Məhkəmə qərarları › İş №2-1(118)-4108/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4108/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4108/2023 24.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İddiaçı əlilliyi yenidən müəyyən edildikdən sonra, onun ötürülmüş müddətdə daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi və ötürülmüş müddətə görə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1967-ci il tarixdə anadan olmuşdur. Hazırki iddia ərizəsi ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlıdır. Belə ki, 24 iyun 2006-cı il tarixdən 01 aprel 2021-ci il tarixədək Dövlət Sosial X6-Xızı regional filialında 2-ci qrup əlilliyə görə (ümumi xəstəlik) əmək pensiyası alan kimi qeydiyyatda olmuşdur. Aylıq pensiya məbləği 259 manat 78 qəpik təşkil etmişdir. Lakin 2021-ci ilin aprelindən pensiyası heç bir əsas olmadan kəsilmişdir. Bununla bağlı çox saylı müraciətlərdən sonra 29 sentyabr 2022-ci il tarixdən pensiyası yenidən bərpa edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi pensiyasının kəsilməsi üçün heç bir əsas olmamış, yenidən bərpa edilməsi də bunun göstəricisidir. Lakin pensiyası bərpa olunduqdan sonra ödənilməmiş pensiyaları ona ödənilməmişdir. Ödənilməli olan pensiya məbləği 4.156 manat 48 qəpik (16 (ay) X 259.78= 4.156 manat 48 qəpik.) təşkil edir. Bununla bağlı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun X2 və Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edilmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 07 aprel 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmin məktubun məzmunu aşağıdakılardan İbarətdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aberon-Xızı regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq sizə həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Məlumat üçün bildiririk ki, X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinizin xx.xx.2021-ci il tarixində bitidiyi üçün əlilliyə görə əmək pensiyanızın ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdi. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının siğorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın siğorta hissəsində qeydə alınan penisya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Eyni zamanda bildiririk ki, “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyiniz müəyyən edildiyi üçün əmək pensiyanızın ödənişi həmin tarixdən 268,61 manat (Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə) olmaqla bərpa edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü ilin yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddədinin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023- cü il tarixindən 285,27 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinə əsasən həmin tarixdən indeksləşdirilərək 327,21 manata çatdırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixdən sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddətdə daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, əlillik müddətiniz bitidiyi tarixdən 6 aydan çox (1 il 6 ay 26 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün sizə ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin » qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır” İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən verilmiş cavab məktubuna nəzər saldıqda ilk öncə görünür ki, məktubun ilk səhifəsində qeyd edilən halların müraciəti ilə heç bir aidiyyəti yoxdur, sadəcə olaraq cavab olsun deyə yazılmış aidiyyəti olmayan cümlələrdən ibarətdir. İkinci olaraq qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi 24 iyun 2006-cı il tarixdən 01 aprel 2021-ci il tarixədək Dövlət Sosial X6-Xızı regional filialında 2-ci qrup əlilliyə görə (ümumi xəstəlik) əmək pensiyası alan kimi qeydiyyatda olmuş, aylıq pensiya məbləği 259 manat 78 qəpik təşkil etmiş, 2021-ci ilin aprelindən pensiyası heç bir əsas olmadan kəsilmiş, çox saylı müraciətlərindən sonra 29 sentyabr 2022-ci il tarixdən pensiyası yenidən bərpa edilmiş, lakin pensiyası bərpa olunduqdan sonra ödənilməmiş pensiyaları ona ödənilməmiş, ödənilməli olan pensiya məbləği 4.156 manat 48 qəpik (16 (ay) X 259.78= 4.156 manat 48 qəpik.) təşkil etmişdir. Cavabdeh isə bildirmişdir ki, iddiaçının bu hüququ əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyi yenidən müəyyən edildiyi halda yaranacaqdır. Lakin əlilliyi 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa edildiyindən ötürülmüş müddəti tələb elmək hüququnun olmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası absurddur, belə ki, pensiyası kəsildikdən sonra tərəfindən dərhal yenidən əlilliyin təyin edilməsi üçün müraciət edilmişdir. Lakin təkrar qiymətləndirmə nəticəsində pensiya yenidən təyin edilsə də 6 aydan çox müddət keçdikdən sonra bərpa edilmişdir. İddiaçı xüsusilə qeyd edir ki, tərəfindən pensiyanın verilməsi dayandırılan kimi dərhal müraciət edilmişdir. Yəni bu hissədə hər hansı müddət müəyyən edilməmişdir. Lakin qiymətləndirmənin aparılması isə onun yox, dövlət orqanının səlahiyyətindədir. Yəni, başqa sözlə, əlilliyə görə pensiyanın təkrar ödənilməsi, qiymətləndirilməsi və s. digər hərəkətləri 6 aydan az və ya çox müddətdə edib-etməmək dövlət orqanının səlahiyyətindədir, iddiaçıdan tələb olunası heç bir hal yoxdur. O halda cavabdehin imtinası əsaslı olardı ki, pensiya bərpa olunduqdan sonra ötürülmüş müddəti tələb etmək üçün qanunla müəyyən edilmiş müddət olsun və həmin müddət tərəfindən ötürülsün. Lakin göründüyü kimi belə bir hal mövcud deyildir. Yəni, cavabdehin imtina kimi gətirdiyi müddətlə bağlı əsas məndən asılı olmayan haldır və bu hala görə onun müraciətindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, əlilliyə görə ödənilməmiş pensiyanın hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqanın cavab məktubunda iddiaçıya yeni müddətə əlilliyi olan şəxs kimi pensiyanın 29 sentyabr 2022-ci il tarixdən təyin edildiyi qeyd olunmuşdur. Bundan sonra İddiaçı “əlilliyə görə ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1,2-ci bəndinə əsasən Azərbaycan Respublikasında Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İddiaçıya "Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin xx.xx.2006- cı il tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. X1 Sisteminin Əlillik altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1 -cü maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEKin qərarının qəbul edildiyi tarixdən hesablanır. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydalarına əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş '‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən ‘‘Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşd ırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK- ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK- in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, "Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz." Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İddiaçının təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 06 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, İddiaçının qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə pensiyanın ödənilməsi tələbi əsaslı sayıla bilməz. İddiaçı təkrar əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik bərpa olunduğu üçün həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı əlilliyi yenidən müəyyən edildikdən sonra, onun ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi və ötürülmüş müddətə görə ödənilməli olan pensiya məbləğinin hesablanaraq ona ödənilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. İşin hallarından görünür ki, iddiaçıya əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. İddiaçı təkrar əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik bərpa olunduğu üçün həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Göründüyü kimi iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən növbəti əlillik statusunun verildiyi xx.xx.2022-ci il tarixə qədər 6 aydan çox vaxt keçmiş və ona qədər əlilliyin təyin edilməsindən səlahiyyətli orqanın imtinası mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqanın isə həmin dövrlərlə bağlı pensiya təyin etmək səlahiyəti qanunvericilkdə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməli, iddiaçıya hüquq müdafiə vasitləri izah edilməlidir. Belə ki, iddiaçı əlilliyin təyin edilmə vaxtı ilə bağlı Azərbaycan Respublikası Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə müraciət edə bilər. Həmin tələbləri uğurlu hesab edildiyi halda hazırkı iş üzrə cavabdeh inzibati orqandan əvvəlki dövrlərlə bağlı pensiya tələbi irəli sürə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar