Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-420/2023 23.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Naxməd oğlunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçının əlilliyinin təyini üzrə sonuncu qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Naxməd oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “2021-ci ilin sentyabr ayından etibarən iddiaçının əlilliyinin bərpa edilməsi və həmin tarixdən ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının əlilliyinin təyini üzrə sonuncu qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən ikinci qrup əlildir və ona əlilliyə görə aylıq təqaüd təyin edilmişdir. 2021-ci ilin sentyabr ayından etibarən ona əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib faktla bağlı araşdırma aparılmasını və nəticə barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********2 saylı imtina məktubu ilə ona cavab verilmişdir ki, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (Fornıa-88) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun xəstəliyi aşağıdakı kimidir: "Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz və aşıq-baldır oynağının postravmatik artrozu. Oynaqların kontrakturası. Sol diz və aşıqbaldır oynağının kontrakturası. Essensial hipertenziya. Şəkərli diabet İİ tip İnsulin tələbi ilə. Xr.pielonefrit. Hipertoniya xəstəliyi 11 mərhələ." Cavabdeh orqanın ona verdiyi cavabı əsassız hesab edir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı Şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmalan => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz və aşıq baldır oynağınım posttravmatik artrozu. Oynaqların kontrakturası. Sol diz və aşıq baldır oynağının kontrakturası. Essensial hipertenziya. Şəkərli diabet İİ tip. insulin tələbi ilə. Xr. pielonefrit. Hipertoniya xəstəliyi İİ mər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 saylı Şəhər poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmalan => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz yə aşiq; baldır oynağımın, poş.ttravm.atik artrozu. Oynaqların kontrakturası. Sol diz; və aşıq . baldır oynağının kontrakturası. Essensiai hipertenziya. Şəkərli diabet İİ tip. insulin tələbi ilə. Xr. pieionefrit. Hipertpniyə xəstəliyi İİ mər.; Meyar: 2.2. İkinci dərəcə əlillik DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi; xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri »> S80-S89 -Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıqbaldır oynağıda daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı. Sol diz və aşıq baldır oynağınırn posttravmatik artrozu. Oynaqların kontrakturası. Sol diz və aşıq baldır oynağının kontrakturası. Essensiai hipertenziya Şəkərli diabet İİ tip, insulin tələbi ilə. Xr. pieionefrit. Hipertoniya xəstəliyi İİ mər.; Meyar: 2.2. İkinci dərəcə əlillik -> DİGƏR: ; 2.2.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi xx.xx.2021-çi il tarixli göndərişi əsasında baxılmış və '’X1: XİX Sinif - Travmalar, : zəhərlən mələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => Т90-Т98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 – Aşağı...; Diaqnozun mətni: Əsas diaqnoz T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri, Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş, sınığı. (ELMİ- TƏDQİQAT TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUTUNUN 23:08.2021-ci İL TARİXLİ **********/810 NÖMRƏLİ ARAYİŞA ƏSASƏN) Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının kontrakturası. Açma 170 dərəcə, bükmə 90 dərəcə Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif, olunmayan yeriş çətinləşməsi, .Yerişin pozulması, ağrı sindromu ilə Ağırlaşma M19.2 Digər ikincili artroz, . Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, . Sol diz oynağının postravmatik deformasiyaedici artrozu Yanaşı xəstəliklər : N11.1 Xroniki obstruktiv pielonefrit,. Xroniki pielonefrit Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, . AstƏno-nevrotik sindrom Yanaşı xəstəliklər E10 İnsulindan asılı şəkərli diabet,. Şəkərli diabet, İİ tip, ağır gedişli. İNSULiN TƏLƏBLİ Yanaşı xəstəliklər 110 Essensiai [birincili] hipertenziya, , Arterial hipertenziya, İİ dərəcə, risk 2-(orta); Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: - Diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr tam qeyd olunmayıb.dəqiqləşdirilsin.;” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar; zəhərlənmələr vƏ xarici səbəblərin təsirinin bəzi digər nəticələri -> T90-T98 - , Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - aşağı Diaqnozun mətni: T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri.. Sol baldır sümüklərinin yuxan 1/3-nin oynaqdaxili qeyridüzgün bitişmiş sınığı, kobud Varus deformasiyası. (ELMİ-TƏDQİQAT TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUNUN xx.xx.2022-Cİ İL TARİXLİ **********/327 NÖMRƏLİ ARAYİŞA ƏSASƏN) Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, . Sol baldırn aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi” olmuşdur. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci ildə verilsə də o 2022-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin avqust ayında, yəni təxminən 7 ay sonra xx.xx.2022-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ’’İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü, bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də həzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyim, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin, bir iddiada birləşdirilməsinin mümkünlüyünü. İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümüküniüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Göründüyü kimi iddiçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədiləitibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasrinm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ,2008-ci il 29 : fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnartıə- ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrimə elektron sənəd . formasındam daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və yə stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5 1-cİ yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxanda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Naxməd oğlu xx xxxxxxxx 1959-cu il təvəllüdlüdür. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0003 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı Naxməd oğluna xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək (baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-üzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıq baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; xr.pielonefrit; hipertoniya xəstəliyi İİ mərhələ) diaqnozaları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. - TQS № 088, 0531003AANA6 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93.2: aşağı ətrafın digəq sınıqlarının nəticələri, sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud varus deofmrasiyası (Elmi-Tədqiqar Travmatologiya və ortopediya institunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Ağırlaşma R26.2 başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pzoulması ağrı sindromu ilə, M62.5 əzələnin başqa rubrikalardatəsnif olunmayan atrodiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişkiliyi, əzələ atrofiyası, M19.1 Diigər oynaqların posttravmatik artrozu, sol diz oynağının postramvatik deformaiyaedici artrozu, M19.2 Digər ikincili artroz, sol aşıq-baldır oynağının deformasiyaedici artrozu; M24.5 Oynaqların kontrakturası, sol diz oynağının kontrakturası, açma 165 dərəcə, bükmə 90 dərəcə, sol aşıq-valdır oynağının açıcı-bükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə).Yanaşı xəstəliklər E10 insulindən asılı şəkərli diabet, şəkərli diabet İİ tip, ağır gedişli, insulin tələbi, 110 essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə, risk 2 (orta), N 11.1 xroniki obstruktiv pielonefrit, xroniki pielnefrit, G90.8 vefetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, H25.0 Başlanğıc qocalıq kataraktası OS-balanğın katarakta. xx.xx.2019-cu ildə OS-KTE+İOL əməliyyatından sonrakı vəziyyət. - TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89- Diz və baldırın travmaları – S82- Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; baldır sümüklərinin, aşıq-baldır oynağı dadaxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıa baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; XR. Pielonefrit; hipertoniya xəstəliyi İİ mər.qeyd edilmişdir. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 1059 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı Naxməd oğlunda “Sumqayıt 1 nömrəli xəstəxanası” poloklinika şöbəsində xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Aşağı ətrafın digər sınıqlarının nəticələri. Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyridüzgün bitişmiş sınıdğı, kobud Varus deformasiyası (Elmi-Tədqiqar Travmatologiya və ortopediya institunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə. Əzələnin başqa rubrikalard təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ artofiyası” müəyyən edilmişdir. - Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin iddiaçıya ünvanladığı 16 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 2.2 İkinci dərəcə əlillik, baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıq baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; xr.pielonefrit; hipertoniya xəstəliyi İİ mərhələ meyarları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya qeyd olunan əlillik üçün növbəti müayinə vaxtı xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı, yəni xx.xx.2021-ci il tarixli müayinə zamanı “sonuncu müayinə zamanı əlavə müalicəyə ehtiyacın olması – səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina etmişdir. İddiaçı hal-hazırda ona əlilliyin təyin edilməsindən imtina edilən tarixdən ikinci dərəcə əlillik təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İnzibati iş materiallarında olan TQS № 088, 0531003AANA6 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surətindən görünür ki, iddiaçıya “Əsas diaqnoz: T93.2: aşağı ətrafın digər sınıqlarının nəticələri, sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud varus deofmrasiyası (Elmi-Tədqiqar Travmatologiya və ortopediya institunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Ağırlaşma R26.2 başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması ağrı sindromu ilə, M62.5 əzələnin başqa rubrikalarda təsnif olunmayan atrodiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişkiliyi, əzələ atrofiyası, M19.1 Digər oynaqların posttravmatik artrozu, sol diz oynağının postramvatik deformasiyaedici artrozu, M19.2 Digər ikincili artroz, sol aşıq-baldır oynağının deformasiyaedici artrozu; M24.5 Oynaqların kontrakturası, sol diz oynağının kontrakturası, açma 165 dərəcə, bükmə 90 dərəcə, sol aşıq-baldır oynağının açıcıbükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə).Yanaşı xəstəliklər E10 insulindən asılı şəkərli diabet, şəkərli diabet İİ tip, ağır gedişli, insulin tələbi, 110 essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə, risk 2 (orta), N 11.1 xroniki obstruktiv pielonefrit, xroniki pielnefrit, G90.8 vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, H25.0 Başlanğıc qocalıq kataraktası OSbalanğın katarakta. xx.xx.2019-cu ildə OS-KTE+İOL əməliyyatından sonrakı vəziyyət. Həmçinin iş materiallarında sadalanan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0003 saylı, xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı Naxməd oğluna xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək (baldır sümüklərinin aşıq-baldır oynağı da daxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-üzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıq baldır onağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; xr.pielonefrit; hipertoniya xəstəliyi İİ mərhələ) diaqnozaları ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan iddiaçının növbəti müayinəsi zamanı “sonuncu müayinə zamanı əlavə müalicəyə ehtiyacın olması – səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi” əsası ilə ona əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 2475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 1059 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Naxməd oğlunda “Sumqayıt 1 nömrəli xəstəxanası” poloklinika şöbəsində xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Aşağı ətrafın digər sınıqlarının nəticələri. Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası (Elmi-Tədqiqar Travmatologiya və ortopediya institunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə. Əzələnin başqa rubrikalard təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ artofiyası” müəyyən edilmişdir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki , iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 2-ci dərəcə əlillik təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Naxməd oğluna son qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Naxməd oğluna son qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva