Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4233/2025 16.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Teyyub qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZE seriyalı, ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 9 iyun 1967-ci il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 mart 2024-cü il tarixli, 3-17-1/2-R-73058/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən 1 sentyabr 2015-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 31 yanvar 2024-cü il tarixdə daxil olmuş müraciəti ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 4.024,01 manat məbləğində müəyyən edilmiş, həmçinin ötən dövr üzrə ödənilməli olan 1.960,56 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği cari aydan etibarən hissə-hissə (hər ay 108,92 manat) əmək pensiyasının (4.024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 aprel 2025-ci il tarixli, 3-17-1/2-R-79009/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 12 fevral 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan sonra mülki sahələrdə işləmişdir, daha sonra isə 8 avqust 2011-ci il – 30 iyun 2015-ci il tarixləri arasındakı dövr ərzində yenidən hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, 1 sentyabr 2015-ci il tarixdən əmək pensiyası yenidən hesablanıb (həmin tarixədək əmək fəaliyyəti və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalın nəzərə alınmaqla). 1 yanvar 2015-ci il tarixdən əmək pensiyası müəyyən edilməsi zamanı həmin tarixədək topladığı həm mülki sahədə işləməklə, həm də hərbi xidmət keçməklə bütün pensiya kapitalı nəzərə alınmışdır.
4. İddiaçı dair “Fərdi şəxsi hesab”ından elektron çıxarış və 2006-2019-cu illər üzrə pensiya kapitalına dair məlumat.
5. İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçasının surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 4 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-240526/2025 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 31 yanvar 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 31 oktyabr 2019-cu il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 11.294,64 manat təşkil etmişdir. Həmin 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11.294,64:243 ay (64 il 6 ay-52 il 4 ay = 146 ay+97 ay (144 ay-43 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 46,48 manat) 31 yanvar 2021-ci il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi üçün 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş onun pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 (2821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 4.024,01 manat təşkil edir. Qeyd olunanlara əsasən, keçmiş müddət üçün hesablanmış 1.960,58 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə pensiyasının (4.024,01 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 aprel 2025-ci il tarixli, 3-17-1/2-97147/2025 nömrəli məktubu ilə İddiaçı dair inzibati icraat materialları qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024-cü il tarixli, 3-17-1/3-7- 2043/2024 nömrəli qərarından görünür ki, İddiaçı 1 sentyabr 2015-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 3.958,79 manat, yenidən hesablanmış pensiya məbləği 4.024,01 manat, təminat xərcliyinin cəmi 3.327,25 manat, yenidən hesablamanın səbəbi “37.3.2-1-ci maddəyə əsasən” olaraq göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 yanvar 2023-cü il tarixli, 3-17-1/3-7- 1016/2023 nömrəli qərarından görünür ki, İddiaçı 4 iyul 2015-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 2.810,99 manat, yenidən hesablanmış pensiya məbləği 2.821,64 manat, təminat xərcliyinin cəmi 3.327,25 manat, yenidən hesablamanın səbəbi “Artımlarda ayların nəzərə alınması” olaraq göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair 15/2425- 030153 nömrəli “Pensiyaçının uçot vərəqi”.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 6 avqust 2025-ci il tarixli, 3-17-1/2-184269/202 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya təyin edilən 12 fevral 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun 1 sentyabr 2015-ci il tarixə hesablanmış pensiya kapitalı 1.040,83 manat, 1 yanvar 2006-cı il – 31 avqust 2015-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.690,89 manat olmaqla 1 sentyabr 2015-ci il tarixədək cəmi pensiya kapitalı 13.731,72 manat təşkil edir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsini, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında 31 yanvar 2024-cü il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və 31 yanvar 2024-cü il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxsdir, ona pensiya təyin edildikdən sonra müxtəlif sahələrdə işləməkdə davam etmişdir. İddiaçının hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək, iddiaçının əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını və ümumi məbləğinin artmasını xahiş etmişdir. Lakin müraciəti 29 mart 2024-cü il tarixli cavab məktubu ilə natamam təmin edilmiş, qeydə alınmış sığorta kapitalının yalnız bir hissəsi nəzərə alınmışdır. Bildirilir ki, iddiaçı aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi.
11. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6, 26.3, 29.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 mart 2024-cü il tarixli, 2-1(102)-634/2024 nömrəli Qərarına istinad olunmuşdur.
12. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2004-cü ildə pensiya təyin edildikdən sonra işləməyə davam edərək 2011-ci ildə işdən çıxma ilə bağlı yaranmış hüquq əsasında fərdi şəxsi hesabda yığılan sığorta kapitalının əsasında pensiyanın gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması öhdəliyinin və 2015-ci il – 2019-cu il dövr ərzində işləyərək qazanılmış sığorta kapitalının əsasında pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması öhdəliyinin və keçmiş üç illik dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 16 sentyabr 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.
13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz və etiraza əlavə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 12 fevral 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan başqa, iddiaçı 8 avqust 2011-ci il – 30 iyun 2015-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar, onun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən, 1 sentyabr 2015-ci il tarixdən əmək pensiyası yenidən hesablanmışdır (həmin tarixədək iddiaçının əmək fəaliyyəti və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmışdır). İddiaçıya məxsus əmək pensiyasının məlumat vərəqinə əsasən yenidən hesablanmasından sonra 16 noyabr 2015-ci il – 30 oktyabr 2019-cu il tarixləri arasındakı dövr ərzində işləyən əmək pensiyaçısı kimi onun fərdi hesabının sığorta hissəsində 11.294,64 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə (11.294,64:243 ay (64 il 6 ay - 52 il 4 ay = 146 ay+97 ay (144 ay-47 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 46,48 manat) 31 yanvar 2021-ci il tarixədək (iddiaçının Mərkəzi Filiala müraciət etdiyi 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 (2.821,64+46,48) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 3.154,93 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən 3.618,71 manat, 1 yanvar 2024-cü il tarixdən 4.024,01 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği 2024cü ilin mart ayından etibarən hissə-hissə (hər ay 108,92 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə iddiaçıya məxsus müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar tarixdən hesablanmaqla əmək pensiyası hazırda 4.349,95 manat təşkil edir.
17. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1, 37.3.1, 37.3.2-1, 37.7, 45, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, o, 2004-cü il tarixdə Müdafiə Nazirliyindən mayor vəzifəsindən təxris olunmuş, təqaüdə buraxılmışdır. 2005-ci ilin yanvar ayından, 11 avqust 2011-ci il tarixədək hərbi aviozavodda mühəndis vəzifəsində mülki şəxs kimi çalışmışdır. Belə ki, 2005-ci il tarixdən 2011-ci il tarixədək sosial kartda yığılan məbləğ təqaüdə əlavə olunmamış və hesablanmamışdır. Həmçinin, 2011-ci il tarixdən 2019-cu il tarixədək əmək kapitalının pensiyasına əlavə edildiyini, lakin 2005-ci il tarixdən 2011-ci il tarixədək yığılan pensiya kapitalının pensiyasının üzərinə əlavə edilmədiyini qeyd etmiş, eyni zamanda, avqust 2011-ci il tarixdən 2015-ci il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi sirr komandirinin müavini vəzifəsində çalışdığını, 2015-ci il tarixdə yaşı ilə əlaqədar işdən təxris olunduğunu, daha sonra isə 2015-ci il tarixin sentyabr ayından 2019-cu il tarixin noyabr ayınadək Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışdığını, həmin dövrdə yığılan kapitalın pensiyasına hesablanaraq əlavə olunduğunu, pensiya kapitalın əsassız şəkildə 243 aya bölündüyünü bildirmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq iddiaçının hərbi qulluqçu olduğunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunan pensiyalara əlavələrin aldığını, iddiaçının 1 mart 2024-cü il tarixdə müraciət edərkən 5-ci maddəsinin ikinci hissəsinin yeni redaksiyası qüvvədə olduğunu bildirmiş, həmçinin qeyd etmişdir ki, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
25. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 2- 1(118)-5965/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası mümkün hesab edilməmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 16 yanvar 2025-ci il tarixli, 2-1(105)-214/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 2-1(118)-5965/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
27. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)
Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (-)
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
33. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
34. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, 2005-ci il tarixdən 2011-ci il tarixədək əmək fəaliyyəti dövrü yığılmış kapitalı pensiya yenidən hesablanaraq nəzərə alınmamış, əsassız şəkildə 243 aya bölünmüşdür.
35. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya məxsus əmək pensiyasının məlumat vərəqinə əsasən yenidən hesablanmasından sonra 16 noyabr 2015-ci il - 30 oktyabr 2019-cu il tarixləri arasındakı dövr ərzində işləyən əmək pensiyaçısı kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11.294,64 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 243 aya bölünməklə, 31 yanvar 2021-ci il tarixədək (iddiaçının müraciət etdiyi 31 yanvar 2024-cü il tarixdən üç il geriyə) mövcud olmuş pensiyasının (2.821,64 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 2.868,12 manat məbləğində hesablanmışdır.
36. Hazırkı işdə məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024-cü il tarixli, 3-17-1/3-7-2043/2024 nömrəli qərarından görünür ki, iddiaçıya 1 sentyabr 2015-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 3.958,79 manat, yenidən hesablanmış pensiya məbləği 4.024,01 manat, təminat xərcliyinin cəmi 3.327,25 manat, yenidən hesablamanın səbəbi “37.3.2-1-ci maddəyə əsasən” olaraq göstərilmişdir.
37. Göründüyü kimi, qeyd edilən qərar ilə pensiya yenidən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025ci il tarixli, 2-1(102)-53/2025 saylı qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”
39. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.
40. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən).
41. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.
42. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddia olunan 2005-ci il tarixdən 2011-ci il tarixədək əmək fəaliyyəti dövrü yığılmış pensiya kapitalı cavabdeh tərəfindən verilmiş məlumata əsasən pensiya yenidən hesablanaraq nəzərə alınmışdır. Belə ki, cavabdeh orqanın etirazında və iddiaçıya göndərilmiş məktubda qeyd edildiyi kimi, 12 fevral 2004-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmiş, 8 avqust 2011-ci il – 30 iyun 2015-ci il tarixləri arasındakı dövr ərzində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən yenidən tərxis olunmağı ilə əlaqədar 1 sentyabr 2015-ci il tarixdən əmək pensiyası yenidən hesablanmış, 1 yanvar 2015-ci il tarixdən əmək pensiyası müəyyən edilməsi zamanı həmin tarixədək topladığı həm mülki sahədə işləməklə, həm də hərbi xidmət keçməklə bütün pensiya kapitalı nəzərə alınmışdır. Həmçinin, ötən dövr üzrə hesablanmış 1.960,56 manat fərq məbləği hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilir.
43. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məlumatdan müəyyən edilir ki, iddiaçının pensiya təyin edilən 12 fevral 2004-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan əmək stajına uyğun 1 sentyabr 2015-ci il tarixə hesablanmış pensiya kapitalı 1.040,83 manat, 1 yanvar 2006-cı il – 31 avqust 2015-ci il tarixləri arasındakı dövr ərzində isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.690,89 manat olmaqla 1 sentyabr 2015-ci il tarixədək cəmi pensiya kapitalı 13.731,72 manat təşkil edir.
44. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazının dəlillərini yuxarıda qeyd olunan hallara istinadən əsassız hesab edir.
NƏTİCƏVİ HİSSƏ
45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 22 fevral 2024-cü il tarixli, 3-17-1/3-7- 2043/2024 nömrəli ləğv edilsin. İddiaçı 2004-2011-ci illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması, 2015-2019-cu illər üzrə qazanılmış sığorta kapitalı əsasında pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması və keçmiş üç illik dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova