Məhkəmə qərarları › İş №2-1(118)-421/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-421/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-421/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X6 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, onun xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X6 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən AR Əmək Pensiyası haqqında Qanunun 8-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixində Azərbaycan Respublikası ünvan 1 ünvanında yaşayır. 65 yaşının tamam olması ilə əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş və ona ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət Agentliyinin 1 saylı Sumqayıt regional ASAN xidmət mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyatı üzrə baxılmışdır. X8 Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla ) yaşa görə əmək pensiyası hüququ vardır . Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir .Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq , sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1,-ci maddəsinə uyğun olaraq , əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən , 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır .Təqdim etdiyiniz əmək kitabçanıza və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla) 11 il 11 ay 12 gün təşkil edir .Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb . Eyni zamanda xx.xx.2006-ci il tarixinədək 10 il 12 gün sığorta stajınıza uyğun fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız 8131.30 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1383.60 manat olmaqla ümumilikdə 9514.90 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir . Əlavə olaraq bildiririk ki , əmək kitabçanızda qeyd edilmiş xx.xx.1986-cı il tarixindən xx.xx.1995- ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır .Araşdırma zamanı xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X7 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin ünvanını müəyyən etimək mümkün olmadığı üçün həmin dövrün araşdırılması və sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir .Qeyd olunanları nəzərə alaraq , əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyində, ümumi sığorta stajınız qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab dilmir. İddiaçı cavabdehin imtina məktubu ilə razı olmadığına görə məhkəməyə müraciət etmişdir . İş materiallarından göründüyü kimi, xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixədək və həmçinin xx.xx.1995-ci il tarxindən xx.xx.2002-ci materialarına əlavə olunmuş əmək kitabçasının notarial təsdiq olunmuş surəti ilə də sübuta yetirilir . Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, işlədiyi idarələrin ünvanlarını müəyyən etmək mümkün olmadığı üçün həmin dövrün araşdırlması və sığorta stajına daxil edilməsi mümkün hesab edilmir . Lakin hazırda cavabdehin həmin mövqeyi ilə razı deyil. Belə ki, Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq olunmuş Əsasnamənin 1ci bəndinə əsasən, - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), şahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.Həmin Əsasnamənin 3-cü bəndində deyilir ki, İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəşinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsində bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək və məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək sığortaçının hüquqları kimi, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək isə vəzifələri kimi təsbit edilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə sığortaedənlərin hüquq və vəzifələri təsbit edilmişdir. Buna görə, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biri kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı Ə.Ə.Ələsgərov (bundan sonraiddiaçı) yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizəylə inzibati orqana müraciət etmiş, lakin vətəndaşa xx.xx.2022-ci il tarixdə **********0 nömrəli bildirişlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “X8” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən iddiaçının sığorta stajı (31,05.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixdək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 11 il 11 ay 12 gün təşkil edir. Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8131.30 manat, xx.xx.2020-ci il tarixdən 01,04.2022-ci il tarixədək 1383.60 manat olmaqla ümumilikdə 9514.90 manat təşkil edir Əlavə olaraq bildirirlər ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X2 və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X7 və “71 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq iddiaçının adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayədəsi X5 iştirak etmiş, iddianın rədd edilməsini məhkəədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı onun xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X6 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən AR Əmək Pensiyası haqqında Qanunun 8-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X7 və 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, 06 mart 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 tərəfindən iddiaçının xx.xx.1986-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi X2 əmək fəaliyyəti ilə bağlı Nazirliyin arxivdə mühafizə olunan 1986-1995ci illər üzrə əmrlərin surəti və əmək haqqına dair arayış məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının xx.xx.1986-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi X2 işlədiyi dövlərin nəzərə alındığını, 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsinin ünvanını müəyyən etmək mümkün olmaması səbəbilə həmin dövrlərin yoxlanılmasının mümkün olmadığını qeyd etmişdir. Bundan sonra məhkəmə tərəfindən cavabdeh orqana müvafiq sorğu edilmiş, iddiaçının məhkəmə iclasında 2020-ci ildən hal hazıradək 3 ildir Mənzil İstismar Sahəsində işlədiyini bildirdiyi, lakin iddiaya etirazda bununla bağlı qeydiyyat aparılmadığı, həmin işlə əlaqədar olaraq İddiaçı əmək kitabçasında qeyd olunan dövrlərdən hansı dövrlərin nəzərə alınıb-alınmaması, hansı dövrlərin hansı səbəblərə görə nəzərə alınmaması, bununla bağlı ayrı ayrılıqda münasibət bildirilməsi, eyni zamanda təhsil dövrləri, hərbi xidmət dövrləri, hazırda işlədiyi dövrlərə münasibət bildirilməsi və nəzərə alınmayan dövrlər nəzərə alınarsa iddiaçının hüququnun yaranıb yaranmaması barədə araşdırma aparıb əlavə münasibət bildirilməsi, eyni zamanda mübahisənin məhkəmədənkənar həlli imkanı varsa bununla bağlı məlumat verilməsi tələb olunmuşdur. Cavabdeh orqan bildirmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, 21,06.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək əmək fəaliyyəti dövrü, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2020-ci il tarixindən vətəndaşın müraciət etdiyi xx.xx.2022-ci il tarixinədək 1 il 11 ay əmək fəaliyyəti dövrü daxil olmaqla 11 il 11 ay 12 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildirirlər ki, X3 və araşdırma şöbəsinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli xidməti məruzələrinə əsasən İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək işlədiyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X7 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsinin ünvanını müəyyən etmək mümkün omadığı üçün həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr üzrə 16 il 2 ay 11 gün iş stajı öz təsdiqini taparsa vətəndaşın sığorta stajı ümumilikdə 28 il 1 ay 23 gün olmaqla yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi X2 əmək fəaliyyəti ilə bağlı Nazirliyin arxivdə mühafizə olunan 1986-1995-ci illər üzrə əmrlərin surəti və əmək haqqına dair arayış həmin dövrlərin sosial sığorta stajı kimi hesablanması üçün əsas təşkil edir. İddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsində işləməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən müvafiq sorğular edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********841200 saylı məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarında Göyçay 71 saylı Təmir Tikinti İdarəsi xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında dövlət qeydiyyatına alınmış və hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. İddiaçının 71 saylı “Təmir Tikinti Quraşdırma” İdarəsində işləməsi faktı onun əmək kitabçasında qeyd edilməklə yanaşı, belə bir müəssisənin mövcudluğu da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********841200 saylı məktubu nəzərə alınanda şübhə doğurmur. X8 Qanuna əsasən: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur M a d d ə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X8” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Qaydaların 3.2.1-ci maddəsində "X8" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “X8” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. X8 Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 65 yaşı xx.xx.2022-ci il tarixində tamam olduğuna görə onun pensiyası həmin tarixdən hesablanmalıdır. Beləliklə iddiaçı pensiya yaşına çatdığına və 25 ildən artıq sığorta stajı olduğuna görə məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası hesablanmalıdır. İddiaçı eyni zamanda hesablanmış pensiyanın birdəfəlik ödənilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmə hesab edir ki, pensiyanın ödənilməsi X8 Qanunun 32.1-1-ci maddəsinə əsasən həyata keçirilməlidir. X8 Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X6 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və X8 Qanunun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.1995-cı il tarixinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Ərzaq Nazirliyi X6 və xx.xx.1995-ci il tarixindən xx.xx.2002ci il tarixinədək 71 saylı Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və X8 Qanunun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar