Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-411/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində Sumqayıt şəhər İcra Komitəsinin Zəhmətkeş Deputatlar Şurasının 11 iyun 1965-ci il tarixli Protokol-Qərarı ilə atası X3 134-cü sahə nömrəsi ilə ayrılmış sahəsi 0,24 ha olan 3805 saylı bağ sahəsinə dair X2 adına icarə müqaviləsinin bərpa edilərək dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində Sumqayıt şəhər İcra Komitəsinin Zəhmətkeş Deputatlar Şurasının 11 iyun 1965-ci il tarixli Protokol-Qərarı ilə atası X3 134-cü sahə nömrəsi ilə ayrılmış sahəsi 0,24 ha olan 3805 saylı bağ sahəsinə dair X2 adına icarə müqaviləsinin bərpa edilərək dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İK ZDŞ-nin 11 iyun 1965-ci il tarixli 12 saylı Protokol- qərarına əsasən Novxanı ərazisində yerləşən sahəsi 580 ha olan torpaq sahəsinin Lenin adına AZ TZ işçiləri arasında) 894 adam) bölmək qərara alınmış və 134 saylı bağ sahəsi Sumqayıt şəhəri. Lenin küçəsi (indiki Azərbaycan), ev 19, mənzil 18-də yaşayan atası X3 verilmişdir. Həmin bağ sahəsi 1965-ci ildə atama təhvil verilmiş, həmin illər ərzində atası ölənə qədər ( ölüm tarixi 28.1 1.2005-ci il) onların istifadəsində olmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 -ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istıfadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin,fərdi,kollektiv və kooperativ çağların,dövlət çağçılıq təsərrüfatlarının idarəşiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçı da həmin qanun və sərəncamlardan yararlanaraq, vərəsəlik qaydasında həmin bağ sahəsinə vərəsəlik haqda şəhadətnamə almaq üçün sənədləri axtararkən bağa dair icarə müqaviləsini aşkar etməmişdir. Bu məqsədlə Bələdiyyəyə müraciət etmiş, lakin Bələdiyyədən ona rəsmi olaraq məlumat verildi ki, bağa dair müqaviləni aşkar etmək mümkün olmamamışdır. Bundan sonra o Dövlət Arxivinə müraciət edərək bağ sahəsi ayrılması barədə qərarı əldə etmişdir. Bələdiyyəyə müraciət edərək faktiki istifadəsində olan bağ sahəsinin mövqe planını çəkdir və məlum olmuş ki, onların bağdan əvvəlki bağ sahəsinin nömrələri 3803 və 3804, onların bağdakı bağ sahəsinin nömrəsi isə 3806-dır. Belə olan təqdirdə həm mövqe plananından, həm də peyk vasitəsilə çəkilmiş fotoşəkildən məlum olur ki, atasının adına olan bağ sahəsinin nömrəsi 3805-dir. Hazırda atası adına ayrılmış bağ sahəsinə dair icarə müqaviləsini əldə edə bilmədiyinə görə həmin bağ sahəsinə dair vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Çünki bağ sahəsinin atasının adına mülkiyyət kimi qeydə alınması üçün qərarla birlikdə bağ icarə müqaviləsi də tələb edilir. Bağ sahələri əvvəllər sumqayıt şəhər bağlar İdarəsinə tabe idi və bütün müqavilələrin surətləri həmin idarədə saxlanılırdı. Bələdiyyələr yarandıqdan sonra Bağlar İdarəsi Sumqayıt şəhər Bələdiyyəsinə keçmiş və bütün sənədlər Bələdiyyəyə təhvil verilmişdir. Bu məqsədlə o sumqayıt şəhər bələdiyyəsinə müraciət edərək atasına məxsus müqavilənin verilməsini xahiş etmişdir. Lakin bələdiyyə cavabında atasına məxsus bağa dair icarə müqaviləsi onlarda olmadığını bildirmişdir. Bundan sonra o bağ sahəsinin plan ölçüsünün tərtib edilməsi və onun ünvanının, nömrəsinin müəyyən ediliməsı üçün ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Ximdmətinə müraciət etmiş və həmin Xidmətin cavab məktubunda bildirildi ki, Bağ təsərrüfatı İdarələri ləğv edilmiş və onların arxivi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir və ona Reyestr Xidmətinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu məqsədlə o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdim və Həmin idarənin cavab məktubunda bildirildi ki, Bağ Təsərrüfatı İdarəsi ləğv edilərək arxivləri Sumqayıt bələdiyyəsində saxlanmışdır. Bağ icarə müqavalələrinin bir hissəsi müxtəlif vaxtlarda 2 saylı Ərazi İdarəsinə təhvil verilmiş, təhvil verilmiş arxiv sənədlərində atanım adına hər hansı bir torpaq sahəsinə dair icarə müqaviləsi aşkar edilməmişdir. Bundan sonra ona məlum oldu ki, atasına məxsus bağ sahəsinə dair müqavilə Bələdiyyənin arxivində qalmışdır. Ona görə də təkrarən Bələdiyyəyə müraciət edərək atasına məxsus bağ sahəsinə dair müqavilənin surətinin, bu aşkar edilməzsə arxiv sənədləri əsasında həmin bağ sahəsinin müqaviləsinin bərpa edilərək dublikatının ona verilməsini təmin etməlidirlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı və onun vəkili X7 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirılən torpaq sahəsinin iddiaçının mərhum atası X2 istifadəsinə ayrılmasında dair hər hansı torpaq icarə müqaviləsi mövcud deyildir. Bununla bağlı Sumqayıt Bələdiyyəsi iddiaçının müxtəlif vaxtlarda bələdiyyəyə ünvanlanmış müraciətlərinə verdiyi cavab məktublarında da öz mövqeyini bildirərək bələdiyyədə tələb olunan sənədlərin mövcud olmadığı qeyd edilmişdir. İddiaçının mərhum atasına məxsus olduğunu bildirdiyi bağ sahəsinə dair itirilmiş müqavilənin bərpa edilərək həmin müqavilənin dublikatının verilməsi barədə Sumqayıt Bələdiyyəsinə ünvanlanmış ərizəsinə cavab olaraq bildirilmişdir ki,adı çəkilən torpaq icarə müqaviləsi bələdiyyənin arxiv sənədlərində müəyyən edilməmişdir. Belə ki, Sumqayıt Bələdiyyəsində saxlanılan bağ sahələrinin arxiv sənədlərində mərhum X4 bağ torpaq sahəsinin ayrılması barədə hər hansı sənəd, o cümlədən Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Sahəsi ilə mərhum X5 arasında bağlanılmış bağ torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi aşkar olunmamışdır Bu səbəbdən iddiaçıya bildirilmişdir ki, mərhum atası X4 məxsus olduğunu iddia etdiyi bağ sahəsinə dair itirilmiş müqavilənin bərpa edilərək həmin müqavilənin dublikatının verilməsi barədə müraciətinin təmin olunması mümkün deyildir. Göründüyü kimi, iddiaçının tələb etdiyi sənədlərin mövcudluğu sübuta yetirilmədiyi halda, İddiaçı əsassız şəkildə mövcud olmayan torpaqayırma sənədlərinin dublikatının verilməsini Sumqayıt Bələdiyyəsindən tələb edir. İddiaçının Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Sahəsinin arxiv sənədlərinin bir hissəsinin bələdiyyə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməsi, bir hissəsinin, o cümlədən mərhum İddiaçı adına olduğu iddia edilən bağ torpaq sahəsinin arxiv sənədlərinin isə saxlanılaraq təhvil verilməsindən imtina olunması barədə yazdıqları həqiqəti əks etdirməyən bir iddiadır. Belə ki, bağ torpaq sahələrinin arxiv sənədlərinin mütləq əksəriyyəti tərəfimizdən adı çəkilən idarəyə təhvil verilmiş, kiçik həcmdə qalan digər sənədlərin də bağ torpaq sahələri sənədləşdirildikcə mütəmadi olaraq təhvil-təslimi həyata keçirilməkdədir. Lakin istənilən halda nə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmiş,nə də hələ Sumqayıt Bələdiyyəsində saxlanılan Sumqayıt şəhər keçmiş X6 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Sahəsinin arxiv sənədlərinin içərisində bağ torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair müvafiq torpaq icarə müqaviləsi və digər torpaqayırma sənədləri mövcud olmamışdır. Belə olan halda iddiaçının mövcud olmayan torpaq icarə müqaviləsinin dublikatının verilməsini Sumqayıt Bələdiyyəsindən tələb ertməsi qanuni və əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirdi ki, İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı Sumqayıt şəhəri, "Novxanı” bağlan sahəsində Sumqayıt şəhər İcra Komitəsinin Zəhmətkeş Deputatlar Şurasının 11 iyun 1965-ci il tarixli Protokol-Qərarı ilə atası X3 134-cü sahə nömrəsi ilə ayrılmış sahəsi 0,24 ha olan 3805 saylı bağ sahəsinə dair atası X2 adına icarə müqaviləsinin bərpa edilərək dublikatının verilməsi vəzifəsinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması barədə iddia ərizəsi əsassızdır və iddia tələbinin qüvvədə olan qanun normalarına zidd olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı atası X2 adına Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində Sumqayıt şəhər İcra Komitəsinin Zəhmətkeş Deputatlar Şurasının 11 iyun 1965-ci il tarixli Protokol-Qərarı ilə 134-cü sahə nömrəsi ilə ayrılmış sahəsi 0,24 ha olan 3805 saylı bağ sahəsinə dair icarə müqaviləsinin bərpa edilərək dublikatının verilməsini cavabdeh Sumqayıt Bələdiyyəsindən tələb edir. Lakin cavabdeh inzibati orqan bağ sahələrinə aid müvafiq sənədlərinin bələdiyyənin arxivində olmamasını bildirərək, iddianın təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan keçmiş bağ sahələrinə aid bütün hüquqmüəyyənedici sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq strukturlarına təhvil verilmişdir. Belə ki, 22.05.2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən keçmiş bağçılıq təsərrüfatı mülkiyyətində olan bütün torpaq sahələri (o cümlədən bütün arxiv sənədləri) rəsmi olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin balansına verilmişdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsi qeyd olunan müvafiq icra hakimiyyətinin hüquqi varisi deyil, ona görədə hazır ki, iddia tələbi üzrə cavabdeh olan Sumqayıt Bələdiyyəsi iddiaya cavab verməli olmadığına görə ona qarşı verilmiş iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində Sumqayıt şəhər İcra Komitəsinin Zəhmətkeş Deputatlar Şurasının 11 iyun 1965-ci il tarixli Protokol-Qərarı ilə atası X3 134-cü sahə nömrəsi ilə ayrılmış sahəsi 0,24 ha olan 3805 saylı bağ sahəsinə dair X2 adına icarə müqaviləsinin bərpa edilərək dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-411/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-411/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver