Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4124/2023 01.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “fiziki şəxs olaraq (VÖEN 4********) iddiaçıdan tutulmalı olan vergi borcu üzrə uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmaqla, cavabdehin xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubunda qeyd etdiyi dövlət büdcəsinə vergilər üzrə 2.778.87 manat əsas, 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0.59 manat faiz borcu kimi təsdiq edilməklə tərəfindən bu məbləğin dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “fiziki şəxs olaraq (VÖEN 4********) iddiaçıdan tutulmalı olan vergi borcu üzrə uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmaqla, cavabdehin xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubunda qeyd etdiyi dövlət büdcəsinə vergilər üzrə 2.778.87 manat əsas, 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0.59 manat faiz borcu kimi təsdiq edilməklə tərəfindən bu məbləğin dövlət büdcəsinə ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının bir müddət əvvəl fiziki şəxs olaraq adına VÖEN açılmış və aparılmış əməliyyat əsasında adına vergi borcu hesablanmışdır. 2023cü ilin mart ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Sumqayıt Kommersiya məhkəməsinə müraciət edilərək, 14.184,38 manat vergi borcu olmasını əsas gətirərək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmiş və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)- 436/2023 saylı qətnaməsi ilə ölkədən getmək hüququm müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra rəsmi qaydada vergi borcunun məbləğinin müəyyənləşdirilməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubla ərizəsinə cavab verərək bildirmişlər ki, dövlət büdcəsinə vergilər üzrə 2.778,87 manat əsas, 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0,59 manat faiz borcu var. Bir neçə gün əvvəl isə Quba rayon İcra şöbəsi tərəfindən ona zəng olunaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 15.185,63 manat tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edələrək onlara göndərilməsini və bu qərarın icra edilməsi barədə şifahi xəbərdar edilmişdir. Bundan dərhal sonra elektron qaydada vergi qurumuna müraciət etmiş və bu anlaşılmamazlığın aradan qaldırılmasını xahiş etmişdir. Lakin ona bir cavab verilməmişdir. Bu səbəbdən də, həmçinin qeyd edilən qərar barədə məlumatlandıqdan sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirilə bilməsi səbəbindən müddəti ötürməmək üçün artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2021-ci ildə 55.625 manat dövriyyəsi olmuş, bu dövriyyə üzrə hesablanmış vergi məbləği illik 20 faiz gəlir vergi dərəcəsi ilə hesablanmışdır. Əslində isə illik dövriyyəsi 200.000 manatdan az olduğuna görə ona 75 faiz güzəşt tətbiq edilməli idi. Bu güzəşt tətbiq edilmədiyindən hazırda vergi qurumu ondan 15.185,63 manat vergi borcu tələb edir. Göstərilənlərə əsasən hesab edirəm ki, ona qeyd edilən güzəşt tətbiq edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubunda qeyd etdiyi dövlət büdcəsinə vergilər üzrə 2.778.87 manat əsas 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0.59 manat faiz borcu kimi təsdiq edilməklə tərəfindən bu məbləğ dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olduqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı 2021-ci il ərzində ümumi 55625.00 manat dəyərində e-qaimə əsasən xidmətlər təqdim olunmuşdur. Lakin, 2021-ci ilin Gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********246200 nömrəli aşkar edilmiş kənarlaşma haqqında məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmamışdır. Göstərilənləri nəzərə alaraq 2021-ci ilin Gəlir vergisi bəyannaməsi üzrə aşağıdakı qaydada 11125 manat kameral hesablama aparılması təmin edilmişdir. (55625 x 20 %=11125 manat gəlir vergisi) (vergi ödəyicisi tərəfindən hesabat təqdim edilmədiyi üçün güzəşt nəzərə alınmamış və 20% dərəcə ilə vergi hesablanmışdır). Lakin araşdırma zamanı vergi ödəyicisinin mikro sahibkar olduğu müəyyən edilmiş və illik dövriyyəsinin 200 min manatdan az oduğu müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə kənarlaşma aradan qaldırılmaqla gəlir vergisi bəyannaməsi təqdim edilmişdir (75% güzəşt tətbiq edilməklə). Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixli **********985700 nömrəli məktubla müraciət edərək hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcları üzrə uyğunsusluqlar bütövlüklə aradan qaldırılmışdır. Hal-hazırda xx.xx.2023-cü il tarixinə İddiaçı dövlət büdcəsinə olan vergi borcu ümumilikdə, 3833, 16 manat təşkil edir (o cümlədən, vergilər üzrə 2818,87 manat və faizlər üzrə 1014,29 manat). Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd olunan halları qəbul etdiklərini, lakin icraata xitam verilməməsini və işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Sözügedən Qərarın 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Sözügedən Qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İnzibati iş materilları ilə müəyyən edilir ki, iddiaçı məhkəmədən “fiziki şəxs olaraq (VÖEN 4********) iddiaçıdan tutulmalı olan vergi borcu üzrə uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmaqla, cavabdehin xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubunda qeyd etdiyi dövlət büdcəsinə vergilər üzrə 2.778.87 manat əsas, 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0.59 manat faiz borcu kimi təsdiq edilməklə tərəfindən bu məbləğin dövlət büdcəsinə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazından aydın olur ki, iddiaçının tələbi cavabdeh orqan tərəfindən tam şəkildə təmin edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Hal-hazırdakı inzibati işdə iddiaçının qanunla qorunan hüquqları pozulmamış, iddiaçının tələbi cavabdeh orqan tərəfindən tam şəkildə icra edilmişdir və buna dair cavabdeh orqan tərəfindən məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Beləliklə, hazırkı işdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “fiziki şəxs olaraq (VÖEN 4********) iddiaçıdan tutulmalı olan vergi borcu üzrə uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmaqla, cavabdehin xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubunda qeyd etdiyi dövlət büdcəsinə vergilər üzrə 2.778.87 manat əsas, 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0.59 manat faiz borcu kimi təsdiq edilməklə tərəfindən bu məbləğin dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “fiziki şəxs olaraq (VÖEN 4********) iddiaçıdan tutulmalı olan vergi borcu üzrə uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmaqla, cavabdehin xx.xx.2023-cü il tarixli, **********905200 saylı məktubunda qeyd etdiyi dövlət büdcəsinə vergilər üzrə 2.778.87 manat əsas, 1.014,29 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 0.59 manat faiz borcu kimi təsdiq edilməklə tərəfindən bu məbləğin dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-4124/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4124/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver