Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4222/2023 25.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Cavabdeh məxsus xx.xx.2014-cü ildə 720 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Avaxıl kəndi ərazisində 10 ha kənd təsərrüfatı məqsədləri üçün və 0,40 ha isə tikinti məqsədləri üçün olan torpaq sahəsi var. Həmin torpaqların 5 ha-sı 2000-ci ildə icarəyə götürdüyü torpaqlar olmuşdur. Həmin torpaqlar üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN-076 saylı 41010058 kodlu Dövlət Aktı 25 may 2006-cı il taixdə 1047 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Bu yaxınlarda iddiaçı həmin torpaq sahələrinə çıxarış almaq istəyərkən məlum olmuşdur ki, torpağın kordinatları düz vurulmamışdır. Həmin kordinatlarda göstərilən yerlər kənd əhalisinin üzun illər istifadə etdiyi həyətyanı torpaq sahələrinə və evlərin altına düşür. Faktiki olaraq iddiaçıya satılmış və evinin arxasında olan torpaq sahəsinin müəyyən hissəsinə isə başqa şəxslərin adına plan və ölçü sənədi işlənilmişdir. O cümlədən, cavabdehin də adına əvvəllər icarəsində olmuş və sonradan aldığı 1 ha torpaq sahəsinin 0,12 ha hissəsinə plan və ölçü sənədi işlənilmişdir. Odur ki, Reyestrin nümayəndəsinin, Bələdiyyənin, icra nümyəndəsinin iştirakları ilə akt tərtib edib yerinin kordinatlarını hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahələrinə dəyişilməsini məqsədəmüvafiq hesab etmişdirlər. Həmin akt DƏDRX-dədir. Əslində iddiaçı bu torpaqdan hələ kolxozluq dövründən istifadə edir. Evinin arxasında olan 1 ha sahədə meyvə bağı salmışdır və ətrafını çəpərləmişdir. Orada 30 ildən yuxarı yaşı olan ağaclar var. Cavabdehə verilən torpağın kordinatlarını isə həmin torpaqda yerləşən təndirxananın və su çəninin, su xəttinin üstünə vurmuşlar. Bu şəxsə torpaq sahəsini 2007-ci ildə bələdiyyədə işləyərkən vermişdir. Amma ona oradan deyil, kəndə girişdə sağ tərəfdə olan torpaq sahəsindən vermişdir. Həmin yerlə bu yerin arasında təxminən bir kilometr məsafə var. Onun plan və ölçü sənədi 2014-cü ildə hazırlanmışdır. Həmin vaxtı heç kəs iddiaçının istifadəsində olan bu torpaq sahəsinə gəlməmişdir və heç bir ölçü işləri aparılmamışdır. Bəs necə olmuşdur ki, iddiaçının çəpərlənmiş torpaq sahəsinə həmin torpağın koordinatları vurulmuşdur. İddiaçı cavabdehlə danışmışdır, cavabdeh demişdir ki, "kadastr hazırlanarkən mən Ağsu kadastr mərkəsinin rəisi Arzu Əliyevdən xahiş etdim ki, bax kəndə yaxın bir yer varsa, oradan vur. O da həmin yeri vurdu. Mən heç bilmirdim ki, bu sənin yerindir.” Bir neçə il əvvəl də həmin 1 ha sahədə başqa şəxslə mübahisələri olmuşdur. Həmin şəxs başa düşmüşdür ki, yer iddiaçınındır odur ki, iddiasından imtina etmişdir. Bundan əlavə iddiaçı həmin yerdə calaq etməyi ilə bağlı qonşu iddiaçıdan şikayət etmişdir. Məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, həmin torpaq iddiaçının mülkiyyətindir. Ağaclarda çalaq olmasına, peyvəndləşmə aparılmasına iddiaçının hüququ var, odur ki, barəsində qəbul olunmuş inzibati qərar ləğv olunmuşdur. Həmin qərarda olan xüsusatlar da bir daha təsdiq edir ki, sənəddə koordinat başqa yerə vurulsa da naturada bu yer ona verilmiş və tanıdılmışdır. Hazırda da iddiaçının istifadəsində və sahibliyindədir. Cavabdehə isə başqa yerdən torpaq sahəsi satıldığı halda düzgün olmayaraq ona iddiaçının çəpərinin daxilində olan torpaq sahəsinə plan və ölçü sənədi işlənmişdir. Özü də torpaq sahəsinə yerində baxmadan bu işlər görülmüşdür. Halbuki, torpaq sahəsi verilərkən həmin yerə yerində baxılmalı və onun boş olduğunu göstərən bütün əlamətlərin olması vacib olduğu halda bu qayda gözlənilməmişdir. İddiaçı hesab edir ki, cavabdehə məxsus torpağın plan və ölçü sənədi ləğv olumalı həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmalıdır. AR Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı Cavabdeh məxsus xx.xx.2014-cü ildə 720 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunmasını istəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı cavabdeh kimi fiziki şəxsi göstərmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçının tələbi üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlıdır. Bu baxımdan iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıra bilərdi. Bunun üçün iddiaçı ilkin olaraq subyektiv hüququ olduğu halda üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4222/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4222/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver