Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-415/2022 07.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “X5 ilə Hayan-E MMC (indiki "xxxx" MTK) ilə bağlanmış 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1A saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə dair mülkiyyət hüququnun onun adına dövlət reyestrində qabaqcadan qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X5 ilə Hayan-E MMC (indiki "xxxx" MTK) ilə bağlanmış 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1A saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə dair mülkiyyət hüququnun onun adına dövlət reyestrində qabaqcadan qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X1 şəhəri, M.Ə. Rəsulzadə küçəsi 1A ünvanda yerləşən "xxxx" MMC-dən 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən 1A ünvanda inşa edilən binadan 4 otaqlı- ümumi sahəsi 133, 6 kv.m olan 6 saylı, 3 otaqlı -ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı- ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı- ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzilləri almışdır.Müvafiq maliyyə arayışların əsasən mənzillərin dəyəri tam həcmdə ödənilib. 2016-cı ilin fevralında "xxxx" MMC "Proqress-2016” Mənzil Tikinti Koperativinə çevrilib. İddiaçı X5 29 oktyabr 2017-ci ildə vəfat edib, hüquqi varisi İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə ilkin qeydiyyat üçün müraciət etsə də, rədd cavabı verilib. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Lakin, bildirilir ki, "xxxx" MTK-nın Abşeron rayonu. Xırdalan şəhəri,M.Ə.Rəsulzadə küçəsində tikintisi başa çatdırılmamış 12 mərtəbəli 1A saylı çoxmərtəbəli yaşayış binasının mülkiyyət hüququnun dövlət reyestrində qabaqcadan qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmamışdır. Bu səbəbdən də iddiaçının müvafiq yaşayış sahələrinə çıxarışın verilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin hüquqi varisi "xxxx" Mənzil Tikinti Koperativi iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı mərhum anası X5 ilə "xxxx" MMC arasında 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1A saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı yaşayış sahələri əldə edilmişdir. X2 həmin yaşayış sahələrinin dəyərini ödəyərək, müvafiq sənəd maliyyə arayışlarını almışdır. İddiaçı müvafiq yaşayış sahələrini öz adına daşınmaz əmlakın reyestrində qabaqcadan rəsmiləşdirmək məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı həmin yaşayış sahələri üzərində vərəsəlik hüququ əsasında gözlənilən mülkiyyət hüququna malikdir, cavabdehin imtinası onun hüquqlarını pozur. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 22.2–ci maddəsində qeyd edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra – çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən isə Qanunun 8–ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı mübahisələndirilən yaşayış sahələrinə mərhum anasından miras qalmış, əmlak kimi mülkiyyət hüququnun tanınmasını tələb etdiyi üçün hər bir halda müvafiq qanuni əsasların mövcudluğu müəyyən edilərsə, ilk növbədə ilkin qeydiyyat hüquq sahibi kimi iddiaçının mərhum anasının adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Hazırkı işdən mübahisəli yaşayış sahələrinin iddiaçının mərhum anasının adına mülkiyyət hüququnun qeydiyyata alınması üçün ilk növbədə mərhumun adına vərəsəlik işi açılmalı və ondan sonra iddiaçı mərhum anasının adına daşınmaz əmlakları qeydiyyata almalıdır. Təqdim edilmiş sübutlara əsasən X2nın adına vərəsəlik işinin açılması ilə bağlı heç bir rəsmi sənəd mövcud deyildir. Belə olan halda iddiaçının hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüququ müəyyən olunmur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM–nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Daha sonra həmin qərarda deyilir ki, İPM–nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə məhkəmə hesab edir ki, iddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X5 ilə Hayan-E MMC (indiki "xxxx" MTK) ilə bağlanmış 31.05.2008-ci il və 23.07.2008-ci il tarixli müqavilələrə əsasən əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1A saylı binadan 4 otaqlı ümumi sahəsi 133,6 kv.m olan 6 saylı, 3 otaqlı ümumi sahəsi 96 kv.m olan 42 saylı, 3 otaqlı ümumi sahəsi 97,7 kv.m olan 43 saylı, 3 otaqlı ümumi sahəsi 111,4 kv.m olan 47 saylı mənzillərə dair mülkiyyət hüququnun onun adına dövlət reyestrində qabaqcadan qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-415/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-415/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver