Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4163/2024 24.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “təqdim etdiyi sənədlər əsasında Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 (Otuz altı min) manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X1 çatası 1/5 hissəsi, yəni 36.000 : 5 = 7200 manat pulu tərəfindən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verərək Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi iddiaçının adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “təqdim etdiyi sənədlər əsasında Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 (Otuz altı min) manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X1 çatası 1/5 hissəsi, yəni 36.000 : 5 = 7200 manat pulu tərəfindən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verərək Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi iddiaçının adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək "xxxx" MMC-nin Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 (Otuz altı min) manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X1 çatası 1/5 hissəsi, yəni 36,000 : 5 = 7200 manat pulu tərəfimdən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verilməli olduğunu 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınaraq Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi onun adına reyestrdə qeydə alaraq müvafiq çıxarış verilməsini xahiş etmişdir.5 saylı Xaçmaz Ərazi İdarəsinin ona ünvanladığı 11 mart 2024-cü il tarixli 3- 21-3-34/2- H 0031-8/2024 nömrəli imtina məktubu verilmişdir. Cavabdehin bu imtinası ilə razılaşmır və bu imtinam qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin, iddiaçıya təqdim etdiyi imtina məktubunda bildirmişdir ki, “Sizin, Şabran şəhəri, Fətəli xan Xoyski küçəsi 16 nömrəli binada yerləşən 14 saylı mənzil üzərində tam mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Bildiririk ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)- 54/2023 saylı qətnaməsinə əsasən Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilin açıq hərracdan satılaraq, satış pulu paylara uyğun bölünməsi göstərilmişdir.Həmin qətnaməyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır”. Məhkəmə prosesində iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilmiş, əmlak üzərində vərəsələrin məcburi payına xitam verilməsi məsələsinin mülki mühakimə icraatı qaydasında həyata keçirilməsinin zəruriliyi iddiaçıya bildirilmiş və iddianın müvafiq rayon (şəhər) məhkəməsində qaldırılması vurğulanmışdır. Eyni zamanda hazıkı tələbin bir hissəsinə münasibətdə 5 saylı Xaçmaz Ərazi İdarəsinin hərəkətlərinin qanuni olması da diqqətə çatdırılmışdır. Belə ki, cavabdeh təşkilat Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilin digər pay sahibinin hüququna xitam verilməsi barədə heç bir əsaslı dəlil təqdim etmədiyindən, iddiaçının müraciətini müsbət həll etməmişdir.Bütün bunlara baxmayaraq iddiaçının nümayəndəsi iddia tələbinə mahiyyəti üzrə baxıb qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Ona görə də məhkəmə hesab edir ki, əmlak üzərində vərəsələrin məcburi payına xitam verilməsi məsələsinin mülki mühakimə icraatı qaydasında həyata keçirilməli mübahisə olduğundan hazırkı iddia mümkün hesab edilməməlidir. İddiaçıya hazırkı iddia tələbi ilə bağlı ümumi (şəhər, rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X5
Məhkəmə qərarları › İş №2-1(118)-4163/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4163/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver