Məhkəmə qərarları › İş №2-1(118)-4187/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4187/2024

01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4187/2024 01.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012-ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrı-ayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulmaqla) əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilmısi barədə döyüş əmrindən çıxarışların təsdiq olunmuş surətlərinin iddiaçının ünvanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirlyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012-ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrı-ayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulmaqla) əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilmısi barədə döyüş əmrindən çıxarışların təsdiq olunmuş surətlərinin iddiaçının ünvanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş mateiallarından görünür ki, iddiaçı Laçın rayonu Qayğı qəsəbəsində qeydiyyatda olmaqla,faktiki olaraq Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 15 saylı evin 48 saylı mənzilində yaşayır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri, Parlament prospekti, 3 ünvanında yerləşir. İş matertiallarından iddianın hansı əsaslarla Sumqayıt İnzibati Məhkəməsinə verilməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Proseessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.4-ci maddəsinin tələbinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012-ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrı-ayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulmaqla) əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilmısi barədə döyüş əmrindən çıxarışların təsdiq olunmuş surətlərinin iddiaçının ünvanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.1.4 8.2, 8.5, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012-ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrıayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulmaqla) əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilmısi barədə döyüş əmrindən çıxarışların təsdiq olunmuş surətlərinin iddiaçının ünvanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə 2-1(118)-4187/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar