Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4153/2025 24.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, şəhid və şəhid ailəsi statusunun verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi, şəhid və şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi cavabdehin “şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması” barədə 28 dekabr 2024-cü il tarixli 3-43-40/2-2240/24 saylı qərarının ləğv edilməsi və iddiaçıya şəhid və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X2nin “şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması” barədə 28 dekabr 2024-cü il tarixli 3-43-40/2-2240/24 saylı qərarının ləğv edilməsi, X8 oğluna şəhid, İddiaçı şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 Kamal oğlu İddiaçı övladıdır və 10 oktyabr 2005-ci ildə Quba rayonu, Əlik kəndində anadan olmuşdur. X6 Kamal oğlu doğulduğu yerdə boya-başa çatmış və hərbi xidmətə yararlı olmuşdur. Cavabdeh X2 tərəfindən 10 oktyabr 2023-cü ildə hərbi xidmətə çağırılmış və hərbi xidmətini Qubadlı rayon ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissəsində davam etdirmişdir. Xidmətdə bacarığı, savadı, cəsurluğu ilə komandir və əsgərlərin rəğbətini qazanmışdır. 05 aprel 2024-cü ildə İddiaçı oğlu X6 Kamal oğlu təlim atəşi zamanı öz xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuş, onun cənazəsi doğma yurdu olan Quba rayonunun Ərikli kəndinə gətirilmiş və Quba rayon Ərikli kənd məzarlığında dəfn edilmişdir. Dəfn mərasimi böyük izdihamla o cümlədən Quba Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yola salınmış və şəhidin cənazəsi üçrəngli bayrağa bürünərək torpağa tapşırılmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, aidiyyətli dövlət orqanlarının təqsiri ucbatından iddiaçının oğluna ona layiq olduğu şəhid adının indiyə qədər verilməməsi ədalətsizlikdir və bu iddiaçının şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan istifadə etmək imkanın qarşısını alır. Ölüm haqqında şəhadətnamədə nə ölümün səbəbi, nə də ki, oğlunun ölüm yeri qeyd edilməmişdir. Bu səbəbdən də vətən yolunda canından keçən oğluna görə şəhid ailəsi statusu ala bilməmişdir. İddiaçı X6 Kamal oğluna şəhid statusu verilməsi barədə cavabdeh X2nə müraciət etmiş və müraciətinə cavab olaraq Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə 28 dekabr 2024-cü il tarixli 3-43-40/2-2240/24 saylı qərarında bildirilmişdir ki, N nömrəli hərbi hissənin 3-cü taborunun 2-ci bölüyünün 1-ci tağımının 1-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri S.Xələfovun 05 aprel 2024-cü il tarixdə bölüyün digər hərbi qulluqçuları ilə birlikdə Laçın rayonu, Ərdəşəvi kəndinin ərazisində yerləşən atış sahəsində təlim-atış çalışmalarını yerinə yetirilməsi zamanı, silahla davranış qaydalarının pozulması nəticəsində özünə təhkim olunmuş avtomat silahından açılan atəş nəticəsində həlak olması qeyd olunmuşdur. Məhrum S.Xələfovun həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə hərbi xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından ona şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının tələblərinə uyğun olmadığı bildirilmişdir. Hesab edilir ki, cavabdehin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətləri ilə İddiaçı qanuni hüquqlarını məhdudlaşdırır.
4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1, 73.2-ci maddələrinə istinad edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən şəxsin şəhid hesab edilməs ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi” nin 16 saylı əlavəsinin 1.4.2- ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Əlavə olaraq bildirilir ki, Xidmətin Aparatı tərəfindən Müdafiə Nazirliyinə ətraflı araşdırılma aparılması üçün sorğu ünvanlanmış Müdafiə Nazirliyinin Hüquq idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-25-4/2- 7321/2024 nömrəli cavab məktubunda göstərilən xüsusatların dəqiqləşdirilməsi üçün verilmiş sorğular əsasında əldə edilmiş Qubadlı Rayon Hərbi Prokurorluğunun 18 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında N nömrəli hərbi hissənin 3-cü taborunun 2-ci bölüyünün 1-ci tağımının 1-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri S. Xələfovun 05 aprel 2024-cü il tarixdə bölüyün digər hərbi qulluqçuları ilə birlikdə Laçın rayonu Ərdəşəvi kəndinin ərazisində yerləşən atış sahəsində təlim-atış çalışmalarını yerinə yetirliməsi zamanı, silahla davranış qaydalarının pozulması nəticəsində özünə təhkim olunmuş avtomat silahından açılan atəş nəticəsində həlak olması qeyd olunmuşdur. Mərhum S.Xələfovun həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından, ona şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olmadığı bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli 68 nömrəli bildirişində S.K. Xələfovun xx.xx.2024-cü il tarixdə saat 11:44 radələrində atış sahəsində atış çalışmasını yerinə yetirərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyəsindən çıxan dəlib dəlib keçən güllə yaralanmasından vəfat etməsi müəyyən edilmişdir.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. xx.xx.2005-ci il tarixli, AZ-İ 653806 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 oğlunun atası İddiaçı, anası X3r.
11. xx.xx.2024-cü il tarixli, AZ-İİ 417552 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 oğlu xx.xx.2024-cü il tarixdə baş-beynin diffuz travması, kəllə tağının sınığı səbəbindən vəfat etmişdir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024cü il tarixli, 68 nömrəli bildirişində qeyd edilmişdir ki, X8 oğlu xx.xx.20024-cü il tarixdə atış sahəsində atış çalışmasını yerinə yetirərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyyəsindən çıxan dəlib keçən güllə yaralanmasından vəfat etmişdir.
13. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən X2nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X8 oğlu xx.xx.2024-cü il tarixdə döyüş təminatının icrası zamanı həlak olmuşdur.
14. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024cü il tarixi, 99 nömrəli əmrinə əsasən X8 oğlu atış sahəsində atış çalışmasını yerinə yetirərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyyəsindən çıxan dəlib keçən güllə yaralanmasından həlak olduğuna görə xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm xidməti vəzifəsinin icrası ilə bağlıdır.
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-25-4/2-7321/2024 nömrəli məktubda qeyd edilmişdir ki, müraciətdə göstərilən xüsusatların dəqiqləşdirilməsi üçün verilmiş sorğular əsasında əldə edilmiş Qubadlı Rayon Hərbi Prokurorluğunun 18 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında N nömrəli hərbi hissənin 3-cü taborunun 2-ci bölüyünün 1-ci tağımının 1-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri S. Xələfovun 05 aprel 2024-cü il tarixdə bölüyün digər hərbi qulluqçuları ilə birlikdə Laçın rayonu Ərdəşəvi kəndinin ərazisində yerləşən atış sahəsində təlim-atış çalışmalarını yerinə yetirliməsi zamanı, silahla davranış qaydalarının pozulması nəticəsində özünə təhkim olunmuş avtomat silahından açılan atəş nəticəsində həlak olması qeyd olunmuşdur. Mərhum S.Xələfovun həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından, ona şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun deyil.
16. X2nin şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə xx.xx.2024-cü il tarixli, 3-43-40/2-2240/24 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixli, 3-43-40/1-X-1xx-xx/2024 nömrəli X6 Kamal oğlunun “şəhid”, onun ailəsinin isə “şəhid ailəsi” üzvləri hesab edilməsi barədə müraciəti təmin edilməmişdir.
17. Azərbaycan Respublikasınən Səfərbərlik və Hərbi Xidmətə Çağırı üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məsələnin hərtərəfli araşdırılması üçün zəruri olduğundan Qubadlı rayon prokurorluğunda mərhum S.İddiaçı ölüm faktına dair istintaqı aparılan cinayət işinin yekun qərarının müvafiq qaydada əldə olunaraq mümkün istifadə üçün ünvana göndərilməsi zəruridir.
18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7321/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Qubadlı Hərbi Prokurorluğunun 18 sentyabr 2024-cü il cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında N nömrəli hərbi hissənin 3-cü taborunun 2-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı heyət nəfəri S.Xələfovun 5 aprel 2024cü il tarixdə bölüyün digər hərbi qulluqçuları ilə birlikdə Laçın rayonu Ərdəşivi kəndinin ərazisində yerləşən atış sahəsində təim-atış çalışmalarını yerinə yetirməsi zamanı, silahla davranış qaydalarının pozulması nəticəsində özünə təhki olunmuş avtomat silahından açılan atəş nəticəsində həlak olmuşdur. Mərhum S.Xələfovun həlak olması döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından ona şəhid adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının tələblərinə uyğun deyil.
19. xx.xx.2024-cü il tarixli, 3-43-40/2-661/2024 nömrəli sənədə dair hüquqi rəydə qeyd edilmişdir ki, X8 oğlu silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyyəsindən çıxan dəlib keçən güllə yaralanmasından vəfat etmişdir. Lakin şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunduğundan və təqdim edilən sənədlərdə həmin arayış mövcud olmadığından yekun rəyin verilməsi mümkünsüzdür. Hərbi hissənin arayışı təqdim olunduğu təqdirdə sözügedən məsələ ilə bağlı hüquqi rəyin verilməsi mümkündür.
20. Məhkəmənin sorğusuna cavab olaraq Qubadlı Hərbi Prokurorluğu tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba X8 oğlunun ölməsi faktı ilə bağlı istintaq olunmuş 24346034 nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli qərarın surəti əlavə olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.
22. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
23. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yəni, bu iddianın xüsusi mümkünlük şərti iddianın prosessual müddətə cavab verməklə qərarın təqdim edilməsi tarixindən 30 gün ərzində mübahisələndirilməsidir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir.
b) Tətbiq edilən hüquq
25. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
27. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə 16 saylı əlavənin: 1.4.2-ci bəndinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarı:“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
30. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
31. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladı X8 oğlu xx.xx.2024-cü il tarixdə atış sahəsində atış çalışmasını yerinə yetirərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyyəsindən çıxan dəlib keçən güllə yaralanması nəticəsində həlak olmuşdur. xx.xx.2024-cü il tarixli, AZ-İİ 417552 nömrəli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi kimi baş-beynin diffuz travması, kəllə tağının sınığı göstərilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi başlanılmış və Qubadlı hərbi prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmişdir.
32. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024cü il tarixi, 99 nömrəli əmrinə əsasən X8 oğlu atış sahəsində atış çalışmasını yerinə yetirərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyyəsindən çıxan dəlib keçən güllə yaralanmasından həlak olduğuna görə xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmin əmrdə qeyd edilmişdir ki, ölüm xidməti vəzifəsinin icrası ilə bağlıdır.
33. İddiaçı X8 oğluna şəhid, ona isə şəhid ailəsi statusunun verilməsi üçün X2nə müraciət etmiş, sonuncunun “şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması” barədə xx.xx.2024-cü il tarixli, 3-43-40/2-2240/24 nömrəli qərarına əsasən müraciət təmin edilməmişdir.
34. Beləliklə iş materialları ilə müəyyən olunur ki, X6 Kamal oğlu xx.xx.2024-cü il tarixdə atış sahəsində atış çalışmasını yerinə yetirərkən təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq ona təhkim olunmuş silahdan atəş açan zaman qırtlaq nahiyəsindən girən sol təpə nahiyyəsindən çıxan dəlib keçən güllə yaralanması nəticəsində həlak olmuşdur.
35. Lakin mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada şəhid statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir.
36. Qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Odur ki, cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir.
37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan hazırkı iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, X8 oğluna şəhid statusunun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Odur ki, X8 oğluna şəhid statusunun verilməsindən imtina barədə qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi, şəhid və şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi, şəhid və şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli