Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-416/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər 17-ci mikrorayon 62 saylı binanın 5-ci girişi, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər 17-ci mikrorayon 62 saylı binanın 5-ci girişi, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 14 ildən artıqdır ki, qardaşının ailəsi ilə 17-ci mikrorayon, 62 saylı binanın 5-ci giriş, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillərdə yaşayırlar. Həmin mənzilin 4 otaqlı sahəsində iddiaçı və 5 (beş) nəfər ailə üzvü ilə 3 otaqlı sahədə isə qardaşının 2 nəfər ailə üzvü yaşayır. Mənzillər hamısı tam standart olaraq bütün sanitar qovşaqlara və digər lazımı parametrlərə məxsusdur. Yaşayış mənzilləri 3 və 4 otaqlı olmaqla bərabər, əlavə kommunal mətbəx sahələrindən, sanitar qovşaqlardan ibarət olmaqla tam yaşayış sahələrinin tələblərinə uyğun bütün standart tələblərə cavab verir. (yanğın təhlükəsizliyi, sanitariya-gigiyena qurğuları və s.). Yaşadığı illər ərzində həmin mənzillər üçün işıq, qaz, su, telefon və digər kommunal xərcləri öz adlarına olan kodlarla ödəmişdirlər. Mövcud mübahisə predmetinin hüquqi tənzimlənməsi səbəbindən iddiaçı cavabdeh orqanlara, aidiyyatı qurumlara, hətta Azərbaycan Respublikasının Prezidentinə şikayət olaraq dəfələrlə müraciət etmiş və onlar da öz növbələrində iddiaçını yerli İcra Orqanlarına yönəltmişlər. Nəhayət Prezidentə şikayətindən sonra məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Düz 14 ildən çoxdur ki, yaşadığı mənzillər üçün hüquqi sənədlər, çıxarış və s.ala bilmirlər. Yerli orqanlar iddiaçının məsələsini bü günə qədər də həll etməmiş, işin məhkəmə müstəvisində həllini vacib bilmişdirlər. Bu günə qədər cavabdeh orqan tələb olunan hüquqi əsasları nədənsə heç vaxt nəzərə almamışdır. İddiaçı Sumqayıt Ərzaq-73 ASC-nin 2008-ci ildən səhmdarıdır. Belə ki, Azərbaycan Respublikası Milli Depozit Mərkəzində “xxxx” Səhm Ticarət Mərkəzi MMC vasitəsi ilə 3910 saylı X1-Satqı müqaviləsi , xx.xx.2008-ci il tarixdə Broker Xidmətlərinin Göstərilməsi Haqqında 5392 saylı müqaviləsi ilə emitent olan Sumqayıt Ərzaq -73 ASC-yə səhm qoyaraq, həmin cəmiyyətin səhmdarı olmuşdur. Əlavə olaraq səhmdarların keçirilmiş olduğu iclasda həmin mənzillərin iddiaçının istifadəsinə verilməsi haqda yekdil qərar qəbul edilmişdir. Cəmiyyət isə mənzillərin iddiaçının istifadəsində olmasına və istifadə etməsinə etiraz etmir, mənzillərin sənədləşməsinin əlehinə deyildir və bütün bunları öz arayışı və digər sənədlərilə təsdiq edir. Bu da öz növbəsində yaşayış mənzillləri üçün hüququ sənədlərin alınması üçün, tam qaydada hüquqi normativ tələblərə uyğun olur. Həmçinin 11 sayli MİS-nın verdiyi arayış da iddiaçının orada çoxdan yaşamağını təsdiq edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiyə etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmişdir. İddiaçı tərəfə hüquqi yardım edilmiş, izah edilmişdir ki, mübahisə predmetini təşkil edən mənzil sahəsi Sumqayıt Ərzaq-73 ASC-nin balansında olduğu halda, hazırki tələblərdə həmin ASC tərəfindən irəli sürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, Sumqayıt şəhər 17-ci mikrorayon 62 saylı binanın 5-ci girişi, 1-ci mərtəbəsində yerləşən 3 və 4 otaqlı mənzillər Sumqayıt Ərzaq-73 ASC-nin balansındadır. Bu halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzillə bağlı hazırki iddia tələbi üzrə də subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-416/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-416/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver