Məhkəmə qərarları › İş №2-1(118)-4186/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4186/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4186/2025 28.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı “iddaçinin adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il tarxində və 28 fevral 2022-ci il tarixində ödənilmiş cəmi 5 000 (beş min) manat məbləğində istifadə edilməmiş məbləğin ona geri qaytarılması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı “iddaçinin adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il tarxində və 28 fevral 2022-ci il tarixində ödənilmiş cəmi 5 000 (beş min) manat məbləğində istifadə edilməmiş məbləğin ona geri qaytarılması”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 20201-ci il tarixli 1 (101 )-63/2021 saylı Hökmü ilə ( Hakimlər: X3 (sədrlik edən), X5 və X4) qət edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-sinin 3130-cü madəsi ilə məsuliyyətə cəlb etmə müddəti ötdüyü üçün ona bu maddə ilə cəza təyin edilməmişdir. Həmin iş üzrə təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. İşə apellyasiya instansiyasında baxılan zaman təqsirləndirilən şəxsin yaxınları zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmişdirlər. Zərərçəkmiş şəxs ilə barışıq əldə edilmiş və zərərçəkmiş şəxs iddiaçıdan şikayətçi olmamasına dair rəsmi sənədi cinayət işinə baxan məhkəməyə təqdim etmişdir. Təssüflər olsun ki, apellyasiya instansiyası şəxs barəsində daha yüngün cəza təyin etmək ilə kifayətlənmişdir. Yəni, şəxs şərti olaraq azadlığa buraxılsa da, onun barəsində ki, cinayət işinə xitam verilməmişdir. Yəni, Məhkəmə iş üzrə zərərçəkmiş şəxs ilə barışığın olmasını əsas götürərək təqsirləndirilən şəxs barəsində şərti cəza təyin etmişdir. Amma təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 5 000 manat məbləğində pulun ödənilməsi nəzərə alınmamışdır. Bu qərar sonradan AR Ali Məhkəməsində qüvvədə qalmışdır. Beləliklə iddiaçı tərəfindən ödənilən məbləğ nəzərə alınmamışdır. İddiaçı bu məbləği yalnız qanunveiciliyin ona imkan verdiyi vasitələrdən istfadə etməsi üçün ödəmişdir. Bu hal öz təqsidiqini tapmadığı üçün onun tərəfindən ödənilən məbləğ ona geri qaytarılmalıdır. Çünki bu məbləğ istfadə edilməmiş hesab edilir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubu; ödəniş qəbzləri və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)- 63/2021 saylı hökmünə əsasən zərərçəkmiş şəxsə dəymiş 10 000 manat ziyanın dövlət büdcəsinə ödədiyi 50% miqdarında pul məbləğinin ona geri qaytarılmasına dair cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətininin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əsas hüquqi marağı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-63/2021 saylı hökmünə əsasən zərərçəkmiş şəxsə dəymiş 10 000 manat ziyanın dövlət büdcəsinə ödədiyi 50% miqdarında pul məbləğinin (5.000 manat) ona geri qaytarılmasından ibarətdir. Belə ki, vətəndaş İddiaçı iddia edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində əsasən zərərçəkmiş şəxslər barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməli olduğu halda, o cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-cü maddəsinə əsasən: 73-1.1. Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189- 1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.3. Bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi yuxarıda qeyd edilən qanunun normasında təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməsi imperativ norma olaraq müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı “iddaçinin adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il tarxində və 28 fevral 2022-ci il tarixində ödənilmiş cəmi 5 000 (beş min) manat məbləğində istifadə edilməmiş məbləğin ona geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyi yanında X1rşı “iddaçinin adına dövlət büdcəsinə 31 yanvar 2022-ci il tarxində və 28 fevral 2022-ci il tarixində ödənilmiş cəmi 5 000 (beş min) manat məbləğində istifadə edilməmiş məbləğin ona geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar