Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-42/2021 21.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 və “X8 Cəmiyyəti”nin sədri X7 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “X6 İdarə Heyyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X10 Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqların qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tarixdə X16 ilə 1988-ci il tarixdə nikaha daxil olmuş, yoldaşı X16 29 mart 2008-ci il tarixdə vəfat etmişdir.X5 23 avqust 1988-ci il tarixdə 511 saylı ünvanda yerləşən 511 saylı torpaq sahəsinə bağçılıq kitabçası var, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışa əsasən əri X12 həmin torpaq sahəsi verilmişdir. “Kauçuk” Bağçılıq yoldaşlığın İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışdan da görünür ki, X16 “Kauçuk" Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmişdir. İllərdi ki, həmin torpaq sahəsində tikdikləri evdə yaşayırlar. Yoldaşı öləndən sonra həmin torpaq sahəsini öz adına keçirtmək üçün birinci növbəli vərəsə kimi müvafiq torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisinə müraciət etmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisində aparılan V-32/2009 saylı vərəsəlik işi üzrə birinci növbəli vərəsələr arasında olan İddiaçı 29 mart 2008-ci ildə vəfat etmiş əri-X10 ünvan 1 ünvanda yerləşən 511 saylı torpaq sahəsi ilə bağlı, həmin əmlakın X12 məxsus olub-olmaması, müsbət olduğu halda daşınmaz əmlakın dövlət reyestrindən texniki pasport, kadastr, çıxarış və əmlakın yüklü olub-olmaması barədə arayış verilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu göndərilmişdir. Daha sonra Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən mərhum X10 “Kauçuk” Bağçılıq yoldaşlığın İdarə Heyətinin 01 saylı Protokolundan çıxarış ilə əldə etdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 29 avqust 2019-cu il tarixdə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərərək-2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edildiyindən və buna görə də ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəlarma əsasən ərizəsinin icrasından imtina edilmişdir. Belə ki, həmin torpaq sahəsi artıq 31 ildir ki, onların istifadəsindədir, onlar orda tikdikləri evdə uzun illərdir ki yaşayırlar, yəni ki, faktiki olaraq onların mülkiyyətindədir. Yoldaşı vəfat edəndən sonra vərəsəlik qaydasında torpaq sahəsini öz adına keçirdək və müvafiq hüquqmüəyyənedici sənədlər alsınlar. Lakin yuxarıda qeyd etdiklərindən də görünür ki, bunu indiki vəziyyətdə etməkləri qeyri-mümkündür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsi üzərində mərhum X10 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndələri və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, "Kauçuk" X9 Heyətinin 23 avqust 1988-ci il tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən mərhum X12 ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsinə dair 29 avqust 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 511 nömrəli bağ sahəsinin yeri .ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən, mərhum X12 "Kauçuk" X9 Heyətinin 23 avqust 1988-ci il tarixli 01 nömrəli protokolundan çıxarışa əsasən ayrılmış 0,06 ha torpaq sahəsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə İddiaçı 18 sentyabr 2019-cu il tarixli **********42 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə “X8 Cəmiyyəti”nin sədri X14 izahat verərək, bildirmişdir ki, X16 13 avqust 1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və ona 511 saylı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən o, istifadə etmiş, yəni müxtəlif ağaclar əkmiş və təsərrüfat aparmışdır. X16 vəfat etdikdən sonra həmin torpaq sahəsi onun arvadının sahibliyindədir. Belə ki, torpaq vergisi Qulu Ağayevin arvadı İddiaçı tərəfindən mütamadi olaraq ödənilir. 522 saylı torpaq sahəsi Yadigar Qurbanov adlı şəxsə ayrılmış, lakin həmin şəxsin atasının adı və ünvanı barədə cəmiyyətdə heç bir məlumat yoxdur. Qeyd olunan 511 saylı torpaq sahəsi 522 və 489 saylı torpaq sahələrinin arasında yerləşir və hər birinin sahəsi 0,6 ha təşkil edir. DƏDRX-in əməkdaşları tərəfindən Qulu Ağayevin ailə üzvlərinin istifadə etdiyi faktiki torpaq sahəsinin 522 saylı torpaq sahəsi olmasına dair gətirdiyi arqument anlaşılan deyil. Belə ki, həmin torpaq sahəsinin plan sxemi cəmiyyət tərəfindən tərtib edilib və cəmiyyətin sədri kimi o, Qulu Ağayevin ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin məhz 511 saylı torpaq sahəsi olmasını təsdiqləyir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: X6 İdarə Heyyətinin 23 avqust 1988-ci il tarixli 01 saylı Protokolundan çıxarışın surəti, Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinin sxematik planı, Bağçılıq Cəmiyyətinə X10 üzv qəbul edilmiəsi barədə 15.09.1988-ci il tarixli üzvlük kitabçası, 511 saylı bağ sahəsinə dair torpaq vergisinin ödənilməsi barədə qəbzlərin surəti, X10 barəsində verilmiş AZ-İ 302273 saylı ölüm haqqında şəhadətnamənin surəti, Sumqayıt Bələdiyyəsinin DƏDRX-in 2 saylı ərazi idarəsinə göndərdiyi **********24 saylı 21 noyabr 2019-cu il tarixli məktubu, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Sumqayıt İnzabati Məhkəməsinə ünvanladığı məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X12 Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsi verilmiş və həmin bağ sahəsi uzun müddət Qulu Ağayevin özünün, özü vəfat etdiyi 29.03.2008-ci ildən etibarən arvadı İddiaçı istifadəsindədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı mərhum əri Qulu Ağayevə ayrılmış torpaq sahəsi üzərində qanuni sahiblik hüququnu həyata keçirir və Azərbaycan Respublikası Konstitusiyasında, Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq ərindən miras qalmış torpaq sahəsininin üzərində mülkiyyət hüquqlarını mərhum ərinin adına qeydə alınmasını istəyir. Lakin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi X2 35-ci maddəsində qeyd olunmuş - müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassızıdır və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Buna görədə məhkəmə hesab edir ki, inzibati mübahisəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X6 İdarə Heyyətinin 01 saylı Protokolundan çıxarışa əsasən X12 Bağçılıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsi ayrılmışdır. X16 mütamadi olaraq həmin torpaq sahəsi üçün nəzərdə tutulmuş torpaq vergisi ödəmiş və 29 mart 2008-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsinə dair torpaq vergiləri onun arvadı İddiaçı tərəfindən ödənilmişdir. 09 avqust 2019-cu ildə İddiaçı notariat kontoruna müraciət edərək mərhum ərindən miras qalmış 511 saylı torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyərkən, DƏDRX-in 2 saylı Ərazi İdarəsi həmin torpaq sahəsinin digər şəxsə verilmiş 522 saylı torpaq sahəsi ilə üst üstə düşməsini əsas gətirmiş və 511 saylı torpaq sahəsinə dair mərhum X10 adına mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina etmişdir. Buna görə də İddiaçı məhkəməyə hazır ki, iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən mübahisə predmeti olan 511 saylı torpaq sahəsinin koordinatlarının 522 saylı torpaq sahəsinin koordinatları ilə üst üstə düşüb-düşməsinin aydınlaşdırılması məqsədi ilə bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuş, lakin qeyd olunan müraciətlər heç bir nəticə verməmişdir. Belə ki, mübahisəli əraziyə iddiaçının vəkilinin iştirakı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən bir neçə dəfə baxış keçirilməsinə baxmayaraq, qeyd olunan təşkilat 511 və 522 saylı torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən müvafiq rəyi məhkəməyə təqdim etməkdən imtina etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, 522 saylı torpaq sahəsi üzrə hüquqlar DƏDRX-də dövlət qeydiyyatına alınmamışdır. DƏDRX-in 2 saylı Ərazi İdarəsi məhkəməyə ünvanladığı 21 noyabr 2019cu il tarixli **********24 saylı məktub ilə 522 saylı torpaq sahəsinin kimə ayrılması ilə bağlı “X8 Cəmiyyəti”nə müraciət olunmasını məhkəməyə tövsiyyə etmişdir. “X8 Cəmiyyəti”nin sədri X14 məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, 522 saylı bağ sahəsinin Yadigar Qurbanov adlı şəxsə ayrılmasına baxmayaraq, həmin şəxsin ata adı və ünvanı barədə hər hansı bir məlumat yoxdur. Ona görə də məhkəmə tərəfindən Yadigar Qurbanov adlı şəxsin iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Yadigar Qurbanovun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsinin təmin edilməsi məqsədi ilə cəmiyyətin sədri Qulam Bayramov tərəfindən 522 saylı torpaq sahəsi ayrılmış Yadigar Qurbanov adlı şəxsin “X8 Cəmiyyəti”ndə olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vurulmasına baxmayaraq, həmin nömrənin abonenti tərəfindən Yadigar Qurbanov adlı şəxsin həmin ünvanda yaşamadığı və onun barəsində hər hansı bir məlumatın olmaması müəyyən olunmuş və məhz bu səbəbdən məhkəmə tərəfindən 522 saylı bağ sahəsinin sahibinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi mümkün olmamışdır. “X8 Cəmiyyəti”nin sədri Qulam Bayramovun məhkəmədə verdiyi izahatdan o da məlum olmuşdur ki, mübahisə predmeti olan 511 saylı torpaq sahəsi mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadəsindədir və həmin torpaq sahəsi faktiki olaraq sxematik planda göstərilən yerdə yerləşir, yəni mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadə etdikləri torpaq sahəsi 522 saylı deyil 511 saylı torpaq sahəsidir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum ərinə ayrılmış 511 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Həmin Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh təşkilat tərəfindən gətirilən arqumentə münasibət bildirərək, məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazır ki, iddia tələbi üzrə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olması, 511 saylı torpaq sahəsinin Bakı- Quba magistral yoluna tərəf 20 metr məsafədə yerləşdiyi və buna görədə 511 saylı torpaq sahəsi üzrərində Qulu Ağayevin mülkiyyət hüquqlarını qeydə alınmasının mümkün olmaması ilə bağlı gətirdiyi arqument əsassızdır. İlk öncə nəzərə alınmalıdır ki, “X8 Cəmiyyəti”nin tərtib etdiyi sxematik plana əsasən 511, 522 və 498 saylı torpaq sahələri bir-biri ilə yanaşı eyni ölçülü sahələrdi və həmin sahələr paralel şəkildə Bakı-Quba yolunun yaxınlığında yerləşir. Yəni cavabdeh təşkilatın məhkəməyə ünvanladığı 21 noyabr 2019-cu il tarixli **********24 saylı məktubda göstərdiyi arqument baxımından hazır ki, mübahisəyə yanaşdıqda 511 saylı torpaq sahəsinin Bakı- Quba magistral yolundan 20 metr məsafədə yerləşdiyi tədqirdə digər qonşu sahələr olan 522 və 498 saylı torpaq sahələridə magistral yoldan 20 metr məsafədə yerləşməsi müəyyən olunur. Bundan başqa həmin sxematik plandan o da məlum olur ki, 511 saylı torpaq sahəsi 522 və 498 saylı torpaq sahələrinin aralarında yerləşir. Digər tərəfdə o da nəzərə alınmalıdır ki, 522 saylı torpaq sahəsi üzrə DƏDRX-də mülkiyyət hüquqları qeydə alınmadığı və koordinatları məlum olmadığı tədqirdə cavabdeh təşkilat tərəfindən mərhum Qulu Ağayevin ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin 511 deyil 522 saylı torpaq sahəsi olmasının hansı normalar əsasında müəyyən edildiyi aydın olunmur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsasında iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Belə ki, iddiaçının hüquqları mötəbərlik prezumpsiyası prinsipinə əsasən qorunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hesab olunur ki, mərhum X10 arvadı İddiaçı cavabdeh təşkilata təqdim etdiyi X6 İdarə Heyyətinin 23 avqust 1988-ci il tarixli 01 saylı Protokolundan çıxarışının həqiqətə uyğun olmaması sübuta yetirilmədiyinə görə həqiqi hesab edilməli və həmin sənəd əsasında mərhum Qulu Ağayevin sahibliyinə verilmiş 511 saylı torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqları cavabdeh təşkilat tərəfindən onun adına qeydiyyata alınmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.3-cü bəndinə əsasən bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “X6” İdarə Heyyətinin 23 avqust 1988-ci il tarixli 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-42/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-42/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver