Məhkəmə qərarları › İş №2-1(118)-4107/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4107/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4107/2023 26.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı “Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 5A, mənzil 20-də yaşayan şəhid atası İddiaçı adına ayrılmış Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində ticarət obyektinin tikintisi məqsədi ilə 48 kv.metr torpaq sahəsinin planlaşdırılması və şəhərsalma əsaslandırılmasının uyğunluq rəyinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X3 1992-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, Xankəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Elə həmin ildən iddiaçı Sumqayıt şəhərinə gəlib burada məskunlaşmışdır. İddiaçı dolanışığını təmin etmək üçün Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş, ona Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində ticarət obyektinin tikintisi məqsədi ilə 48 kv.metr torpaq sahəsinin ayrılmasına dair rəy verilmişdir. Bütün aidiyyatı orqanlardan müsbət rəylər alınmışdır. Bir ildən sonra ona bildirilmişdir ki, yenidən Bələdiyəyə müraciət etməli, hərracdan və müsabiqədən keçməli, icra hakimiyyəti orqanlarının müvafiq rəylərini almalıdır. İddiaçı Prezident Adminstrasiyasında qəbulda olmuşdur. Bundan sonra ona Sumqayıt şəhər İcra Hakimiyyətindən zəng olunmuşdur ki, Sərəncamı götürsün. Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 199 saylı 21,04.2022-ci il tarixli sərəncamı ilə sahibkarlıq obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə qərar verilmişdir. Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yerləşən 48 kv.metr torpaq sahəsində sahibkarlıq obyektinin tikintisini başa çatdırmışdır. Bundan sonra Azərbaycan Respubikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Ərazi Tkinti -Planlaşdırma Mərkəzinə müraciət etmişdir ki, sənədləşməni başa çatdırsın. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.12-2-2022-1169 saylı cavabından sonra belə başa düşmüşdür ki, onlar iddiaçını get-gələ salmaqdan başqa bir ış görmürlər. Əlavə olaraq ona bildirilmişdir ki, yerləşmə planında göstərilən koordinatlar daxilində yerləşən 48 kvmetr torpaq sahəsində tikinti işlərinin aparılması ərazi tikinti planlaşdırılması baxımından şəhərsalma norma və qaydalara uyğun olmadığından ticarət tikintisi üçün şəhərsalma norma və qaydalarına uyğun ərazidə müvafiq torpaq sahəsinin seçilməsini və seçilmiş torpaq sahəsinə dair Torpaq Məcəlləsini 65-ci maddəsinin tələblərinə əsasən ARsı İqtisadiyyat Nazirliyi yaninda Dövlət Xidməti tərəfindən təsdiq edilmiş yerquruluşu və planı ilə birlikdə yenidən müraciət edilməsini tövsiyə edirlər. İddiaçı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə getmiş, lakin Memarlıq və Şəhərsalma İdarəsinin nümayəndəndələri ona köməklik göstərə biməyəcəklərini bildirmişdir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı ərizələrə Sumqayıt şəhər icra hakimiyyətində baxılmışdır. Bildirmişlər ki, “qaldırdığınız məsələ ilə bağlı bildirilir ki, yerli struktur olaraq Sizə torpaq sahəsinin ayrılmasına dair nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Tikinti işlərinin aparılmasının ərazi tikinti-planlaşdırma baxımından uyğun olmağına görə cavabdehlik Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin səlahiyyətlərinə daxil olduğundan aidiyyəti üzrə təkrar müraciət etməyiniz tövsiyə olunur.” Sonda ərizəsinə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsində baxılmışdır. Bu idarədən bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin «Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsində həyata keçirilməsinə dair tikinti niyyətinin müvafiq ərazisinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verilməlidir. Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 0,0048 ha torpaq sahəsində tikili mövcud olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazisinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəy alındıqdan sonra sənədləşdirmə işləri davam etdiriləcəkdir. Lakin, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, 12ci mikrorayon ərazisində ticarət obyektinin tikintisi məqsədilə 48 kv.m torpaq sahəsinin ayrılmasına dair rəy verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisinə ünvanladığınız müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildiririk ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən daxil olmuş məktuba qoşma edilmiş yerləşmə planında göstərilən koordinatlar daxilində yerləşən 48 kv.m torpaq sahəsində tikinti işlərinin aparılması ərazi-tikinti planlaşdırması baxımından şəhərsalma norma və qaydalarına uyğun olmadığından, ticarət obyektinin tikintisi üçün şəhərsalma norma və qaydalarına uyğun ərazidən müvafiq torpaq sahəsinin seçilməsini və seçilmiş torpaq sahəsinə dair Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş yerquruluşu planı ilə birlikdə yenidən müraciət etməyinizi məqsədəuyğun hesab edirik.Bununla əlaqədar olaraq,Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2021-ci il tarixli MİHO/2.1.2-2-2021-189 nömrəli məktubu ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-5640 nömrəli məktubu ilə Sumqayıt bələdiyyəsinə məlumat verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin cavabı süründürməçilikdən başqa bir şey deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin ayrılması ilə bağlı həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi məqsədilə iddia qaldırması absurddur və qanunvericilikdə onun bu hüququ təsbit edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən Komitənin rəyi alınmalıdır. Yəni belə bir iddianı ya müvafiq bələdiyyə ya da icra hakimiyyəti orqanı qaldıra bilər. İddiaçı öz iddiasında şəhərsalma əsaslandırmasının uyğunluq rəyinin rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəmişdir. Buda əsassız bir iddiadır. Çünki Mərkəzə iddiaçıya tikinti aparılmasına səlahiyyət verən torpaq sahəsində şəhərsalma əsaslandırması layihəsinin təsdiq edilməsi ilə bağlı müvafiq tikintiyə icazə verən qurumun müraciəti daxil olmamışdır. İddiaçı öz iddiasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsaslansa da əsası düzgün seçməmişdir. Belə ki, cavabdeh tərəfindən İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin (İnzibati mübahisələrin məhkəmə aidiyyəti) tələbinin pozulması qeyri-mümkündür. Çünki cavabdeh inzibati orqan deyildir və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Belə ki, İnzibati icraat haqqında qanuna əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür və “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2008-ci il tarixli 136 nömrəli Qərarında Ərazi Tikinti- Planlaşdırma Mərkəzi inzibati orqan kimi təsnifata daxil edilməmişdir. X1 Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçının arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması məhkəmədən tələb edilir. Bu tələbində hüquqi əsası düzgün müəyyən edilməmişdir. Çünki Məcəllənin 33.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ya inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, ya da cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda verilə bilər. Bu halda bir neçə sual yaranır: 1.Sual yaranır cavabdeh hansı inzibati aktı qəbul etməkdən imtina etmişdir? Bu sualın təbii ki, cavabı yoxdur. Çünki cavabdehin yuxarıda da qeyd edildiyi kimi inzibati akt qəbul etmək səlahiyyəti yoxdur və cavabdeh tərəfindən iddiaçıya münasibətdə verilən verilən xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-593 saylı və xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2- 2022-1169 saylı məktublar da imtina məktubu deyildir. Əksinə həmin məktubda qanunvericiliyin tələbləri sadalanmaqla, ticarət obyektinin tikintisi üçün şəhərsalma sənədlərinə uyğun ərazidən torpaq sahəsi seçilərək qanunvericiliyin tələblərinə uyğun şəkildə müraciət olunacağı təqdirdə rəyin verilməsi məsələsinə baxılacağı bildirilmişdir; 2.Sual yaranır cavabdehin hansı hərəkətsizliyi səbəbindən inzibati akt qəbul edilməmişdir? Bu sualın da, cavabı yoxdur. Cünki Məcəllənin 33.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Tutaq ki, məhkəmədə Məcəllənin 33.2-ci maddəsinin tələbinin pozulmasını öz əksini tapdı və məhkəmə cavabdeh üçün müddət təyin etdi. Bu norma necə və hansı formada tətbiq edilsin? Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanına əsasən cavabdehin göstərdiyi ödənişli xidmətlərin siyahısı təsdiq edilmişdir. Həmin xidmətlərin göstərilməsi üçün isə müqavilə bağlanılır və müvafiq xidmət haqqı ödənilir. Cavabdehin isə göstərdiyi müvafiq xidmətlərin siyahısında qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnəcək, yəni aidiyyəti tikintiyə icazə verən qurumun müraciəti daxil olmadan və layihə təqdim edilmədən rəyin verilməsi ilə bağlı xidmətin göstərilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnəcək rəyin verilməsi ilə bağlı xidmətin göstərilməsi proseduru mövcud olmadığından cavabdeh üçün müddətin tətbiq edilməsi göründüyü kimi mümkün deyildir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi və torpaq sahəsinin ayrılması ilə bağlı yerli icra hakimiyyətinin, bələdiyyənin təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, 48 kv metr torpaq sahəsində tikili mövcuddur və həmin torpaq sahəsində obyektin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 21 aprel 2022-ci il tarixli 199 nömrəli sərəncamı vardır. Tikili mövcud olan torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması ilə bağlı bələdiyyə tərəfindən prosedurlara başlanılması və həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməsi absurd və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, qanunvericilikdə tikinti mövcud olan torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən mülkiyyətində olan torpaqların istifadəsinə və mühafizəsinə nəzarət funksiyalarını həyata keçirən bələdiyyələr öz əraziləri daxilində torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməlidir. Sual yaranır əgər bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindəki tikintisi özbaşına və qanunsuz həyata keçirilmişdirsə onda bələdiyyə niyə müvafiq qanunun 23-cü maddəsinin tələbindən istifadə edərək tikinti işlərinin aradan qaldırılması üçün aidiyyəti müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməmişdir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Hesab edirlər ki, torpaq ayrılması prosedurlarına başlamaqla bələdiyyə tərəfindən qanunun bu maddəsinin tələbi pozulmuşdur. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların sənədləşdirilməsi və torpaq sahəsi üzərində hüquqlar "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qoyduğu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən: 1.1. yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər; 1.2. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Fərmanın tələblərindən göründüyü kimi və cavabdehin də etirazında qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən Komitənin rəyi alınmalıdır. Yəni belə bir iddianı ya müvafiq bələdiyyə ya da icra hakimiyyəti orqanı qaldıra bilər. Aidiyyəti tikintiyə icazə verən qurumun müraciəti daxil olmadan və layihə təqdim edilmədən rəyin verilməsi ilə bağlı xidmətin göstərilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus faktiki olaraq 48 kv metr torpaq sahəsində tikili mövcuddur və həmin torpaq sahəsində obyektin tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 21 aprel 2022-ci il tarixli 199 nömrəli sərəncamı vardır. Cavabdeh qeyd edir ki, qanunvericilikdə tikinti mövcud olan torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi rəy inzibati orqanlar arasında müəyyən edilmiş prosedur qaydalar ilə tənzimləndiyinə və tikintiyə başlamamışdan əvvəl tələb edildiyinə görə hazırkı iddia mümkün hesab edilə bilməz. İddiaçınin apardığı tikintisi başa çatdığına görə, o tikintinin istismara qəbul edilməsini tələb edə bilər. Bu kateqoriya tikililər üçün isə hazırda qüvvədə olan qanunvericiliyə əsasən xüsusi tənzimləmə mövcuddur.. Beləki, 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların sənədləşdirilməsi və torpaq sahəsi üzərində hüquqlar "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməli, iddiaçıya yuxarıda qeyd edilən fərman ilə nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etmə imkanı izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar