Məhkəmə qərarları › İş №2-1(118)-4107/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4107/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4107/2025 22.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus ünvan 2ndə yerləşən bələddiyyə sənədi torpağın onun daimi istifadəsi üçün verilməsinə dair bütün lazım olan sənədlərə sahib olduğunu nəzərə alaraq, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi ünvanında yerləşən 1704 kv.m torpaq sahəsində mövcud olan 1 mərtəbəli yaşayış evinin iddiaçının adına özəlləşdirilməsi, torpağa və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpağa dair plan-sxem sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus və hal-hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 1 aprel 2005-ci il tarixli, 108 saylı qərarı ilə Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə ayrılmış 1.704 kv.m torpaq sahəsinin və onun üzərində tikilmiş evin adına özəlləşdirilməsi, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçüşü sənədinin verilməsi tələbi ilə bağlı 20 may 2024-cü il tarixdə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. Əsas olaraq göstərilmişdir ki, Bilgəh bələdiyyəsi tərəfindən 1 aprel 2005-ci il tarixli, 108 saylı qərarı ilə Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsində 0,1704 ha torpaq sahəsi ayrıldığı halda, arxiv arayışı ərizəyə əlavə edilməmiş, alqı-satqı aktı müvafiq qaydada təsdiq olunmamış və Bilgəh bələdiyyəsinin yerquruluşu planından çıxarış (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) müvafiq qaydada tərtib və təsdiq edilməmişdir. Halbuki həmin torpaq sahəsi 2005-ci ildən etibarən iddiaçının faktiki istifadəsindədir və o, hal-hazırda həmin ərazidə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 26 fevral 2025-ci il tarixli, 3-21-3-02/2-2366/2025 nömrəli məktubundan görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 0,1704 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamına əsasən Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmaqla Bakı şəhərinin inzibati sərhədləri daxilində yerləşir. Abşeron Rayon İcra Hakimiyyətinin 27 fevral 2025-ci il tarixli, 5-29/2-555/2025 nömrəli məktubundan görünür ki, Bilgəh bələdiyyəsinin 1 aprel 2005-ci il tarixli, 108 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 1704 kv.m torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Cavabdehin 4 mart 2025-ci il tarixli, 3-21-3-32/2-3477/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan 0,1704 ha torpaq sahəsinin Abşeron Rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığı, keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində və Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, məhkəmə sorğularına gəlmiş cavab məktublarından işin Bakı İnzibati Məhkəməsinə aid olduğunun göründüyünü, bu səbəbdən də işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.” Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəf həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisə üzrə inzibati işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid olduğu üçün məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15-ci bənd). Məhkəmə nəzərə alır ki, zəruri konstitusiya hüquq qaydasının yaradılması məhkəmə hakimiyyətinin səmərəli fəaliyyət mexanizmindən asılıdır. Eyni zamanda, 2023-cü il 6 noyabr tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” Qərardadında qeyd olunmuşdur: “...

33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). ...” İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 8.1.1 və 34.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus ünvan 2ndə yerləşən bələddiyyə sənədi torpağın onun daimi istifadəsi üçün verilməsinə dair bütün lazım olan sənədlərə sahib olduğunu nəzərə alaraq, Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsi ünvanında yerləşən 1704 kv.m torpaq sahəsində mövcud olan 1 mərtəbəli yaşayış evinin iddiaçının adına özəlləşdirilməsi, torpağa və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin torpağa dair plan-sxem sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar