Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4158/2023 17.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X1 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 08 saylı iclas protokolunun gündəliyində duran 799 kv.m torpaq sahəsinin birbaşa mülkiyyətə verilməsi barədə olan 15 nömrəli qərarının(aktının) ləğv olunması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. 15 avqust 2023-cü il tarixdə daxil olmuş məktubunda cavabdeh Sumqayıt bələdiyyəsi bildirmişdir ki, vətəndaş X2 mülkiyyətinə ayrılmış 799 kvadrat metr torpaq sahəsinin alqı-satqı məbləği olan 11985,0 manat məbləğində pulu qərarda müəyyən olunmuş 17 iyul 2023-il tarixədək bələdiyyəyə ödəmədiyindən, adı çəkilən şəxsin çıxarışda göstərilən ölçüdən artıq istifadə etdiyi torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 17 may 2023-cü il tarixli 08 saylı iclasının 15 saylı qərarı bələdiyyənin 18 iyul 2023-cü il tarixli 11 saylı iclasının 27 saylı qərarı ilə ləğv edilmişdir. Məhkəmə cavabdehin vəsatətini nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdehin məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh tərəfindən ləğv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 08 saylı iclas protokolunun gündəliyində duran 799 kv.m torpaq sahəsinin birbaşa mülkiyyətə verilməsi barədə olan 15 nömrəli qərarının(aktının) ləğv olunması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4158/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4158/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver