Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-421/2022 17.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçıya Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli M20 N171231 nömrəli magistr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçıya Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli M20 N171231 nömrəli magistr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetinin “Filologiya” ixtisasını bitirmişdir. Bu barədə ona xx.xx.2020-ci il tarixli M20 N171231 nömrəli bakalavr diplomu verilmişdir. Dipomu aldıqdan sonra ixtisasının tanınması və ixtisas ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin diplom üzrə ixtisasın tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. İddiaçı imtina əsassız qəbul edir. Belə ki, o qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinə daxil olmuşdur. Təhsil müddətində vaxtı vaxtında dərslərdə iştirak etmiş və bütün imtahanları verərək diplom almışdır. Xarici dili hansı səviyyədə bilməsi ekspertizanın səlahiyyətlərinə aid deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının təkrar müsahivədən keçirilməsi qərara alınmışdır. Cavabdeh məktubla məhkəməyə müraciət edərək iddiaçının aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığını və ona ixtisasın tannması iləa bağlı müvafiq şəhadətnamələrin verilməsi bildirilmişdir. Məktuba əlavə edilmiş şəhadətnamələrdən görünür ki, İddiaçı Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli M20 N171231 nömrəli magsitr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır və həmin vergi borcu ləğv edilmişdir. İddiaçı mübahisənin bu cür nizama salınması ilə razılaşaraq mübahisənin həll edilmiş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı iddiaçıya Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli M20 N171231 nömrəli magistr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-421/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-421/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver