Məhkəmə qərarları › İş №2-1(118)-417/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-417/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-417/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçılar İddiaçı Mövsüm oğlunun və X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Quliyeva (Həşimova) Saidə Mürşüd qızının və azyaşlı övladları 21.12.2007-ci il təvəllüdlü X4 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 20A saylı evin, 27-ci mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı və X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “Quliyeva (Həşimova) Saidə Mürşüd qızının və azyaşlı övladları 21.12.2007-ci il təvəllüdlü X4 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 20A saylı evin, 27-ci mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həşimova (Quliyeva) Saidə Mürşüd qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, ev 20A saylı evin, 27-ci mənzili mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Sözügedən mənzilə görə RX Seriyalı ******* №-li Çıxarış verilmişdir. Quliyeva (Həşimova) Saidə Mürşüd qızı İddiaçı keçmiş həyat yoldaşıdır. Sumqayıt şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Bundan əlavə azyaşlı övladları 21.12.2007-ci il təvəllüdlü X7 və 21.12.2007ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızı da mülkiyyətçisi olduğu mənzildə qeydiyyatdadırlar. Saidə Quliyeva və azyaşlı övladları iddiaçıların mülkiyyətində olan mənzildə hal-hazırda yaşamırlar. Quliyeva (Həşimova) Saidə Mürşüd qızı 2020-ci ilin dekabr ayından anası vəfat edəndən sonra Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, ev 28/15, mənzil 13-də azyaşlı övladları da birlikdə yaşayıblar. Anasına məxsus mənzili satmış, 40-cı məhəllədə təzə tikilidən mənzil almış, uşaqları ilə birlikdə orada yaşayırlar. Bunu 8 saylı Mənzil Kommunal Sahəsinin 19 oktyabr 2021-ci il tarixli Aktı təsdiq edir. Quliyeva (Həşimova) Saidə Mürşüd qızının mənzildə qeydiyyatda olması iddiaçıların mənzil üzərində hüquqlarının həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Quliyeva (Həşimova) Saidə Mürşüd qızının və azyaşlı övladlarının qeydiyyatları formal xarakter daşıyır. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Quliyeva (Həşimova) Saidə Mürşüd qızı və azyaşlı övladları 21.12.2007-ci il təvəllüdlü X4 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızının Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 20A saylı evin, 27-ci mənzilindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh özünün 20.10.2021-ci il tarixli məktubu ilə xahişini təmin elməmiş, inzibati məhkəmə icraatı qavdasında müraciət etməsi tövsivyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı Mövsüm oğlu və X5 iddia ərizəsinə uyğun izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X1 paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. - 02 sentyabr 2012-ci il tarixli notarial qaydada bağlanmış bağışlama müqaviləsindən görünür ki, Həşimov Ağabala Tapdıq oğlu Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 20A, 27 saylı 4 otaqlı mənzilin sahəsi 23,88 kv.m olan 2 və 3 nömrəli otaqlarını qızı X3, sahəsi 26,12 kv.m olan 9 və 8 nömrəli otaqlarını oğlu İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, X8 və 21.12.2007-ci il təvəllüdlü X7 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 20.10.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. - Sumqayıt şəhər məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(060)-2896/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Həşimova (Quluyeva) Saidə Mürşüd qızı ilə cavabdeh Həşimov Ruslan Ağabala oğlu arasında Sumqayıt şəhər VVADQ şöbəsində 19 dekabr 2006-cı il tarixdə bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 919 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. - Sahə ustası X9, qonşular X2, X6 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı mənzil kommunal sahəsi tərəfindən təsdiq edilmiş 19 oktyabr 2021-ci il tarixli aktda qeyd edilmişdir ki, 8-ci mikrorayon, ev 20A, mənzil 27-də qeydiyyatda olan X12 iki qızı ilə birlikdə 2020-ci ilin dekabr ayından anası vəfat edəndən sonra 8-ci mikrorayon, ev 28/15, mənzil 13-də yaşamışlar, 2021-ci ilin aprel ayından boşanmış, anasının mənzilini satmış, 40-cı məhəllədə təzə tikilidən mənzil almış, uşaqları ilə birlikdə orada yaşayırlar. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 İddiaçı və X1 paylı mülkiyyətindədir. Həmin mənzildə üçüncü şəxslər X8 və 21.12.2007-ci il təvəllüdlü X7 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızı qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 20.10.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçılara məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Həşimova (Quliyeva) Saidə Mürşüd qızının və onun azyaşlı övladları 21.12.2007-ci il təvəllüdlü X4 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızının iddiaçılara məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 20A saylı evin, 27 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Həşimova (Quliyeva) Saidə Mürşüd qızının və onun azyaşlı övladları 21.12.2007-ci il təvəllüdlü X4 və 21.12.2007-ci il təvəllüdlü Həşimova Natavan Ruslan qızının iddiaçılara məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən, 20A saylı evin, 27 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar