşağı) xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək radiolaşdırmanın elektrik montyoru və xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək radiolaşdırmanın elektrik montyoru vəzifəsində işləmişdir. Ştatların ixtisarı ilə əlaqədar İddiaçı xx.xx.2000-ci il tarixində radiolaşdırmanın elektrik montyoru vəzifəsindən azad edilmişdir. İddiaçı Sumqayıt Şəhərlərarası Rabitə Qovşağında çalışdığı radiolaşdırmanın elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndinə uyğundur. Peşə qrupu kodu: 2010100а—19827 İddiaçı şəxsi vərəqəsinin, məzuniyyət cədvəlinin surəti məktuba qoşma edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçası və "Aztelecom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının ona dair 10 iyul 2024-cü il tarixli 3-27108/57/2-653/2024 nömrəli arayışında xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1986-cı il və xx.xx.1986xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmayıb. Bununla əlaqədar, Sumqayıt Telekommunikasiya Qovşağındakı ış stajına aid məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Lakin müvafiq sorğuya cavab olaraq göndərilmiş sözügedən müəssisənin 23 sentyabr 2024-cü il tarixli 3-27108/57/2-917/2024 nömrəli məktubunda da qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olub-olmaması barədə heç bir məlumat göstərilməyib. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçının ümumi iş stajını toplaması işin mübahisələndirilməyən halıdır. Cavabdehin imtinasının qeyd edilən əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt Şəhərlərarası Rabitə Qovşağında (indiki Sumqayıt Telekommunikasiya Qovşağı) xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək radiolaşdırmanın elektrik montyoru və xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək radiolaşdırmanın elektrik montyoru vəzifəsində işləmişdir. Ştatların ixtisarı ilə əlaqədar İddiaçı xx.xx.2000-ci il tarixində radiolaşdırmanın elektrik montyoru vəzifəsindən azad edilmişdir. İddiaçı Sumqayıt Şəhərlərarası Rabitə Qovşağında çalışdığı radiolaşdırmanın elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndinə uyğundur. Peşə qrupu kodu: 2010100а—19827 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, sorğular verilmiş, məhkəməyə işəgötürənin müvafiq arayışları təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Təqdim edilmiş arayışların mötəbərliyini şübhə altına alan hallar məhkəmə tərəfindən müəyyən edilməmiş, cavabdeh tərəfindən qeyd edilən hallar təsdiqini tapmamışdır. Beləliklə, iş materialları ilə və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər, cəmi 20 il 6 ay, 12 gün) Cavabdehin imtinasının əsası – sözügedən arayışda qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olub-olmaması barədə hər hansı məlumatın qeyd edilməməsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçı radiolaşdırmanın elektrik montyoru vəzifəsində çalışmış, qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın rabitə bölməsində (30) telefon rabitəsinin elektrik montyoru vəzifəsində çalışan şəxslərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçıya 60 yaşdan pensiya təyin edilməklə Qanunun 32.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya ödənişi həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4104/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4104/2025
09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver