Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4230/2025 18.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dəymiş 50000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsinin Abşeron rayon Xırdalan bələdiyyəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Ermənistan Respublikasnın Qafan rayonunda anadan olmuşdur. xx.xx.2005-ci il tarixdə X1 ilə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı vardır. Həyat yoldaşı X1 xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci dərəcə müharibə əlilidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd edir ki, mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətimin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalalılı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərimizin yanında olmuşdur. İddiaçı qeyd edir ki, Xalq-City MTK tikinti şirkətindən Abşeron rayon, Xırdalan şəhəri, Əlif Hacıyev küçəsi 54, ev 2, mənzil 26 nömrəli mənzili almış və həmin mənzilə dair Dövlət reyestrinin çıxarışı ilə təmin edilmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən xx.xx.2024-cü ildə iddiaçıya məxsus mobil telefon SMS gələrək qeyd edilmişdir ki, 17,52 AZN Əmlak vergi borcu vardır, o isə buna qarşı öz etirazını bildirmiş ki, ona məxsus mənzilə dair İşıq, Su və Qaz üçün komunal xərcləri ödəyir, əlavə olaraq mənzilin komendatına hər ay əlavə 15 manat Xalq-City MTK komunal ödənişlər üçün ödəyir. Belə olan halda Abşeron rayon Xırdalan bələdiyyəsinə əlavə ödəniş etməli deyil. Əlavə olaraq bildirir ki, imtiyazlı ailədir, belə ki, həyat yoldaşı X1 ehtiyatda olan zabit, müharibə əlillidir. Bu zaman Abşeron rayonu Xırdalan bələdiyyəsi tərəfindən 4 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə heç bir rəsmi yazılı bildiriş ünvanına göndərilmədən 40 AZN cərimə yazılaraq, borcunun 57,55 AZN olması baradə növbəti dəfə mobil telefionuna SMS gəlmişdir. İddiaçı hesab edir ki, Abşeron rayonu Xırdalan bələdiyyəsinin bu qanuna zidd əməllərini əsassız hesab edir, ona yazılmış 17,52 manat əmlak vergi borcu və 40 manat əmlak vergi cəriməsi ləğv edilməlidir. Xüsusi ilə Abşeron rayonu Xırdalan bələdiyyəsinin ərazisini əhatə edən torpaq sahələrində ciddi ərazi ekspertizası təyin edilməli, bələdiyyə tərəfindən qanunsuz satılmış sənədsiz torpaq sahələri aşkar edilməli və bu barədə xüsusi qərardad çıxarılmalıdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya qarşı etdiyi qanuna zidd hərəkətləri nəzərə alaraq külli miqdarda mənəvi zərər vurmuşdur, yəni o, müharibə əlilli ailəsini haqsız olaraq bir ildir ki, yollarda qalmağı, əsəb-stres keçirməyi, hədindən artıq müalicələrdə olmağı, səhhətinin zəifləməsinə gətirib çıxaran halların olması, daima həkim nəzarətində olmağı, sonda hər instansiya məhkəməsi qərar qəbul etməyi və və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 50000 (əlli min) manat mənəvi zərər vurmuşdurlar.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər.
4. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən, işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
11. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
12. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir.
13. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur.
14. Məhkəmə qeyd edir ki, İddiaçı eyni iddia tələbinə dair inzibati iş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-4700-2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün ərazi aidiyyəti üzrə ünvan 2qayıt İnzibati Məhkəməsinə göndərilmiş və iş xx.xx.2025ci il tarixdə məhkəməyə daxil olmuşdur.
15. İddiaçının hazırki iddiasına dair iş isə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-4699-2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün ərazi aidiyyəti üzrə ünvan 2qayıt İnzibati Məhkəməsinə göndərilmiş və iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
16. Buradan belə nəticəyə gəlmək olar ki, yuxarıda qeyd olunan (14-cü bənd) iddia tələbinə dair inzibati iş daha əvvəl məhkəməyə daxil olduğundan digər (15-ci bənd) iddia tələbinə dair inzibati iş mümkün sayılmamalıdır.
17. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsasla iddia üzrə icraatda iki iş olduğuna görə mümkün sayılmamalıdır.
18. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.
19. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X3-Abbaszadə