Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-423/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “cavabdehin əliliyə görə əmək pensiyasının bərpa edilməsindən imtina edilməsinin qeyriqanuni hesab edilərək xx xxxxxx 2006-ci il tarixdən əmək pensiya hüququ yarandığı tarixədək olan 6 il 4 ay olan dövrü sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasını bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 1973-cü il tarixdə Qusar rayonun Hil kəndində anadan olmuş və hal-hazırda həmin kənddə yaşayıram. Ona xx xxxxxx 2016-cı il tarixdə Tibbi Sosial Ekspert X4 ilə elektron qaydada 2-ci qrup əlillik təyin edilmişdir. Həmin əllik dərəcəsinə görə ona sosial müavinət təyin edilmişdir. Əmək fəaliyyətinə xx.xx.1990-ci il tarixdə başlamış, Əmək fəaliyyətinin xx.xx.1990-ci il tarixdən xx xxxxxx 1993-cü il tarixədək olan 3 il 10 gün stajı dövrü Azərbaycan Respublikası Sumqayıt-İnzibati Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1 (85)-3343/2017 saylı qanuni qüvvəyə minmiş qərarı ilə və xx xxxxxx 2009-cu il tarixdən xx xxxx 2017-ci il tarixədək olan 6 il 04 ay staj dövrü isə Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qusar şöbəsinin xx.xx.2017-ci il tarixli, 37/365 saylı arayışla təsdiq olunmuşdur. Beləliklə onun əlilliyə görə əmək pensiya hüququ yaranan günə 9 il 4 ay 10 gün sosial sığorta stajı və 616,13 manat məbləğində pensiya kapitalı olmuşdur. DSMF-nin Qusar şöbəsi tərəfindən ona xx.xx.2017-ci il tarixli, 37/365 saylı arayışını və Azərbaycan Respublikası Sumqayıt- İnzibati Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1 (85)-3343/2017 saylı qanuni qüvvəyə minmiş qərarını rəhbər tutaraq xx xxxx 2017-ci il tarixdən 2-ci qrup əlliliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan DSMF-nin Qusar şöbəsi tərəfindən ona heç bir məlumat vermədən, əsassız və qeyri-qanuni olaraq pensiyanın verilməsi dayandırmış və hal-hazıra kimi həmin pensiyanın bərpa etməmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinə və aidiyyəti olan digər orqanlara şifahi və yazılı müraciətlər etsə də, tutarlı və hüquqi əsası olan cavab ala bilməmişdir. Sonuncu müraciətinə isə cavabdeh təşkilat olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 2 saylı regional ərazi filialı xx xxxxxxx 2020-ci il tarixli **********4 saylı məktubla cavablandıraraq, pensiya təyin edilərkən DSMF-nin Qusar şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 37/365 saylı arayışı öz əksini tapmadığını göstərmiş və pensiyanın bərpa edilməsinə imtina etmişdir. Həmin rəsmi cavabının qeyri-qanuni və əsasız hesab edir. Belə ki, xx xxxxxx 2009-cu il tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddətə tərəfindən tələb olunan 616.33 manat əvəzinə 1087.53 manat sosial sığorta ödənişləri etmişdir. Həmin ödənişlərin bir hissəsi şəxsən özü, digər hissəsi isə işəgötürən X2 tərəfindən edilmişdir. Həmid ödənişlərin aparılmasına dair müvafiq Bank tərəfindən təsdiq olunmuş mədaxil qəbzləri mövcuddur. Bundan əlavə həmin ödənişlərin mövcudluğu e-sosial.az elektron portalıdan əldə edilmiş sosial arayışda da, öz əksini tapmışdır. Odur ki, xx xxxx 2017-ci il tarixdə təyin edilmiş və hal-hal əsassız olaraq dayandırılmış əlliliyə görə əmək pensiyası bərpa olunmaqla və onun pozulmuş konstitusion hüquqları bərpa olunmalıdr. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilən 4 nömrəli forma arayışına əsasən xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlilliyə görə 129 manat 65 qəpik əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin sonradan aparılmış araşdırma nəticəsində iddiaçının tələb olunan pensiya kapitalının olmadığı müəyyən edilərək pensiyanın ödənilməsinin dayandırılması barədə qərar qəbul edilmişdir. Hesab edilir ki, icraatınızda olan 2-1 (118)-423/2021 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə xx.xx.2016-ci ildə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Qanunvericiliyə görə İddiaçı xx.xx.2017-ci ildə pensiya təyin edilərkən sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 9 il 4 ay sığorta stajının olması vacibdir. Belə ki, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajının hesablanma qaydası aşağıdakı kimidir: 1. 43 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 28 il (əmək qabiliyyətli yaş dövrü): 2. 28 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 112 ay: 3. 112 ay : 12 ay = 09 il 04 ay. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 9240 manatdır. 1. 9 il x 12+ 4 x 144 : 192 = 84 ( gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı): 2. 84 x 110 ( 2017-ci il üçün əmək pensiyasımnın minimum məbləği) = 9240 manat. Lakin İddiaçı 2006-cı ildən sonraki dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3100.4 manat təşkil edir. Belə ki, iddiaçının pensiya kapitalı: 3 il x 306 manat + 102 (306:12x4ay) + 8,3% +16,7% +20,8% 1.5% + 5,7% +7,9% +1,1% +2,4% +1.4% +4% +12,4% +5,7% =1991.2. İddiaçının təqdim etdiyi arayışa əsasən 2009-cu il tarixdən 2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 616 manat 33 qəpik pensiya kapitalı vardır. Əmək Pensiyaları haqqında qanunun 27.1 -ci maddəsinə xx xxxx 2017-ci il tarixli edilən dəyişikliyə əsasən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Buna əsasən 616 manat 33 qəpiyi 80% artırırıq. (493.064+616.33=1109.4+1991=3100.4 manat). Göründüyü kimi, iddiaçıya 2-ci qrup əlilliyə görə pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona 2-ci qrup əlilliyə görə pensiyanın bərpası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(85)-3343/2017 saylı qərarın surəti, arayışlar, imtina məktubu, etiraz ərizəsi, 3 saylı X5 tərəfindən verilən xx.xx.2020-ci il tarixli **********244800 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı tərəfindən təqdim edilən 4 nömrəli forma arayışına əsasən xx.xx.2017-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının tələb olunan pensiya kapitalının olmadığı müəyyən edilərək iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab etmiş hazırda mövcud mübahisə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi iş materiallarına əsasən ona İİ qrup əlilliyə görə pensiya təyin etmək mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 3 saylı X5 tərəfindən verilən xx.xx.2020-ci il tarixli **********244800 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək şəxsi hesab vərəqəsində vergilər üzrə ümumilikdə 724 manat ödənişi olmuşdur. İddiaçının pensiya kapitalı 9.240 manat olmalı olduğu halda 3100 manat təşkil etmişdir. Bu isə onun əlilliyə görə pensiya ilə təmin edilməsi üçün yetərli deyil. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia rədd edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı cavabdehin əliliyə görə əmək pensiyasının bərpa edilməsindən imtina edilməsinin qeyri-qanuni hesab edilərək xx xxxxxx 2006-ci il tarixdən əmək pensiya hüququ yarandığı tarixədək olan 6 il 4 ay olan dövrü sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasını bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı cavabdehin əliliyə görə əmək pensiyasının bərpa edilməsindən imtina edilməsinin qeyriqanuni hesab edilərək xx xxxxxx 2006-ci il tarixdən əmək pensiya hüququ yarandığı tarixədək olan 6 il 4 ay olan dövrü sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasını bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-423/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-423/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver