Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-424/2021 26.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçı X5 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı X5 cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanasına qarşı iddiaçının həyat yoldaşı X8 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X5 Cavabdehnə Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həyat yoldaşı X8 ölümünün qeydə alınması və ölüm şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əsl cavabdeh kimi Abşeron rayon Mərkəzi Xəstəxanası ilə əvəz edilməsini və iddia tələbini dəqiqləşdirərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 13.04.2021-ci il tarixli 2-1(118)-424/2021 saylı qərardadı ilə Abşeron rayon Mərkəzi Xəstəxanası iş üzrə cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı X10 iddianı müdafiə etdi və izah etdi ki, onun həyat yoldaşı X12 11 mart 2020-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. X16 Stansiyasının əməkdaşları gəldikdə həyat yoldaşı artıq vəfat etmiş olmuşdur. Lakin onlar tərəfindən verilmiş xəbərdarlıq vərəqində ölüm səbəbini qeyd etmişlər. Buna baxmayaraq cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanası ölüm kaqqında tibbi şəhadətnamə verməkdən imtina edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - İİİ-ЖГ №469909 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X10 03.07.1985-ci ildə X12 ilə rəsmi nikaha daxil olmuşdur. - Abşeron rayon X4 və X7 Stansiyası tərəfindən verilmiş 11.03.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X9 ölüm səbəbi “Anamnezində kəskin ürək çatışmamazlığlı, kəskin miokard infarktı” olmuşdur. - Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 21.09.2020-ci il tarixli 846 saylı məktubdan görünür ki, 1960-cı il təvəllüdlü X1 yerləşən Dağüstü 1 qəbiristanlığında 11.03.2020-ci il tarixində İddiaçı tərəfindən dəfn edilmişdir. - Abşeron rayon Mərkəzi Xəstəxanası PHŞ-in 12.10.2020-ci il tarixli 1646 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının” təsdiq edilməsi barədə 05 nömrəli Qərarın 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Bünyatovun ölümünün səbəbi məlum olmadığına və ölümün baş vermə səbəbi anında heç bir tibbi sənədin Abşeron Rayon Poliklinikasına təqdim edilmədiyinə görə adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Abşeron rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli 2(012)-2418/2020 saylı qərardaddan görünür ki, X5 ölüm faktının müəyyən edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış və ərizəçiyə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilmə qaydası izah olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə X8 11 mart 2020-ci il tarixdə ev şəraitində kəskin ürək çatışmamazlığı, kəskin miokard infarktı diaqnozu ilə vəfat etdiyi təsdiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının” təsdiq edilməsi barədə 5 nömrəli Qərara görə bioloji ölüm anı ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinin həkim və ya feldşeri tərəfindən müəyyən edilir və “Ölüm haqqında tibbi şəhadətnamə” doldurulur. “Ölüm haqqında tibbi şəhadətnamə’’ mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. “Ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, X17 Syansiyası tərəfindən verilmiş xəbərdarlı vərəqində mərhum Ə.Bünyatovun ölüm səbəbi qeyd edilməsinə baxmayaraq cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanası öıüm səbəbinin müəyyən olmadığına istinad edərək ona imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının mərhum həyat yoldaşı X8 barəində ölüm haqqına tibbi çəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanasının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X5 mərhum həyat yoldaşı X8 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında erləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-424/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-424/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver