Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-415/2020 02.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) xx.xx.2017-ci il tarixli, 021 əç nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv olunmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) xx.xx.2017-ci il tarixli, 021 əç nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Xızı rayonunda xx xxxxx 2012-ci ildə hərbi xidmətə getmişdir, hərbi xidmətini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayında qulluq etmişdir, xx xxxxxxx 2013-cü ildə hərbi hissədə xidmətini başa vurub ehtiyata buraxılmışdır. Sonra müddətdən artıq hərbi xidmətə qulluq etmə ilə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 408№-li hərbi hissəyə işə qəbul olmuş, ancaq onu heç bir əsas olmadan yalan yerə ləkələyərək, müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış ləkə ataraq Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən (xidmətə uyğunsuzluğuna görə) xx.xx.2017-ci il tarixli 021əç nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı müddətdən artıq hərbi xidmətdə özünü nizam intizamla aparmışdır, heç bir səhvi olmayıb, hərbi xidmətə layiqli qulluq etmişdir, onu əsasız olaraq ləkələyib hərbi xidmətə uyğunsuzluğa görə ehtiyata buraxıblar. Ancaq o müddətdən artıq hərbi xidmətdə tam yararlı olmuşdur, vətənpərvər olmuşdur, hərbi hissədə layiqli qulluq etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı lazımı qaydada xəbərdar edilsədə məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, İddiaçı xidməti müddətində özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmiş və bu üzdən də dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. İddiaçı dəfələrlə intizam qaydasında cəzalandırılmasına baxmayaraq bu cəzaların heç birindən nəticə çıxarmamışdır. Bu səbəblərdən İddiaçı Hərbi Hava Qüvvələr komandanlığının xx.xx.2017-cu il tarixli müvafiq əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən “xidmətə uyğunsuzluğa görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün xx.xx.2019-cu il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Burada görünür ki, 2 il 7 ay müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Həmçinin iddiaçı xidməti uyğunsuzluq adı ilə ehtiyata buraxılmasına dair iddia ərizəsində cavabdeh kimi Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2017-ci il tarixli əmrini göstərməklə iddianı düzgün yönləndirməmişdir. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zamanı kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Belə olan halda barəsində inzibati aktın qəbul edilməsindən iddiaçının xəbərdar olmaması mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki iş eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelənr müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdir. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci: o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir,. İkinci: iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü: iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanundan başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə göstərilib ki, məhkəmə tərəfindən iddi müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı, Hərbi Hava Qüvvələri komandanının xx xxxx 2017-ci il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissə komandirinin əmri ilə xx.xx.2019-cu il tarixdə 408 şəxsi heyətin siyahısından çıxarılmışdır. Göründüyü kimi iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması əmri Hərbi Hava Qüvvələri komandanının xx xxxx 2017-ci il tarixli əmri olmuşdur. xx.xx.2019-cu il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılma isə Hərbi Hava Qüvvələri komandanının xx xxxx 2017-ci il tarixli, əmrinin icrası kimi qəbul edilən inzibati akt hesab edilə bilər. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsində göstərdiyi ünvanda yaşamadığı əsası ilə ona məktublar çatmamışdır. İddiaçının iradəsi xx.xx.2019-cu il tarixdə N nömrəli hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılmasının mübahisələndirilməsinə yönəlsə belə məhkəmə hesab edir ki, iddia müddəti ötürülmüşdür. Beləki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu aktın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) xx.xx.2017-ci il tarixli, 021 əç nömrəli əmrinə əsasən müddətdən artıq hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv olunmasına dair iddiası qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-415/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-415/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver