Məhkəmə qərarları › İş №2-1(118)-4168/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4168/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4168/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “onun mənzilində qeydiyyatda olan şəxsin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Abşeron rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 26 dekabr 2022-ci il tarixində Daşınmaz Əmlakın Reyestri xidməti İdarəsindən iddiaçının adına çıxarış verilmişdir. Lakin, müəyyən səbəblərə görə uzaq tanışı X1 öz mənzilinə qeydiyyata salmışdır. Lakin, o söz vermişdir ki, mənzil aldıqda oraya qeydiyyata düşüb, evindən qeydiyyatdan çıxacaq. Onun haqqında iddiaçının məlumatı yoxdur. Onun mənzildə qeydiyyatda olduğuna görə iddiaçı hər ay kommunal rüsumları ödəyir. Onu tapa bilmədiyinə görə, Abşeron rayonu Polis idarəsinin Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Cavabında məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 14 noyabr 2023-cü il tarixdə daxil olmuş teleqrama əsasən iddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddia ərizəsində qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlanılmış, mənzilin başqa şəxsə satıldığı bildirilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlarda sözügedən mənzilin iddiaçının mülkiyyətində olması müəyyən edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı hazırda mülkiyyətində olmayan mənzilə dair tələb irəli sürdüyü üçün, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət edməsi üçün subyektiv hüququ yoxdur. Həmçinin izah edilsin ki, mövcud tələblə mənzilin hazırki mülkiyyətçisinin məhkəmədə iddia qaldırması istisna edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar