Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-422/2020 05.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “cavabdehin iddiaçıya hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin audit nəticələrinə dair ödəniş cədvəlində müəyyən olunmuş GB-də qeyd olunan malların XİFMN kodu düzgün bəyan edilmədiyi üçün borc yaranmış, 10349.27 AZN dəbbə pulu hesablanmışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, cavabdehin iddiaçıya hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən iddiaçı "İddiaçı" MMC-yə 1500-012/0xx-xx/000964 saylı xx xxxxxx 2019-cu il tarixli məktub daxil olmuşdur. Məktubda qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair ödəniş cədvəlində müəyyən olunmuş gömrük bəyannamələrində qeyd olunan malların XİFMN kodu düzgün bəyan edilmədiyi üçün 10.349,27 AZN məbləğində dəbbə pulu borcu yaranmışdır və qısa müddət ərzində ödənilməsi tələb olunur. İddiaçı aşağıda qeyd olunanlara əsaslanaraq cavabdeh tərəfindən iddiaçıya dəbbə pulu borcunun hesablanmasını əsassız və qanunsuz sayır: İddia ərizəsinə əlavə etdiyi **********5447 saylı xx.xx.2017-ci il tarixli və **********2500 saylı xx.xx.2017-ci il tarixli gömrük bəyannamələrindən göründüyü kimi tərəflərindən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə "X6 3430" adlı mallar istehsal məqsədi ilə ölkəyə idxal edilmişdir. Bununla bağlı olaraq müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və "X6 3430" adlı mallara gömrük orqanları tərəfindən 320890 təsnifat kodu verilərək idxal rüsum dərəcəsi 0,5% olmaqla hər bəyannamə üzrə 414.08 manat məbləğində rüsum hesablanmış və hər iki gömrük bəyannamələri üzrə iddiaçı tərəfindən cəmi 828.16 manat idxal rüsumu ödənilmişdir. Daha sonra təxminən 2019-cu ilin iyul aylarında cavabdehin məsul şəxsləri tərəfindən iddiaçıya verilən məlumata əsasən daxili gömrük auditi tərəfindən aparılmış yoxlamaların nəticəsi olaraq əvvəllər **********5447 saylı və **********2500 saylı gömrük bəyannamələrində idxal olunmuş malların idxal rüsumu dərəcəsi 15% əvəzinə 0.5% kimi rəsmiləşdirilmişdir. Nəticədə 24.028,88 manat idxal rüsumu və 4.325,20 manat ƏDV, cəmi 28.354,08 manat gömrük ödənişləri az hesablanmışdır. Və həmin məbləğin də ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı da öz növbəsində buna razılıq verərək gömrük orqanları tərəfindən vaxtında az hesablanmış qalıq məbləği ödəmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulu hesablaması ilə iddiaçı qətiyyən razı deyildir. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından və laboratoriyadan keçirilir, təsnifat kodu verilir və dövlət rüsumları təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəməklə gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adıçəkilən mallar iddiaçı tərəfindən ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmışdır və müəssisə də öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və indiki kimi süni dəbbə pulu borcu yaranmamış olacaqdı. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.12-ci maddəsinə görə, gömrük dəyəri - malların "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyər deməkdir. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə görə, idxal gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük Məcəlləsinin 247.1-ci maddəsində deyilir ki, gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Qanunvericilikdə dəbbə pulu, müqavilə və ya qanuna əsasən yaranmış öhdəliyin yerinə yetirilməsinin gecikdirilməsi əsasında yaranır. Yuxarıda da qeyd olunduğu kimi gömrük borcunun ödənilməsi ilə bağlı tərəflərindən heç bir gecikməyə yol verilməmişdir. İstər ilkin gömrük rəsmiləşdirilməsi zamanı, istərsə də, sonradan keçirilən audit yoxlaması nəticəsində iddiaçıya bildirilən gömrük ödənişləri dərhal ödənilmiş və heç bir gecikmə yaranmamışdır. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən hesablanmış dəbbə pulu tam əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iddiaya etiraz edərək izahatında qeyd etdiki, iddiaçının borcudur ki, bəyannamədə malın kodunu düzgün müəyyən edib gömrük orqanına təqdim etsin. Gömrük orqanının əməkdaşı malın kodunu səhv olmasını müəyyən etdikdə noqsanları aradan qaldırmalıdır. Gömrük əməkdaşı bunu aşkar etməyib. Bu fakt audit araşdırması zamanı müəyyən edilib. Buna görədə gömrük orqanının əməkdaşı barəsində intizam tədbiri görülmüşdür. İddiaçı tərəf bunu qəbul edib, malın dəyərini ödəyibdir. Malın dəyəri dəbbə pulu ilə birlikdə ödənilməlidir. Dəbbə pulunun hesablanması Gömrük Məcəlləsinin 247.4-cü maddəsi ilə tənzimlənir. Gömrük Məcəlləsinin 249-cu maddəsinə əsasən gömrük orqanı ödənilməyən məbləği üç il müddətində aşkar edərsə həmin məbləğin ödənilməsini tələb edə bilər. Bu halda yalnız gömrük borcunun yarandığı tarixdən 365 gün müddətində hesablama apara bilər. Dəbbə pulu dövlət büdcəsinə ödənilən məbləğdir. İdarə yoxlama nəticəsində digər şəxslər kimi iddiaçınında qanunverciliyin tələblərini pozduğunu müəyyən etmiş, dövlət büdcəsinə ödənilməli məbləğin təmin edilməsi üçün qərar qəbul etmişdir. Sonda Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, hazırda mübahisələndirilən iddiaçıaya hesablanmış dəbbə pulu gömrük qanunvericiliyi tələbləri baxımından əsaslıdır. İddiaçı tərəfindən malların düzgün bəyan edilməməsi, gömrük əməkdaşlarının bu halı həmin vaxt müəyyən etməməsi, audit yoxlaması zamanı bu halın müəyyən olunması, audit yoxlamasından sonra iddiaçı tərəfindən az ödənilmiş gömrük xərci fərqinin könüllü ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinə əsasən: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra-gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd;gömrük bəyannaməsi –malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhəddindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Gömrük Məcəlləsinin 224.5-ci maddəsinə əsasən bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Həmin Məcəllənin 321.1-ci maddəsinə əsasən Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Həmin Məcəllənin 321.3-ci maddəsinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Gömrük Məcəlləsinin 321.4-cü maddəsinə əsasən malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Həmin Məcəllənin 321.5-ci maddəsinə əsasən Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Gömrük Məcəlləsinin 247.4- cü maddəsinə əsasən Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Yuxarıda qeyd edilən normaların qarşılıqlı təhlili onu göstərir ki, iddiaçının gətirdiyi malların düzgün bəyan edilməsi qanunvericiliyə əsasən onun vəzifəsi olaraq müəyyən edilmişdir. Gömrük Məcəlləsinin 321.3-ci maddəsinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Qeyd ediən norma gömrük orqanının hüququ olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, 1000/1132 Ş saylı Əmr əsasında audit yoxlaması zamanı əsasında xidməti vəzifələrinin icrasına laqeyid yanaşan gömrük orqanı əməkdaşı barəsində zəruri tədbirlər görülmüşdür. Məhkəmə hesab edir ki, həmin norma və digər normalar malları düzgün bəyan etməyən şəxsləri məsuliyyətdən azad etmir. Məhkəməyə təqdim edilmiş “Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/110 nömrəli sərəncamına əsasən Sumqayıt Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin audit nəticələrinə dair Akt”da qeyd olunmuşdur ki, "İddiaçı" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “X1 Boyalar - X6 3430” yükünə görə bəyan edilən **********5447 və **********2500 nömrəli gömrük bəyannamələrində XİF MN ********** (idxal rüsum dərəcəsi 15%) əvəzinə XİF MN ********** (idxal rüsum dərəcəsi 0.5%) kimi rəsmiləşdirilmişdir. (Nümunə GB - **********7508) Nəticədə 24.028,88 manat idxal rüsumu və 4.325,20 manat ƏDV, cəmi 28.354,08 manat gömrük ödənişləri az hesablanmışdır. Gömrük ödənişinin ödənilməli olduğu tarixdən yoxlamanın aparıldığı tarixədək (365 gün) hesablanan dəbbə pulu 10.349,24 manat təşkil edir .(Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru Eldəniz Nəbiyev). İddiaçı bildirir ki, gömrük ödənişlərinin az hesablanması ilə bağlı yaranmış fərqi könüllü ödəmişdir. Lakin həmin fərqə görə hesablanmış dəbbə pulu ilə razılaşmır. Məhkəmə hesab edir ki, düzgün bəyan edilməmiş mallara görə dəbbə pulunun hesablanması gömrük qanunvericiliyinin tələblərinə zid deyil. Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Məhkəmə hesab edir ki, gömrük orqanları məsul şəxslərinin məsuliyyətindən ayrıca olaraq iddiaçının malları düzgün bəyan etmək öhdəliyi olduğuna görə dövlət büdcəsinə ödənilməli məbləğ vaxtında ödənilmədiyinə görə ötən müddətə qanunvericilikdə müəyyən olunmuş dəbbə pulu hesablana bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərindən irəli gəlir və bu səbəbdən də, cavabdeh inzibati orqanın hərəkətlərində dəbbə pulu hesablamasında hərhansı hüquq pozuntusu mövcud deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinəapellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-422/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-422/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver