Məhkəmə qərarları › İş №2-1(118)-4130/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4130/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4130/2025 02.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ünvan 1 ünvanda 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 12-ci döngə, 7 saylı ünvanda tikiləcək yaşayış binasının tikintisinə icazə verilmiş və tikiləcək yaşayış binasının eskiz lahiyyəsi, işçi lahiyyəsi və şəhərsalma əsaslandırılması hazırlanmışdır. Sözügedən tikiləcək yaşayış binasına dair "Azərdövlətlahiyyə" Dövlət Baş Lahiyyə İnstitutu Mühəndisi-Geoloji Mərkəz tərəfindən xx.xx.2016-cı il tarixli, 06-9500 nömrəli RƏY verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-i tərəfindən xx.xx.2016-ci il tarixli, YTNƏŞ-0884 saylı RƏY verilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X3 Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 22118 nömrəli RƏY verilmişdir. Yuxarda adları qeyd olunan sənədlərin hazırlanması, təsdiq olunması və bizə təqdim əldə olunması 2017-ci ilin sonlarında başa çatmışdır. Bu illər ərzində vəsait əldə olunaraq tikiləcək yaşayış binasının katlavanı qazılmış və bəzi bərkitmə işləri aparılmışdır. Sonradan isə pandemiya ilə əlaqədar işləri dayandırılmış və 2020-ci ilin sonlarında təkrar işə başlamışdırlar. Lakin Abşeron rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şifahi olaraq bildirmişdir ki, yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə onların vasitəsi ilə təqdim olunmalıdır. Bundan sonra, yəni 2021-ci ilin əvvəlində tikiləcək yaşayış binasının sənədləri Abşeron rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına (memarlıq şöbəsinə) təqdim olunmuşdur. Bir il altı ay gedib gəldikdən sonra, həmin əməkdaş özləri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vermək üçün küllü miqdarda vəsait tələb etmişdir. Təbii ki, həmin vəsaiti verməkdən imtina edib 2022-ci ilin ortalarından rəsmi məktubla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər ünvanlamışdırlar. Dəfələrlə edilmiş müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və iradlarla cavablandırılmışdır. Bütün iradları aradan qaldırdıqdan sonra təkrar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdirlər. Növbəti, yəni 31,05.2024-cü il tarixli M-05/Ş nömrəli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir ay on doqquz gündən sonra cavablandırmış, lakin sənədlərdə heç bir irad tapa bilmədiyi üçün Abşeron rayon İcra hakimiyyətinə müraciət etməyi tövsiyə etmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ünvanladığı 19 iyul 2024-cü il tarixli, 3-35/2- 4645/2024-cü il tarixli məktubunda qeyd olunub ki, “Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 55 s nömrəli Sərəncamı ilə tikintisinə icazə verilmiş 7 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Bu səbəbdən, Azəribaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən sözügedən tikintiyə icazə sənədi öz qüvvəsini itirmişdir. Qeyd olunanları nəzərə alaraq, tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına yenidən müraciət edilməlidir”. Halbu ki, 2014-cü il tarixdən-2018-ci il tarixədək tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sənədləşmə işləri görülmüşdür. Digər tərəfdən tikiləcək yaşayış binasının katlavanı qazılmış və bəzi bərkitmə işləri aparılmışdır. Beləliklə cavabdehin iradını aradan qaldırmaq üçün Abşeron Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmiş, 22 iyul 2024-cü il tarixli № RİH/M-02 saylı müraciət Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılmış və 27 avqust 2024-cü il tarixli 5- 29/2-401/2024 saylı məktubla cavablandırılmışdır. Həmin məktubda Abşeron Rayon İcra Hakimiyyəti qeyd edir ki, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77ci maddəsinə əsasən qanunamüvafıq qaydada tikinti müddətinin uzadılması Tikintilərin Dövlət Reyestrində qeydə alındıqdan sonra Sizin məsələyə yenidən baxıla bilər” Ən təəccüblü hal ondan ibarətdir ki, cavabdehin iradına əsasən əldə olunan Abşeron Rayon İcra Hakimiyyətinin cavabı məktubu ilə birlikdə xx.xx.2024-cü il tarixli M-07/Ş nömrəli məktubla təkrar cavabdehə müraciət etmiş, lakin cavabdeh 24 sentyabr 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, sözügedən məsələ ilə bağlı 19 iyul 2024-cü il tarixli, 3- 35/2-4645/2024-cü il tarixli məktub ilə sizə məlumat verilmişdir. Hesab edirlər ki, 2014-cü il tarixdən-2018-ci il tarixədək tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sənədləşmə işləri aparıldığından və tikiləcək yaşayış binasının katlavanın hazır olması səbəbindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsindən imtina olunmasına tədbiq oluna bilməz. Çünki, tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sənədləşmə işləri aparılmış və tikiləcək yaşayış binasının katlavanı tam hazırlanmışdır, Təqdim olunancaq foto şəkillərdən də görünür ki, keçən müddət ərzində tikinti işləri başlanılmış və tikiləcək yaşayış binasının katlavanı tam hazırlanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014cü il tarixli Sərəncamına əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti, 12-ci döngə, 7 nömrəli ünvanda tikiləcək yaşayış binasının tikintisinə icazə verilmiş və tikiləcək binanın eskiz layihəsi, işçi layihəsi və şəhərsalma əsaslandırılması hazırlanmış, bununla əlaqədar müvafiq rəylər alınmış, habelə binanın təməli artıq qoyulmuşdur. İddiaçı sözügedən yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, bununla bağlı imtina almışdır. Buna görə də, iddiaçı hazır ki iddia ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirlər ki, iddia tələbi qanunsuz və əsassızdır: 1. İddia ərizəsində göstərilən tələbin faktiki və hüquqi əsası yoxdur növbədə görə ki, iddiaçının xx.xx.2023-cü il tarixli ilkin müraciətindən sonra Komitədə aparılan inzibati icraat zamanı iddiaçının təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, ƏMDK-yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********85-12301 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi X1 adına rəsmiləşdirildiyi halda, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 55s nömrəli Sərəncamı ilə sözügedən torpaq sahəsində X7 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bu hal iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3- 35/2-440/2023 nömrəli məktubda göstərilmişdir. Həmçinin qeyd olunan məktubla əlavə olaraq iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci yarımbəndinə uyğun olaraq tikinti obyektinin əsas tikinti göstəriciləri (layihə üzrə) Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. 2. İddiaçı xx.xx.2023-cü il tarixli Komitəyə müraciəti ilə yenidən eyni tələblə çıxış etmişdir. Bu müraciətinə cavab olaraq Komitənin xx.xx.2023cü il tarixli 3-35/2-7260/2023 nömrəli məktubu ilə ona əlavə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.1-ci maddəsinin tələbləri izah edilərək bildirilmişdir ki, sənaye, rabitə nəqliyyat, ticarət ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan torpaq sahəsinin yaşayış məqsədi üçün istifadə edilməsi yolverilməzdir. Belə ki, bunun üçün həmin torpaq sahəsinin müvafiq kateqoriyaya keçməsi zəruri idi lakın həmin vaxt torpaqların təyinatı yaşayış məntəqə torpaqları deyildir. Ümumiyyətlə iddiaçıya aid qeyd olunan ərazidə 0.39014 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2014-cü il tarixli mülkiyyət hüququna dair ilkin Çıxarış da torpağın təyinatı yaşayış məntəqə torpağı olması qeyd olunmur. Belə ki, həmin çıxarış üzrə torpaq sahəsində inzibati, yardımçı, anbar və gözləmə binalarının olması qeyd edilir. Həmçinin, iş materiallarında olan X2 aid **********99-06301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli 0.1097 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışda, habelə Zaman Paşayevə məxsus **********6 reyestr nömrəli 0.2822 ha torpaq sahəsinə mülkiyyət hüququna xx.xx.2021-ci il tarixli Çıxarışda torpaqların təyinatı sənaye, rabitə nəqliyyat, ticarət ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün nəzərdə tutulmuş torpaqlar kimi qeyd olunmuşdur. Hər iki torpaq sahəsinin təyinatı yalnız 2024-cü ilin fevral ayında dəyişərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilmiş və yeni mülkiyyət hüququna dair çıxarış verilmişdir. Deməli, buradan belə bir nəticə hasil olur ki, həmin tarixinədək iddiaçının cavabdeh inzibati orqana müraciəti zamanı torpağın təyinatı ilə bağlı cavabdeh iddiaçıya iradında haqlı olmuşdur. 3. Bundan əlavə iddiaçıya imtinanın əsası kimi ən vacib hal tikintiyə icazə müddətinin ötürülməsi ilə bağlıdır. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixli M-05/Ş nömrəli müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələbindən irəli gələrək tikintiyə verilən icazədən qanunla müəyyən edilmiş 3 il müddətin keçməsi cavabdeh tərəfindən iddiaçının diqqətinə çatdırılmışdır. Beləliklə qeyd olunan nöqsanlar aradan qaldırılmadan, həmçinin tikintiyə dair icazənin verilməsindən 3 il keçməsi nəzərə alınaraq iddiaçının müraciətində əks olunan tələbin icrasından haqlı olaraq imtina edilmişdir. Lakin, Məhkəmənin diqqətinə xüsusi olaraq çatdırırıq ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamı məhz fərdi yaşayış evinin tikintisini nəzərdə tutur. Çünki, sözügedən Sərəncamın bütün bəndlərində məhz 7 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı müddəalar əks olunmuşdur. Belə ki, iddianın mahiyyətindən və iddiaçının məhkəmədə verdiyi izahatdan bəlli olur ki, onun inşa etdirmək istətdiyi tikili kommersiya məqsədi ilə inşa edilmiş və müxtəlif vətəndaşlara satılaraq gələcəkdə onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulan çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Bu səbəbdən, inşa ediləcək tikilinin təyinatını fərdi yaşayış evi kateqoriyasına aid etmək olmur. Bundan əlavə, inşa ediləcək tikilinin layihəsindən də bəlli olur ki, həmin tikiliyə dair tələblər, qanunvericiliklə müəyyən olunmuş fərdi yaşayış evi üçün nəzərdə tutulan tikinti norma və tələblər ilə uzlaşmır ona görə ki, inşa olunacaq tikiliyə dair müvafiq layihə məhz çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının texniki norma və tələblərinə uyğun hazırlanmışdır. Beləliklə sözügedən tikilinin inşa edilməsində niyyət fərdi yaşayış evi yox, məhz çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirməkdən ibarətdir. Bu hal isə tikinti işlərinin bağlanmasını nəzərdə tutan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına tələbinə uyğun deyil. Fərdi yaşayış evinə dair qanunvericiliyin tələbi: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 23 noyabr 2023-cü il tarixli 3-35/3-2- 6/2023 nömrəli qərarı ilə təsdiq edilmişdir. X10. Layihələndirmə normalarının 3-cü bəndində qeyd olunur: 4. Əsas Anlayışlar: Fərdi yaşayış evi - yerüstü mərtəbələrin sayı 3dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi; Deməli buradan belə nəticəyə gəlinir ki, iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad olunan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamında qeyd olunanlar, 2012-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbi ilə uzlaşmır. Qeyd olunan Məcəllənin hüquqi qüvvəsinin Sərəncamdan daha üstün olduğunu nəzərə alaraq, həmin Sərəncam özlüyündə hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Bu səbəbdən iddiaçının iddia tələbinin hüquqi və faktiki əsası olmadığın iddia rədd olunması üçün əsaslar vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin etirazına münasibətində qeyd etmişdir ki, üzrə iddia ərizəsinə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən etiraz verilmişdir. Həmin etirazda aşağıdakılar qeyd olunmuşdur: “1. İddia ərizəsində göstərilən tələbin faktiki və hüquqi əsası yoxdur növbədə görə ki, iddiaçının xx.xx.2023-cü il tarixli ilkin müraciətindən sonra Komitədə aparılan inzibati icraat zamanı iddiaçının təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, ƏMDKyanında DƏDRX tərəfindən verilmiş 14.1 1.2014-cü il tarixli **********85-12301 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi X1 adına rəsmiləşdirildiyi halda, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 28.1 1.2014-cü il tarixli 55s nömrəli Sərəncamı ilə sözügedən torpaq sahəsində X7 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bu hal iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-35/2-440/2023 nömrəli məktubda göstərilmişdir. Həmçinin qeyd olunan məktubla əlavə olaraq iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalarf’nın 3.1.1-ci yarımbəndinə uyğun olaraq tikinti obyektinin əsas tikinti göstəriciləri (layihə üzrə) Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir”. Halbu ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 12-ci döngə, 7 saylı ünvanda tikiləcək yaşayış binasının tikintisinə icazə verilmiş və tikiləcək yaşayış binasının eskiz lahiyəsi, işçi lahiyyəsi və şəhərsalma əsaslandırılması hazırlanmışdır. Sözügedən tikiləcək yaşayış binasına dair “Azərdövlətlahiyə” Dövlət Baş Lahiyyə İnstitutu Mühəndisi- Geoloji Mərkəz tərəfindən xx.xx.2016-cı il tarixli, 06-9500 nömrəli RƏY verilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-i tərəfindən xx.xx.2016-ci il tarixli, YTNƏŞ-0884 saylı RƏY verilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi X3 Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 22118 nömrəli RƏY verilmişdir. Cavabdehə edilmiş müraciətlər zamanı adları yuxarda qeyd olunan sənədlərlə birlikdə tikinti obyektinin əsas tikinti göstəriciləri (layihə üzrə) Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilmişdir. Həmçinin, sənədləşmə zamanı tikiləcək bina üçün nəzərdə tutulan torpaq sahəsinin bir hissəsi X7 məxsus olmuşdur. Həmin Etirazda qeyd olunub: “2. İddiaçı xx.xx.2023-cü il tarixli Komitəyə müraciəti ilə yenidən eyni tələblə çıxış etmişdir. Bu müraciətinə cavab olaraq Komitənin xx.xx.2023cü il tarixli 3-35/2-7260/2023 nömrəli məktubu ilə ona əlavə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.1-ci maddəsinin tələbləri izah edilərək bildirilmişdir ki, sənaye, rabitə nəqliyyat, ticarət ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan torpaq sahəsinin yaşayış məqsədi üçün istifadə edilməsi yolverilməzdir. Belə ki, bunun üçün həmin torpaq sahəsinin müvafiq kateqoriyaya keçməsi zəruri idi lakın həmin vaxt torpaqların təyinatı yaşayış məntəqə torpaqları deyildir. Ümumiyyətlə iddiaçıya aid qeyd olunan ərazidə 0.39014 ha torpaq sahəsinə dair verilmiş 14.1 1.2014-cü il tarixli mülkiyyət hüququna dair ilkin Çıxarış da torpağın təyinatı yaşayış məntəqə torpağı olması qeyd olunmur. Belə ki, həmin çıxarış üzrə torpaq sahəsində inzibati, yardımçı, anbar və gözləmə binalarının olması qeyd edilir. Həmçinin, iş materiallarında olan X2 aid **********99- 06301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli 0.1097 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışda, habelə Zaman Paşayevə məxsus **********6 reyestr nömrəli 0.2822 ha torpaq sahəsinə mülkiyyət hüququna xx.xx.2021-ci il tarixli Çıxarışda torpaqların təyinatı sənaye, rabitə nəqliyyat, ticarət ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün nəzərdə tutulmuş torpaqlar kimi qeyd olunmuşdur. Hər iki torpaq sahəsinin təyinatı yalnız 2024-cü ilin fevral ayında dəyişərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilmiş və yeni mülkiyyət hüququna dair çıxarış verilmişdir. Deməli, buradan belə bir nəticə hasil olur ki, həmin tarixinədək iddiaçının cavabdeh inzibati orqana müraciəti zamanı torpağın təyinatı ilə bağlı cavabdeh iddiaçıya iradında haqlı olmuşdur”. Halbu ki, tikinti aparılacaq torpaq sahəsi Xırdalan şəhərinin genplanına əsasən yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuş və buna görədə yerli İcra Hakimiyyəti həmin ərazidə yaşayış binasının tikintisinə dair sərəncam vermişdir. Cavabdeh tərəfindən qeyd olunan irad bizə bildirdikdən sonra aidiyyəti üzrə müraciət etmişik və sözügedən torpaq sahəsinin sənədlərində cari dəyişiklik edilmiş və bununla da cavabdeh tərəfindən edilmiş irad tam aradan qalxmışdır. Hamıya məlumdur ki, hər hansı bir torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ancaq Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir, belə bir qərar olmamışdır və cavabdehdə hər hansı bir sübut varsa buyursun məhkəməyə təqdim etsin. Yenə də, Etirazda qeyd olunub: "3. Bundan əlavə iddiaçıya imtinanın əsası kimi ən vacib hal tikintiyə icazə müddətinin ötürülməsi ilə bağlıdır. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixli M-05/Ş nömrəli müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələbindən irəli gələrək tikintiyə verilən icazədən qanunla müəyyən edilmiş 3 il müddətin keçməsi cavabdeh tərəfindən iddiaçının diqqətinə çatdırılmışdır. Beləliklə qeyd olunan nöqsanlar aradan qaldırılmadan, həmçinin tikintiyə dair icazənin verilməsindən 3 il keçməsi nəzərə alınaraq iddiaçının müraciətində əks olunan tələbin icrasından haqlı olaraq imtina edilmişdir. Lakin, Məhkəmənin diqqətinə xüsusi olaraq çatdırırıq ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamı məhz fərdi yaşayış evinin tikintisini nəzərdə tutur. Çünki, sözügedən Sərəncamın bütün bəndlərində məhz 7 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı müddəalar əks olunmuşdur. Belə ki, iddianın mahiyyətindən və iddiaçının məhkəmədə verdiyi izahatdan bəlli olur ki, onun inşa etdirmək istətdiyi tikili kommersiya məqsədi ilə inşa edilmiş və müxtəlif vətəndaşlara satılaraq gələcəkdə onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulan çoxmənzilii və çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Bu səbəbdən, inşa ediləcək tikilinin təyinatını fərdi yaşayış evi kateqoriyasına aid etmək olmur. Bundan əlavə, inşa ediləcək tikilinin layihəsindən də bəlli olur ki, həmin tikiliyə dair tələblər, qanunvericiliklə müəyyən olunmuş fərdi yaşayış evi üçün nəzərdə tutulan tikinti norma və tələblər ilə uzlaşmır ona görə ki, inşa olunacaq tikiliyə dair müvafiq layihə məhz çoxmərtəbəli və çoxmənzilii yaşayış binasının texniki norma və tələblərinə uyğun hazırlanmışdır. Beləliklə sözügedən tikilinin inşa edilməsində niyyət fərdi yaşayış evi yox, məhz çoxmərtəbəli və çoxmənzilii yaşayış binasının tikintisini həyata keçirməkdən ibarətdir. Bu hal isə tikinti işlərinin bağlanmasını nəzərdə tutan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, 28.1 1.2014-cü il tarixli Sərəncamına tələbinə uyğun deyil”. Halbu ki, yuxarda adları qeyd olunan sənədlərin hazırlanması, təsdiq olunması və bizə təqdim əldə olunması 2017-ci ilin sonlarında başa çatmışdır. Bu illər ərzində vəsait əldə olunaraq tikiləcək yaşayış binasının katlavanı qazılmış və bəzi bərkitmə işləri aparılmışdır. Şoradan isə pandemiya ilə əlaqədar işləri dayandırmışıq və 2020-ci ilin sonlarında təkrar işə başlamışıq. Lakin Abşeron rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şifahi olaraq bizə bildirmişdir ki, yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə onların vasitəsi ilə təqdim olunmalıdır. Bundan sonra, yəni 2021-ci ilin əvvəlində tikiləcək yaşayış binasının sənədləri Abşeron rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarına (memarlıq şöbəsinə) tərəfimizdən təqdim olunmuşdur. Bir il altı ay gedib gəldikdən sonra, həmin əməkdaş bizdən özləri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vermək üçün küllü miqdarda vəsait tələb etmişdir. Təbii ki, həmin vəsaiti verməkdən imtina edib 2022-ci ilin ortalarından rəsmi məktubla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər ünvanlamışıq. Dörd dəfə edilmiş müraciətimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və iradlarla cavablandırılmışdır. Bütün iradları aradan qaldırdıqdan sonra təkrar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 5-ci dəfə müraciət etmişik. Sonuncu dəfə, xx.xx.2024-cü il tarixli M- 05/Ş nömrəli müraciətimizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir ay on doqquz gündən sonra cavablandırmış, lakin sənədlərimizdə heç bir irad tapa bilmədiyi üçün bizə Abşeron rayon İcra hakimiyyətinə müraciət etməyi tövsiyyə etmişdir. Ən təcüblü hal ondan ibarətdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bizə ünvanladığı 19 iyul 2024cü il tarixli, 3-35/2-4645/2024-cü il tarixli məktubunda qeyd olunub ki, “Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 55 s nömrəli Sərəncamı ilə tikintisinə icazə verilmiş 7 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazənin verildiyi vaxtdan qanunla müəyyən edilmiş 3 ildən artıq müddət keçməsinə baxmayaraq tikinti işləri başlanılmadığı müəyyən olunmuşdur. Bu səbəbdən, Azəribaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən sözügedən tikintiyə icazə sənədi öz qüvvəsini itirmişdir. Qeyd olunanları nəzərə alaraq, tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına yenidən müraciət edilməlidir". Halbu ki, 2014-cü il tarixdən-2018-ci il tarixədək tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sənədləşmə işləri görülmüşdür. Digər tərəfdən tikiləcək yaşayış binasının katlavanı qazılmış və bəzi bərkitmə işləri aparılmışdır. Hesab edirlər ki, 2014-cü il tarixdən-2018-ci il tarixədək tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sənədləşmə işləri aparıldığından və tikiləcək yaşayış binasının katlavanın hazır olması səbəbindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsindən imtina olunmasına tədbiq oluna bilməz. Çünki, tikintisinə icazə tələb olunan 7 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sənədləşmə işləri aparılmış və tikiləcək yaşayış binasının katlavanı tam hazırlanmışdır. Ərazidən də görünür ki, keçən müddət ərzində tikinti işləri başlanılmış və tikiləcək yaşayış binasının katlavanı tam hazırlanmışdır. Əlavə olaraq onu da qeyd edirlər ki, bir sahibkar kimi fəaliyyətləri iflic vəziyyətindədir, külli miqdarda vəsait xərcləmiş, yerli icra hakimiyyəti orqanı və Komitə tərəfindən süründürməçiliyə məruz qalmış və buna görə də bir sahibkar kimi məcbur olub məhkəməyə müraciət etmişdirlər. Eyni Etirazda qeyd olunub: “4. Əsas Anlayışlar: Fərdi yaşayış evi - yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi; Deməli buradan belə nəticəyə gəlinir ki, iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad olunan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamında qeyd olunanlar, 2012-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbi ilə uzlaşmır. Qeyd olunan Məcəllənin hüquqi qüvvəsinin Sərəncamdan daha üstün olduğunu nəzərə alaraq, həmin Sərəncam özlüyündə hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Bu səbəbdən iddiaçının iddia tələbinin hüquqi və faktiki əsası olmadığın iddia rədd olunması üçün əsaslar vardır”. Halbu ki, Azərbaycan Respublikasının İnzibati icraat haqqında Qanununda qeyd olunan maddələr: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 12-ci döngə, №7 ünvanında tikiləcək fərdi yaşayış evinin memarlıq hissəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq RX seriyalı, ******* saylı çıxarış və onun verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyətinin 05 avqust 2025-ci il tarixli 5-29/2-2109/2025 saylı məktubunda Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 559 saylı Sərəncamının qüvvədə olduğu, ləğv edilmədiyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 1 ünvanda 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların tikintilərin dövlət reyestrinə daxil edilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir: -iddiaçının xx.xx.2023-cü il tarixli ilkin müraciətinə münasibətdə- ƏMDK-yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********85-12301 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi X1 adına rəsmiləşdirildiyi halda, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 55s nömrəli Sərəncamı ilə sözügedən torpaq sahəsində X7 7 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. 2.iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə münasibətdə- sənaye, rabitə nəqliyyat, ticarət ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan torpaq sahəsinin yaşayış məqsədi üçün istifadə edilməsi yolverilməzdir. Belə ki, bunun üçün həmin torpaq sahəsinin müvafiq kateqoriyaya keçməsi zəruri idi lakın həmin vaxt torpaqların təyinatı yaşayış məntəqə torpaqları deyildir. Ümumiyyətlə iddiaçıya aid qeyd olunan ərazidə 0.39014 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2014-cü il tarixli mülkiyyət hüququna dair ilkin Çıxarış da torpağın təyinatı yaşayış məntəqə torpağı olması qeyd olunmur. Belə ki, həmin çıxarış üzrə torpaq sahəsində inzibati, yardımçı, anbar və gözləmə binalarının olması qeyd edilir. Həmçinin, iş materiallarında olan X2 aid **********99-06301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli 0.1097 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışda, habelə Zaman Paşayevə məxsus **********6 reyestr nömrəli 0.2822 ha torpaq sahəsinə mülkiyyət hüququna xx.xx.2021-ci il tarixli Çıxarışda torpaqların təyinatı sənaye, rabitə nəqliyyat, ticarət ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün nəzərdə tutulmuş torpaqlar kimi qeyd olunmuşdur. Hər iki torpaq sahəsinin təyinatı yalnız 2024-cü ilin fevral ayında dəyişərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilmiş və yeni mülkiyyət hüququna dair çıxarış verilmişdir.

3. iddiaçının xx.xx.2024-cü il tarixli M-05/Ş nömrəli müraciətinə münasibətdəiddiaçıya imtinanın əsası kimi ən vacib hal--tikintiyə icazə müddətinin ötürülməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinin tələbindən irəli gələrək tikintiyə verilən icazədən qanunla müəyyən edilmiş 3 il müddətin keçməsi cavabdeh tərəfindən iddiaçının diqqətinə çatdırılmışdır.

4. iddia tələbinin hüquqi əsası kimi istinad olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamı məhz fərdi yaşayış evinin tikintisini nəzərdə tutur. Çünki, sözügedən Sərəncamın bütün bəndlərində məhz 7 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı müddəalar əks olunmuşdur. Belə ki, iddianın mahiyyətindən və iddiaçının məhkəmədə verdiyi izahatdan bəlli olur ki, onun inşa etdirmək istətdiyi tikili kommersiya məqsədi ilə inşa edilmiş və müxtəlif vətəndaşlara satılaraq gələcəkdə onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulan çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Bu səbəbdən, inşa ediləcək tikilinin təyinatını fərdi yaşayış evi kateqoriyasına aid etmək olmur. Bundan əlavə, inşa ediləcək tikilinin layihəsindən də bəlli olur ki, həmin tikiliyə dair tələblər, qanunvericiliklə müəyyən olunmuş fərdi yaşayış evi üçün nəzərdə tutulan tikinti norma və tələblər ilə uzlaşmır ona görə ki, inşa olunacaq tikiliyə dair müvafiq layihə məhz çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının texniki norma və tələblərinə uyğun hazırlanmışdır. Beləliklə sözügedən tikilinin inşa edilməsində niyyət fərdi yaşayış evi yox, məhz çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirməkdən ibarətdir. Bu hal isə tikinti işlərinin bağlanmasını nəzərdə tutan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına tələbinə uyğun deyil. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. 48.3. Layihəçi: 48.3.1. tikinti layihəsinin rəhbərini (baş memarını və ya baş mühəndisini) təyin edir və bu barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir; 48.3.2. tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır; 48.3.3. sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır; 48.3.4. ekspertiza müəssisələrinin iradları əsasında tikinti layihəsində müvafiq dəyişikliklər edir; 48.3.5. tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasına müəllif nəzarətini həyata keçirir, aşkar edilmiş qüsurlar və pozuntular barədə sifarişçiyə və podratçıya məlumat verir. Qüsurların və pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sifarişçi və ya podratçı tərəfindən müvafiq tədbirlər görülmədikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanını və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumu məlumatlandırır; 48.3.6. tikinti obyektinin istismara verilməsində iştirak edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; -«Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli Sərəncamında qeyd edilmişdir: Vətəndaşa tapşırılsın: Tikinti nəzərdə tutulmuş torpaq sahəsi üzərindəki hüquqların dövlət qeydiyyatına alınması təmin edilsin. Tikiləcək yeddi mərtəbəli, zirzəmili fərdi yaşayış evinin layihə sənədlərinə X3 Baş idarəsindən müsbət rəy alınmasını təmin etsin. Tikiləcək yeddi mərtəbəli, zirzəmili fərdi yaşayış evinin layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın. Eskiz layihə-smeta sənədləri tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilsin. Tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatları ilə razılaşdırılsın. Tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılsın. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə Lisenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlədilsin. Tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyyətinin normalara uyğunluğunu qoruyub saxlasın. Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra işçi layihə-smeta sənədləri İHB yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilsin. Məhkəmə qeyd edir ki, cavadbeh tərəfindən təqdim edilmiş peyk görüntülərindən müəyyən olunur ki, tikintiyə icazənin verildiyi vaxtdan iddiaçı tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə əsasən: İcazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 3 illik müddət ötürülmüşdür. Bundan əlavə cavabdehin də qeyd etdiyi kimi iddia tələbinin hüquqi əsası kimi istinad olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 55s nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamı məhz fərdi yaşayış evinin tikintisini nəzərdə tutur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 3-35/3-2-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş 06 dekabr 2023-cü il tarixdən qüvvəyə minmiş X10 Layihələndirmə Normalarına əsasən: Fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Lakin məhkəməyə təqdim edilmiş memarlıq hissəsindən görünür ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisi ilə əlaqədar müəyyən edilmiş normalar pozulmuş, inşa olunacaq tikiliyə dair müvafiq layihə çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının texniki norma və tələblərinə uyğun hazırlanmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar