Məhkəmə qərarları › İş №2-1(118)-4217/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4217/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4217/2023 20.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə qanunsuz olaraq qeydiyyata alınmış Quliyeva Rəhimə Yusif qızının pasport qeydiyyatından çıxarılmasının Sumqayıt şəhər Polis İdarəsininin üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ünvan 4 mənzildə qanunsuz olaraq qeydiyyata alınmış Quliyeva Rəhimə Yusif qızının pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, Cavabdehin 23 iyun 2023-cü il tarixli, 3-13-58/2-A-277xx/xx/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, imtinanın əsası kimi qeyd edilmişdir ki, Quliyeva Rəhimə Yusif qızı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-1813/2017 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışdır. Daha sonra 08.01,2019-cu il tarixdə X2 razılığı əsasında Sumqayıt ASAN xidmət mərkəzinin şəxsiyyət vəsiqəsi qrupu tərəfindən ünvan 2 ünvanına yenidən qeydiyyata alınmışdır. Bu səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Quliyeva Rəhimə Yusif qızı zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə 1992-ci ildə rəsmi nigaha girərərək ailə qurmuşdur. Birgə nigahdan övladı yoxdur. Nigah Sumqayıt şəhər məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 1992-ci ildən bu günə qədər Sumqayıt şəhər 5-ci mkr, ev 4B/28 mənzil 37-də daimi qeydiyyatda olmaqla yaşayır. Həmin mənzildə o və keçmiş həyat yoldaşı daimi qeydiyyatda olmuşdur. Mənzil dövlət mənzil fonduna aiddir. 2014-cü ildən başlayaraq keçmiş həyat yoldaşı X5 ilə mənzil mübahisəsi gedir. Belə ki, o 2014-cü ildə iddiaçını mənzildən məcburi şəkildə qovmuş və qanunsuz olaraq X1 Rəhimə Yusif qızını mənzilə gətirmişdir. İddiaçı da öz növbəsində mənzilə köçürmə və Quliyeva Rəhimə Yusif qızının mənzildən çıxarılmasına dair iddia qaldırmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2810/2015 saylı, xx.xx.2015-ci tarixli qətnaməsinə əsasən iddiaçının mənzilə köçürülmə tələbi təmin edilmiş, Abbasova Rəhimə Yusif qızı isə mənzildən çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1376/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2810/2015 saylı,xx.xx.2015-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi 2015-ci ilin dekabr ayında tam icra olunmuşdur Daha sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsində Sumqayıt şəhər Polis idarəsinə qarşı Quliyeva Rəhimə Yusif qızının ünvan 2-ə dair pasport qeydiyyatından çıxarılmasını cavabdehin üzərinə vəzifə qoyulması ilə bağlı iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1813/2017 saylı, xx.xx.2017-ci İİ tarixli qərarı ilə iddia təmin edimiş, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Quliyeva Rəhimə Yusif qızının ünvan 2 ünvanına dair qeydiyyata alınması qanunsuz hesab edilmiş, Quliyeva Rəhimə Yusif qızının ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra qərar icra olunmuş və Quliyeva Rəhimə Yusif qızı qeydiyyatdan çıxarılmışdır. Lakin məlum olmuşdur ki, Quliyeva Rəhimə Yusif qızı qanunsuz olaraq sözügedən mənzilə yenidən qeydiyyata alınmışdır. Quliyeva Rəhimə Yusif qızı yaşadığı mənzildən məhkəmə qətnaməsi ilə çıxarılmışdır və bu mənzildə ümumiyyətlə yaşamır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh məhkəmənin qəbul edəcəyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə hesab edir ki, iddianın mümkünlüyü və əsaslılığı qanuni qüvvəyə minmiş məhkəmə qərarları müəyyən edir. Belə ki, işin hallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2810/2015 saylı, xx.xx.2015-ci tarixli qətnaməsinə əsasən iddiaçının mənzilə köçürülmə tələbi təmin edilmiş, Abbasova Rəhimə Yusif qızı isə mənzildən çıxarılmışdır. Daha sonra iddiaçı Sumqayıt İnzibati Məhkəməsində Sumqayıt şəhər Polis idarəsinə qarşı Quliyeva Rəhimə Yusif qızının ünvan 2-ə dair pasport qeydiyyatından çıxarılmasını cavabdehin üzərinə vəzifə qoyulması ilə bağlı iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1813/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edimiş, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Quliyeva Rəhimə Yusif qızının ünvan 2 ünvanına dair qeydiyyata alınması qanunsuz hesab edilmiş, Quliyeva Rəhimə Yusif qızının ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra qərar icra olunmuş və Quliyeva Rəhimə Yusif qızı qeydiyyatdan çıxarılmışdır. X7 Yusif qızı sonradan sözügedən mənzilə yenidən qeydiyyata alınmışdır. Lakin qanuni qüvvəyə münmiş məhkəmə qərarlarında müəyyən edilmiş halların əksini göstərən yeni bir halın olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Əksinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin 19 avqust 2023-cü il tarixli 1060 saylı arayışında qeyd edilmişdir ki, Quliyeva Rəhimə Yusif qızı 5-ci mikrorayon, ev 4B/28, mənzil 37-də qeydiyyatda olsa da həmin ünvanda yaşamır. İddiaçı ünvan 4 mənzildə qanunsuz olaraq qeydiyyata alınmış Quliyeva Rəhimə Yusif qızının pasport qeydiyyatından çıxarılmasını istəyir. Hazırki işdə də mənzil iddiaçının faktiki istifadəsindədir. Belə ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-1813/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı preyudisial əhəmiyyət daşıyır. Həmçinin yuxarıda qeyd edildiyi kimi, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsinin 19 avqust 2023-cü il tarixli 1060 saylı arayışında qeyd edilmişdir ki, Quliyeva Rəhimə Yusif qızı 5-ci mikrorayon, ev 4B/28, mənzil 37-də qeydiyyatda olsa da həmin ünvanda yaşamır. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quliyeva Rəhimə Yusif qızının ünvan 4 mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar