Məhkəmə qərarları › İş №2-1(118)-414/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-414/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-414/2021 17.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 8, mənzil 19-da yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X1 mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 8 saylı evdə yerləşən 19 saylı mənzili 1994-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir. 07.06.2018-ci il tarixdə üçüncü şəxs X3 iddiaçının oğlu X11 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Qazax rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli 2(023)-986/2020 saylı qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Nikaha daxi olduqdan sonra X2 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 8 saylı evin 19 saylı mənzilinə qeydiyyata düşmüşdür. Lakin həmin ünvanda heç vaxt yaşamamışdır. Həmin şəxsin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılması məqsədi ilə Sumqayıt şəhər Polis İdarəsinə yazılı surətdə ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsi 25.09.2020-ci il tarixli rəsmi məktubu ilə imtina cavabı vermişdir. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər texniki invertarlaşdırma bürosu tərəfindən verilmiş 12745 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, 10.05.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 8, mənzil 19 İddiaçı adına qeydə alınmışdır. - RX ******* seriyalı 30.01.2015-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 8, mənzil 19 İddiaçı xüsusi mülkiyyətindədir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyta haqqında arayışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhər 11-ci mikrorayon ev 8, mənzil 19-da X4,Pirvəliyev cmil Həsən oğlu, X6, Pirvəliyve aFRövşanə Məhərrəm qızı və X7 qeydiyyatdadırlar. - Qazax rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(023)-986/2002 saylı qətnaməsindən görünür ki, X1 X6 ilə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 07 iyun 2018-ci ildə 1394 nömrə və qeyd edilmiş nikah pozulmuşdur. - Sumqayıt şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(060)-1702/2021 saylı qənaməsi ilə iddiaçı X1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı Sumqayıt şəhəri, 11-ci mikrorayon 8 saylı evdə yerləşən 19 saylı mənzilə köçürmə, yaşayış sahəsindən istifadə hüququnun tanınması və s.tələbinə dair iddiası qismən, qızıl-zinyət əşyalarının tələb edilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(105)-2643/2021 saylı qərardadından görünür ki, X1 Sumqayıt şəhər Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(060)- 1702/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası Qanununun” 9 -cü maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaslna əsas olan hallar eldəcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxsin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil 1994-cü ildən iddiaçının mülkiyyətindədir. İddiaçının mənzilində qeydiyyatda olan üçüncü şəxs Rövşanə Pirvəliyeva onun keçmiş gəlinidir. Onun qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin qanuni qüevvəyə minmiş qətnaməsi ilə R.Pirvəliyevanın mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmiş və bu əsasla onun istifadə hüququnun tanınmasına və mənzilə köçürməyədair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 8 saylı evdə yerləşən 19 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 8 saylı evdə yerləşən 19 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar