Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-419/2023 03.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına verilmiş KOD 30104018 JN:583 saylı 12 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına verilmiş KOD 30104018 JN:583 saylı 12 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi xahiş etmişdir. Onun tələbi təmin edilməmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin paylı mülkiyyətçiləri X10, X7, X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılır ki, Qusar rayonu Əcəxur kəndində yerləşən 6.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvləri X5, X3 və X4 adlarına qeydiyyata alınmaqla KOD30104018 JN:0099 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Bu yaxınlarda həmin dövlət aktı əsasında adlarına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********21 saylı məktubla cavab verilərək bildirilmişdir ki, KƏD30104018 JN:0099 saylı dövlət aktı sonradan ləğv edilmiş və iddiaçının və ailə üzvlərinin adına 2.14 ha torpaq sahəsinə dair JN-583 nömrəli başqa bir akt verilmişdir. Məlum olmuşdur ki, həmin dövlət aktı 12 may 2006-cı il tarixdə verilmişdir. Həmin dövlət aktında aktın verilməsinə əsas kimi Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 275a saylı qətnaməsi göstərilmişdir. Bundan sonra iddiaçı Qusar rayon məhkəməsinə müraciət edərək həmin qətnamənin surətinin iddiaçıya və ailə üzvlərinə təqdim edilməsini xahiş etmişdir, lakin məhkəmə tərəfindən 14 aprel 2022-ci il tarixli G(029)-170/2022 saylı məktub verilərək bildirilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2- 275a/2006 saylı mülki iş mövcud deyildir, bu səbəbdən də həmin iş üzrə hər hansı sənədin verilməsi qeyri-mümkündür. Bununla da KOD 30104018 JN:583 saylı 12 may 2006-cı il tarixli dövlət aktı hər hansı hüquqmüəyyənedici sənədə əsasında verilməmişdir. Ona görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar tərəfindən iddiaçının və ailə üzvlərinin adına verilmiş KOD 30104018 JN:583 saylı 12 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsini xahiş etmişdir. Lakin, həmin idarə tərəfindən bildirilmişdir ki, JN-0099 nömrəli Dövlət Aktı, qeydiyyatı ləğv edildiyi üçün öz hüquqi qüvvəsini itirmiş, bu səbəbdən də, mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə ərizənin icrası mümkün olmamışdır. Bundan sonra həmin idarəyə təkrarən ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı JN-0099 saylı Dövlət Aktının deyil, JN:583 saylı Dövlət akrının ləğv edilməsini xahiş etmişdir. Həmçinin, cavab məktubunda iddiaçının 6.19 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair ərizə ilə müraciət etməyi göstərilmişdir. Lakin, iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair deyil, iddiaçı və ailə üzvlərinin adına verilmiş JN:583 saylı Dövlət Aktmm ləğv edilməsinə dair ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, həmin idarə yenidən eyni məzmunlu cavab məktubu vermişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, X1 rayonu Əcəxur kəndində yerləşən torpaq sahəsinə dair hazırlanmış JN-0099 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 6.19 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə müraciət etmişdir. Müraciətə 11 05.2022-ci il tarixli, **********21 nömrəli məktubla bildirilmişdir ki: “Bununla bağlı bildiririk ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında X2 adına 6.19 ha torpaq sahəsi JN-0099 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydə alınmışdır. Qeyd olunan dövlət aktı sonra ləğv edilmiş və X2 adına 2.14 ha torpaq sahəsinə dair JN-583 nömrəli ‘ Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" işlənmiş və qeydiyyatdan keçmişdir. Məlumat üçün bildiririk ki, ərizənizdə qeyd olunan JN-0099 nömrəli Dövlət Aktı, qeydiyyatı ləğv edildiyi üçün öz hüquqi qüvvəsini itirmişdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 №li qərarı əsasında torpağa mülkiyyət hüququna dair JN 0099, KOD 30104018 saylı Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 6.19 ha torpaq sahəsi verilmişdir. Lakin sonradan Qusar rayon Məhkəməsinin 2-275a/2006 saylı Qətnaməsi əsasında iddiaçının adına JN 583, KOD 30104018 saylı, 12 may 2006-cı il tarixli Dövlət Aktı verilmiş, bu səbəbdən də JN 0099, KOD 30104018 saylı Dövlət Aktı öz hüquqi qüvvəsini itirmişdir. İddiaçı hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun və ailə üzvlərinin adına verilmiş JN 583, KOD 30104018 saylı 12 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, Həmin dövlət aktında aktın verilməsinə əsas kimi Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-275a saylı qətnaməsi göstərilmişdir. Bundan sonra iddiaçı Qusar rayon məhkəməsinə müraciət edərək həmin qətnamənin surətinin iddiaçıya və ailə üzvlərinə təqdim edilməsini xahiş etmişdir, lakin məhkəmə tərəfindən 14 aprel 2022-ci il tarixli G(029)-170/2022 saylı məktub verilərək bildirilmişdir ki, Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2- 275a/2006 saylı mülki iş mövcud deyildir, bu səbəbdən də həmin iş üzrə hər hansı sənədin verilməsi qeyri-mümkündür. Bununla da KOD 30104018 JN:583 saylı 12 may 2006-cı il tarixli dövlət aktı hər hansı hüquqmüəyyənedici sənədə əsasında verilməmişdir. Cavabdeh orqan isə qeyd edir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında X2 adına 6.19 ha torpaq sahəsi JN-0099 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” qeydə alınmışdır. Qeyd olunan dövlət aktı sonra ləğv edilmiş və X2 adına 2.14 ha torpaq sahəsinə dair JN-583 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş və qeydiyyatdan keçmişdir. JN-0099 nömrəli Dövlət Aktı, qeydiyyatı ləğv edildiyi üçün öz hüquqi qüvvəsini itirmişdir. Məhkəmə posesi gedişində Qusar rayon Məhkəməsinə müvafiq sorğu edilmiş, müəyyən edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-ci il arxivində 2-275a/2006 saylı mülki iş mövcud deyildir. Göründüyü kimi iddiaçının adına 2.14 ha torpaq sahəsinə dair JN-583 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsinə əsas olmuş 2-275a/2006 saylı, 09 mart 2006-cı il tarixli qətnamə mövcud olmamışdır. Məhkəmə hesab edir ki, mövcud olmayan məhkəmə qətnaməsi əsasında işlənmiş dövlət aktı iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur və iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatını aparan orqan əsaasız qeydiyyat apararaq, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı və ailə üzvlərinin adına verilmiş, 12 may 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış KOD 30104018 JN:583 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-419/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-419/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver