Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4126/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı Hərrac Mərkəzi"nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli Protokolunun etibarsız sayılması və kredit borcunun ödənişi zamanı cavabdeh "xxxx" BOKT ASC-nin saxta hərrac keçirilməsini süni şəkildə təşkil etməklə onadan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun həqiqi məbləğindən 15365 manat məbləğində artıq aldığı pulun geriyə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı X2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı Hərrac Mərkəzi"nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli Protokolunun etibarsız sayılması və kredit borcunun ödənişi zamanı cavabdeh "xxxx" BOKT ASC-nin saxta hərrac keçirilməsini süni şəkildə təşkil etməklə onadan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun həqiqi məbləğindən 15365 manat məbləğində artıq aldığı pulun geriyə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi yardım məqsədilə məhkəməyə çağrılmış iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, iddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətininin hərəkətlərindən narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın "xxxx" MMC və "xxxx" BOKT ASC-yə qarşı yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, inzibati orqanların iddiaçı qismində iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulur. Qeyd olunan Məcəllənin müvafiq fəsilləridə iddiaçı qismində inzibati orqanların cavabdeh qismində müəyyən hüquqi şəxslərə qarşı iddia tələbi nəzərdə tutulub. Hesab olunur ki, İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulmayan hüquqi şəxslərə qarşı inzibati orqanların iddia tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Başqa sözlə desək hər hansı bir inzibati orqanın nəznidə olmayan "xxxx" MMC qarşı yaranmış mübahisənin əsası mülki hüquq münasibətlərindən qaynaqlanırsa həmin mübahisəyə inzibati icraat qaydasında baxılması mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə qarşı “Bakı Hərrac Mərkəzi"nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli Protokolunun etibarsız sayılması və kredit borcunun ödənişi zamanı cavabdeh "xxxx" BOKT ASC-nin saxta hərrac keçirilməsini süni şəkildə təşkil etməklə onadan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun həqiqi məbləğindən 15365 manat məbləğində artıq aldığı pulun geriyə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-4126/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4126/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver