Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-422/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X17 Mövlətxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi üzərində vətəndaş İddiaçı xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi üzərində vətəndaş İddiaçı xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yaşayan vətəndaş İddiaçı xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası X21 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən yaşayış evi və onun həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X21 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin x xxxxxx 2020-ci il tarixli **********62 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə vətəndaş İddiaçı bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17263 nömrəli qeydiyyat vəsiqəsində və 638 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin faktki vəziyyətdə yerləşdiyi torpaq sahəsinin başqa mülkiyyətçiyə (X13) ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-017A nömrəlıi şəhadətnamə ilə məxsus olan torpaq sahəsinin üzərində yerləşdiyi aşkar edilmişdir. Bu səbəbdən də ərizənizin icrası mümkün deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrası mümkün deyildir. İddiaçının vəkili və nümayəndəsi aşağıda sadalananlara əsasən cavabdehin x xxxxxx 2020-ci il tarixli **********62 qeydiyyat nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş tamamilə qanunsuz və əsassız hesab edərək, indiki mərhələdə bunun bir yanlışlıq olduğu, qəsdən qanun pozuntusuna yol verilmədiyini, yanlışlığın aradan qaldırılması üçün imkanların tükənmədiyini, vətəndaşın hüquqlarının bərpa olunacağı qənaətində olduqlarını əsas gətirərək, yenidən cavabdeh orqana müraciət edərək ünvan 2 ünvanda yerləşən yaşayış evi və onun həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi Torpağın mülkiyyətə verilməsinə dair (JN-017A KOD ********) Şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 21 saylı qərarı ilə vətəndaş X9 0.10 ha torpaq sahəsi ayrılmışdır. Ərizəyə əlavə etdiyi Abşeron rayon İcra hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxx 1998-ci il tarixli 24 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaş X9 həmin fərdi mənzil tikintisi üçün icazə verilmişdir. Ərizəyə əlavə etdiyi Abşeron rayonu 2 saylı dövlət notariat kontorunun 4-ə-2- 342 nömrəli xx.xx.2001-ci il tarixli notariat işinin surətindən görünür ki, vətəndaş X3 rayonu Texniki inventarlaşdırma bürosunun 17263 nömrəli qeydiyyat vəsiqəsinə xx xxxx 2001-ci il tarixli arayışına əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli evini 4.620.000 manata X1. Ərizəyə əlavə etdiyi Abşeron rayonu 2 saylı dövlət notariat kontorunun 4-ə-2- 253 nömrəli xx.xx.2004-cü il tarixli notariat işinin surətindən görünür ki, vətəndaş X2 rayonu Texniki inventarlaşdırma bürosunun 17263 nömrəli qeydiyyat vəsiqəsinə xx xxxx 2004-cü il tarixli 8783 saylı arayışına əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli evini 131.320.000 manata İddiaçı satmışdır. Ərizəyə əlavə etdiyi Abşeron RDTİ və MHQİ-nin 17263 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli ev İddiaçı şəxsi mülkiyyətindədir. Ərizəyə əlavə etdiyi İddiaçı şəxsi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli evin texniki pasportundan görünür ki, torpaq sahəsi sənəd üzrə 1000 kv.m., faktiki 1000 kv.m. ikililər altı, 50 kv.m olmmaqla torpaq sahəsinin planı əks olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. (Qeyd edir ki, xx xxxx 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, 8, maddə 693) ilə 245-ci maddənin ikinci cümləsində "Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq" sözləri "Torpaq" sözü ilə əvəz edilmişdir). Yekunda iddiaçının vəkili yuxarıda qeyd olunalara əsasən, cavabdeh orqandan yol verilmiş hüquqi səhvi aradan qaldırmağı, yəni, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və onun həyətyanı torpaq sahəsi üzərində vətəndaş İddiaçı xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almağı xahiş etmişdir. Lakin cavabdeh orqan öz səhvini aradan qaldırmaq əvəzinə xx.xx.2020-ci il tarixli bildirişi ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Ona görədə hazırkı iddi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 55 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxx 2020-ci il tarixli məktubla 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş Baş Dövlət Texniki İnventarlasdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17263 nömrəli qeydiyyat vəsiqəsində və 638 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki vəziyyətdə yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən X6 adına JN-017A nömrəli şəhadətnamə verildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların sırasına daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr aid edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsində də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas olan hallardan biri olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli Fərmanı ilə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəllənin 144-cü maddəsinə müvafiq olaraq, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Eləcə də, Məcəllənin 144.3-cü maddəsində qeyd olunmuşdur ki, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinə uyğun olaraq, Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Müvafiq Məcəllənin 68-ci maddəsinə uyğun olaraq, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı qanunamüvafiq qaydada aparılır, bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Əlavə olaraq, adıçəkilən Qanunun 11-ci maddəsinə müvafiq olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1.1 -ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iştirak etmiş və iddaya etirazı müdafə etmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cavab məktubunda qeyd etmişdir ki, keçmiş Abşeron rayonu X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X7 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 17263 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. (Abşeron rayon İHB-nın Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 24 nömrəli Sərəncamından çıxarışına əsasən) Lakin, X14 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2001-ci il tarixli, 4Ə-2- 342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Lakin, X5 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə-2-253 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. JN-017A KOD 30800027 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 21 saylı qərarı ilə vətəndaş X9 0.10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin xx xxxxxx 1998-ci il tarixli 24 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, X9 həmin fərdi mənzil tikintisi üçün icazə verilmişdir. Abşeron rayon 2 saylı dövlət notariat kontorunun 4-ə-2-342 nömrəli, xx.xx.2001-ci il tarixli notariat işinin surətindən görünür ki, X3 rayonu Texniki İnventarlaşdırma bürosunun 17263 nömrəli qeydiyyat vəsiqəsinə xx xxxx 2001-ci il tarixli arayışına əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli evini 4.620.000 manata X1. Abşeron rayonu 2 saylı dövlət notariat kontorunun 4-Ə-2- 253 nömrəli xx.xx.2004-cü il tarixli notariat işinin surətindən görünür ki, vətəndaş X2 rayonu Texniki inventarlaşdırma bürosunun 17263 nömrəli qeydiyyat vəsiqəsinə xx xxxx 2004-cü il tarixli 8783 saylı arayışına əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli evini 131.320.000 manata İddiaçı satmışdır. Abşeron RDTİ və MHQİ-nin 17263 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 55 saylı yaşayış sahəsi-9.1 kv.m köməkçi sahəsi 32.4 kv.m 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 №li notariat kontorunun xx xxxx 2004-cü il 4Ə-2-253 №li müqavilədə qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. İddiaçı qeyd edir ki, Abşeron rayonu 2 saylı dövlət notariat kontorunun 4-Ə-2- 253 nömrəli xx.xx.2004-cü il tarixli notariat işində vətəndaş X2 rayonu Texniki inventarlaşdırma bürosunun 17263 nömrəli qeydiyyat vəsiqəsinə xx xxxx 2004-cü il tarixli 8783 saylı arayışına əsasən mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1000 kv.m. torpaq sahəsində yerləşən 55 nömrəli evini 131.320.000 manata İddiaçı satıldığı qeyd edilmişdir. Abşeron RDTİ və MHQİ-nin 17263 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində 55 saylı yaşayış sahəsi-9.1 kv.m köməkçi sahəsi 32.4 kv.m 1 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 №li notariat kontorunun xx xxxx 2004-cü il 4Ə-2-253 №li müqavilədə qeydə alınmışdır. Cavabdeh tərəfindən aparılan araşdırma zamanı isə müəyyən edilmişdir ki, müraciət üzrə əlavə edilmiş Baş Dövlət Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17263 nömrəli qeydiyyat vəsiqəsində və 638 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki vəziyyətdə yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən X6 adına JN-017A nömrəli şəhadətnamə verildiyi aşkar edilmişdir. Habelə Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(118)-422/2021 saylı sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cavab məktubunda qeyd etmişdir ki, keçmiş Abşeron rayonu X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X7 adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 17263 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. (Abşeron rayon İHB-nın Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 24 nömrəli Sərəncamından çıxarışına əsasən) Lakin, X14 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2001-ci il tarixli, 4Ə-2- 342 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Lakin, X5 həmin fərdi yaşayış evini Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 4Ə-2-253 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Göründüyü kimi Baş Dövlət Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17263 nömrəli qeydiyyat vəsiqəsində və 638 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin faktiki vəziyyətdə yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən X6 adına JN-017A nömrəli şəhadətnamə mövcuddur. İş materiallarında olan notariat işindən görünür ki, DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən X6 adına JN-017A nömrəli şəhadətnaməyə istinad edilməmişdir. Həmin şəhadətnamə hazırda qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyət sənədi hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdədə bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və inzibati orqan əsaslı olaraq imtina etmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. İddiaçı tərəf torpaq sahəsinin onların istifadəsində olduğunu, X10 tanımadıqlarını, həmin şəxsin torpaq sahəsinə hər hansı bir iddiası olmadığını bildirir. Məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu, həmin orqana təqdim edilən sənədlər əsasında qeydiyyat aparmaq səlahiyyəti olmadığı üçün iddia rədd edilmişdir. Ama bu qeyd edilən hal iddiaçının mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə etmək hüququnu istisna etmir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqısı zamanı torpaq sahəsinində alqı-satqı predmeti olub-olmamasının müəyyən edilməsi, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının müəyyən edilməsi mülki məhkəmə icraatı qaydasında mümkün ola bilər. İddiaçıya izah edisin ki, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə etmək hüququ istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-422/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-422/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver