Məhkəmə qərarları › İş №2-1(118)-414/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-414/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-414/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05.09.2012ci il tarixli 1483 saylı sərəncamına əsasən istifadəsində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05.09.2012-ci il tarixli 1483 saylı sərəncamına əsasən istifadəsində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında tikinti işlərinin aparılmasına icazə verilmişdir. Nəticədə tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, isifadədə olan fərdi yaşayış evində bütün komunal infrastruktur işlək vəziyyətdədir. Artıq 9 (doqquz) ildən artıq müddətdir ki, ona ayrılmış torpaq sahəsindən istifadə edir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi tərəfindən 16.12.2016-cı il tarixində istifadəsində olan fərdi yaşayış evinin naturada baxış keçirilmişdir və 384 saylı rəy tərtib edilmişdir. Ayrılmış torpaq sahəsi ilə bağlı çıxarış mövcud deyil, bu səbəbdən 24.08.2021-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə rəsmi qaydada müraciət etsədə 10.09.2021 -ci il tarixli cavab məktubu ilə ərizəmə imtina edilmişdir. İmtina səbəbi ona ayrılmış torpaq sahəsi dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə müəyyən edici sənədlərin ərizəyə əlavə edilməməsi və sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid edilməsidir. Hesab edir ki, cavabdehin imtina səbəbləri əsassızdır. Belə ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Rayon İcra Hacimiyyəti müvafiq sərəncam vermişdir, Rayon İcra Hakimiyyətinin Sərəncamının icrası ilə bağlı Rayon İcra Hakimiyyətinin tabeliyində olan Memarlıq və Tikinti şöbəsinə müvafiq göstərişlər verilmişdir, Rayon İcra Hakimiyyətinin tabeliyində olan Memarlıq və Tikinti şöbəsi tərəfindən müvafiq göstərişlər verilmişdir, İstifadəsində olan fərdi yaşayış evinə Memarlıq və Tikinti şöbəsi tərəfindən naturada baxış keçirilmişdir və rəy tərtib edilmişdir, Rayon İcra Hakimiyyəti tərəfindən istifadəsində olan torpaq sahəsinin yerquluşu planı şəxsən Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd etdiyi xüsusiyyətlər istifadəsində olan torpaq sahəsinə çıxarışın verilməsi üçün əsas verir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 24 avqust 2021- ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********36 nömrəli, 10.09.2021-ci il tarixli imtina məktubu, etirazı, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 05.09.2012ci il tarixli, 1483 nömrəli sərəncamının surəti, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq şöbəsi tərəfindən verilmiş rəyin surəti, yaşayış sahəsinin eskiz layihəsinin surəti, Hökməli bələdiyyəsi tərəfindən verilmiş yerququluşu planından çıxarışın surəti, DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********81 nömrəli, 16.05.2022-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan fərdi yaşayış sahəsi və torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtından yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********36 nömrəli, 10.09.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia tələbi aşağıdakılardan ibarət olmuşdur: 1) Abşeron rayonu, Hökməli qəsəbəsində ərazisində yerləşən 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması 2) Həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması İddia tələbinin birinci hissəsini məhkəmə özünün 20.05.2022-ci il tarixli qərardadı ilə mümkün hesab etməmişdir. Qeyd olunan qərardadda bildirilmişdir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərəkən yalnız fərdi yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Yəni iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona torpaq sahəsinə çıxarışın verilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. O, cavabdeh qismində DƏDRX-in 4 saylı Abşeron ərazi İdarəsini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana torpaq sahəsinə çıxarışın verilməsi tələbi ilə müraciətinin olmaması müəyyən olunur. Bu səbəbdən də həmin hissə Sumqayıt İnizbati Məhkəməsinin 20.05.2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilməmişdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı öz adına rəsmiləşdirmək istədiyi 0.03 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir. İddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmiş, həmin fərdi yaşayış evi üzərində özünün mülkiyyət hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyata almaq niyyətindədir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdeh tərəfindən müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, cavabdeh təşkilat tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi müvafiq çıxarışın verilməsindan imtina edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, aparılan araşdırma zamanı müəyən edilmişdir ki, torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olduğu halda, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Aşağıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmayıb. Göründüyü kimi iddiaçının sahibliyində olan fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaqları üzərində inşa edildiyi üçün iddiaçının adına həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin o da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin altındakı torpaq sahəsinin kateqoriyası vahid elektron baza məlumatlarında dəyişdirilməyənə qədər həmin fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınması mümkün deyil. Nəzərə alınmalıdır ki, Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05.09.2012-ci il tarixli 1483 saylı sərəncamına əsasən istifadəsində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar