Məhkəmə qərarları › İş №2-1(118)-422/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-422/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-422/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 9 V mənzil 25-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı onun 15.08.1992-ci ildən 03.08.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 15.08.1992-ci ildən 03.08.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək iddiaçının 15.08.1992-ci ildən 03.08.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 iyul 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2006-cı ilə kimi müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. Bu ona məxsus əmək kitabçasında öz əksini tapır. Pensiya yaşına çatdığı üçün cavabdeh orqana müraciət etmişdir. Müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və imtina cavabı verilmişdir. Belə ki, cavabdeh onzibati oprqan iddiaçının 15.08.1992-ci ildən 03.08.2006-cı il tarixədək işlədiyi dövrü mübahisələndirmişdir. İddiaçı 15.08.1992-ci ildən 05.05.1993-cü illərdə “Pircahan” kooperativində, 18.05.1993-cü ildən 25.08.1996-cı il tarixədək “Çinar-93” kiçik müəssisəsində, 21.06.1997-ci ildən 22.01.1998-ci il tarixədək “Orbita-Servis” Texniki Mərkəzin 4 nömrəli sexində, 15.02.1998-ci ildən 08.01.2000-ci il tarixədək “Çinarə-LTD” firmasında və 20.02.2000-ci il tarixdən 03.08.2006-cı il tarixədək “Santexnik” kooperativində işləmişdir. Həmin dövrlər iddiaçının əmək kitabçasında öz təsdiqini tapır. Lakin cavabdeh orqan həmin illərdə işlədiyi idarələrin hüquqi ünvanının məlum olmadığını əsas gətirərək sosial sığorta stajımın yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 o ğ l u iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçıya cavabdehin 14.02.2014-cü il tarixli 0539 nömrəli qərar ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 20.09.2021-ci il tarixində Filiala müraciət edərək onu əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına köçirməyi xahiş etmişdir. Belə ki, onun əlilliyinin müddəti bitmişdir. Lakin Filialın 27.09.2021- ci il tarixli, **********7 nömrəli məktubu ilə ona imtina verilmişdir. Məktuba əsasən 15.08.1992-ci ildən 03.08.2006cı ilədək işlədiyi illərin yerində qarşılıqlı yoxlanması zərrəti yarandığı lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün həmin illərin sosial siğorta stajına daxil edilərək ona yaşa görə əmək poensiyasının təyin edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir.Belə ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən o, 07.06.1975- 18.05.1977-ci illərdə (1 il 11 ay 12 gün) sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial siğorta stajı cəmi 15 il 8 ay 5 gün təşkil edir. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial siğorta stajı 15.08.1992-05.05.1993-cü illərdə “Pircahan” kooperativində, (8 ay 21 gün), 18.05.1993-25.08.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində (3 il 3 ay 8 gün), 21.06.1997-22.01.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində (7 ay 2 gün), 15.02.1998-08.01,2000-ci illərdə “Çinarə-LTD” firmasında (1 il 10 ay 25 gün) və 20.02.2000-03.08.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində (6 il 5 ay 15 gün), ümumilikdə 12 il 11 ay 9 gün təşkil edir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının işlədiyini iddia etdiyi “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin mövcudluğunu və iddiaçının 15.08.1992ci ildən 03.08.2006-cı ilədək həmin müəssisələrdə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Bas İdarəsinin 13.01.2022- ci il tarixli, **********185100 nömrəli cavab məktubunda reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativi ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir.Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 03.02.2022-ci il tarixli, 27 nömrəli cavab məktubunda “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. İş materiallarında olan: - AZE № 0******* seriyalı İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. - İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı 18.07.1977-ci ildə əmək fəaliyyətinə başlamış,03.08.2006-cı ilədək müxtəlif işlərdə və peşələrdə, o cümlədən 15.08.1992-ci ildən 05.05.1993-cü illərdə “Pircahan” kooperativində, 18.05.1993-cü ildən 25.08.1996-cı il tarixədək “Çinar-93” kiçik müəssisəsində, 21.06.1997ci ildən 22.01.1998-ci il tarixədək “Orbita-Servis” Texniki Mərkəzin 4 nömrəli sexində, 15.02.1998-ci ildən 08.01.2000-ci il tarixədək “Çinarə-LTD” firmasında və 20.02.2000-ci il tarixdən 03.08.2006-cı il tarixədək “Santexnik” kooperativində işləmişdir. - 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş 13.01.2022-ci il tarixli məktubdan görünür ki, reyestr məlumatlarında “Pircahan” kooperativinin, “Çinar 93 KM-nin, “Sontexnik” (“Santexnik”) kooperativinin, və Orbita-Servis texniki mərkəzinin 4 nömrəli sexi barədə heç bir məlumat aşkar edilməmişdir. - Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 03.02.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçınının işlədiyi “Pircahan” kooperativinin, Çinar 93 KM-nin Çinar LTD firmasının, Sontexnik” (“Santexnik”) kooperativinin və Orbita-Servis texniki mərkəzinin arxiv sənədləri filiala dövlət mühafizəsinə təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələdnirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi öz təsdiqini tapmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş əmək kitabçası və Ağdam rayon Təhsil şöbəsi tərəfindən verilmiş arayışdan başqa iddiaçının mübahisələndirdiyi dövrdə işləməsini təsdiq edən hər hansı sənəd (o cümlədən əmək haqqı cədvəlləri, işə qəbul edilmə barədə əmrin surəti və s.) aşkar edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar