Məhkəmə qərarları › İş №2-1(118)-416/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-416/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-416/2023 15.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzə Mərkəzi Filiala qarşı “İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2000ci il tarixədək Bakı 1 saylı Yol Tikintisi İdarəsində və xx.xx.2001-ci il tarixindən xx.xx.2004cü il tarixədək “Cənnət” kiçik müəssisəsində işlədiyin müddətin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona pensiya təyin edilməsi niyyətindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyası hüququnun yarandığı tarixdən (xx.xx.2021-ci il tarixdən) xx.xx.2023-cü il tarixli **********1 nömrəli qərarla 264.82 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin keçmiş dövr üzrə, yəni xx.xx.2021-ci il tarixindən yaranmış fərq məbləği cari pensiyasına əlavə edilərək iddiaçıya ödəniləcəkdir. Nəticə etibarilə işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin hallarını və cavabdehin vəsatətini nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili Vəkil iştirak etmiş, iş üzrə icraata xitam verilməsinə etirazları olmamasını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, iddiaçıya pensiya təyinatı aparılmış və artıq tərəflər arasında mübahisə qalmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzə Mərkəzi Filiala qarşı “İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2000ci il tarixədək Bakı 1 saylı Yol Tikintisi İdarəsində və xx.xx.2001-ci il tarixindən xx.xx.2004cü il tarixədək “Cənnət” kiçik müəssisəsində işlədiyin müddətin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar