Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4225/2023 01.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X11 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayon Quşçu bələdiyyəsinə qarşı “Şamaxı rayon Quşçu bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli 03 saylı iclas protokolunun etibarsız hesab edilərək, X3 1941-1945-ci il müharibə iştirakçıları abidəsinin sağ tərəfindən 0,37 ha(45x80) həyətyanı torpaq sahəsi verilməsinə dair qərarının etibarsız hesab edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin (JN - 473A, kod ********) notarial təsdiqli surətindən görünür ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli, 108 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə üçün - digər 7 nəfər ailə üzvlərim də daxil olmaqla iddiaçının mülkiyyətinə verilmişdir. Bu həyətyanı sahənin qaiməsi, miqyası, mülkiyyətə verilmiş torpaq sahəsinin sxemi və qonşu torpaqların sərhədləri göstərilmişdir. Həmin ərazidə mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə yanaşı, həmin torpaq sahəsinə bitişik olmaqla istifadəsində olan 0.25 ha əlavə torpaq sahəsi də iddiaçının tərəfindən zəbt edilmiş torpaq sahəsi kimi adına yazılmışdır. Lakin həmkəndlisi olan X6 mülkiyyətində olan həmin torpaq sahəsini zəbt etmişdir. Ona Şamaxı rayon Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli 03 saylı iclas protokoluna əsasən X3 194-11945-ci il müharibə iştirakçıları abidəsinin sağ tərəfindən 0,37 ha (45x80) həyətyanı torpaq sahəsi verilmişdir. Şamaxı rayon, Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli 03 saylı iclas protokolu tamamilə əsassız və qanunsuz verilmişdir. Belə ki, Bələdiyyə torpaqlarının idarə olunması haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Halbuki, Şamaxı rayon Quşçu Bələdiyyəsi 30 aprel 2003-cü il tarixli 03 saylı iclas protokoluna əsasən X3 1941-1945-ci il müharibə iştirakçıları abidəsinin sağ tərəfindən 0,37 ha (45x80) həyətyanı torpaq sahəsi verildiyi zaman maraqlı şəxs ona və ya onun nümayəndəsinə hər hansı bir məlumat verilməsi kənara qalsın ümumiyyətlə bisabad və kortəbii şəraitdə torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə üst üstə düşüb-düşməməsi məsələsi araşdırılmadan qərar qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Şamaxı rayonu Quşçu bələdiyyəsi bildirir ki, İddiaçı tərəfindən bu günə kimi iş üzrə cavabdeh Quşçu bələdiyyəsinə heç bir sənəd təqdim edilməmişdir. Tələb olunan sərəncamda nəzərdə tutulduğu kimi 0.12 ha həyətyanı torpaq sahəsindən başqa onun zəbt torpağı olmamışdır. Ona bitişik sahə isə bələdiyyəyə məxsus torpaq sahəsidir. 0.37 ha sahənin X5 verilməsi barədə protokolun ləğv edilib-edilməməsi məhkəmənin səlahiyyətindədir. Lakin onuda qeyd edir ki, X7 həmin ərazidə iki otaqlı ev tikmiş yarımçıq tikililəri olmaqla hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ona görə də İddiaçı 0.25 ha torpaq sahəsinə iddiası əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı qeyd edir ki, Şamaxı rayon Quşçu Bələdiyyəsi 30 aprel 2003-cü il tarixli 03 saylı iclas protokoluna əsasən X3 1941-1945-ci il müharibə iştirakçıları abidəsinin sağ tərəfindən 0,37 ha (45x80) həyətyanı torpaq sahəsi verilmişdir. Üçüncü şəxs onun torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də iddiaçı hazırda Şamaxı rayon Quşçu Bələdiyyəsi 30 aprel 2003-cü il tarixli 03 saylı Qərarını mübahisələndirir. Lakin işin hallarından görünür ki, Şamaxı rayon Məhkəməsinin icraatında ilkin İddiaçı ilkin iddia üzrə cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair iş olmuş, Məhkəmənin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh X7 ilkin iddia üzrə İddiaçı məxsus Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat ilkin iddia üzrə cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X8 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3210/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilmiş, qarşılıqlı iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3210/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi 31 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı üçüncü şəxsin onun torpaq sahəsinin zəbt etməsindən narazıdır, lakin eyni zamanda üçüncü şəxsin adına verilmiş inzibati aktı da mübahisələndirir. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin iddiaçıya məxsus 0,12 hektar torpaq sahəsindən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasına baxmayaraq hazırda üçüncü şəxsin müraciəti ilə bağlı qəbul edilmiş inzibati aktı mübahisələndirməsi həm onun subyektiv hüququ baxımından yolverilən deyil, həm də iddiaçının hüquqlarının məhkəmə nəzarəti qaydasında bərpa edilməsi imkanı olduğu halda əlverişli olmayan hüquq müdafiə vasitəsi seçmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Sözügedən Qərarın 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Sözügedən Qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırtlmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının Şamaxı rayon Quşçu bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli 03 saylı protokol Qərarını mübahisələndirməkdə subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, onun Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsinin X2 İddiaçı məxsus Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması hissəsində icra olunmasını tələb etmək hüququ var. İddiaçının məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4225/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4225/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver