Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-424/2023 12.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022-ci il tarixli qərarla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında” qəbul edilmiş qərarın bütünlüklə ləğv edilməsi barədə qanunauyğun qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən 22 iyun 2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********4524 nömrəli Tələbnamə təqdim etmiş, həmin tələbnaməyə əsasən cəmiyyətə aid olan sənədlərin, kassada olan pul vəsaitinin götürülməsi barədə xx.xx.2022-ci il tarixli 002746 nömrəli Protokol, mühasibat uçotuna əsasən kassada faktiki mövcud olan nağd pul vəsaitinə dair 002215 nömrəli Siyahı tərtib edilmiş və qeyd edilən pul vəsaiti siyahısında kassada həmin tarixə 21038 manat pul vəsaiti olduğu təsdiq edilmişdir. Bundan sonra 24 iyun 2022-ci il tarixdə cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdə 004889 nömrəli Akt tərtib edilərək aktda, kassada faktiki mövcud olan 21038 manat nağd pul vəsaitinin uçotdan yayındırılması qeyd edilmiş, Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin pozulması göstərilərək 2003,80 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, lakin həmin pul vəsaitinin mühasibat uçotunda təsdiq edilməsinə baxmayaraq və kassada faktiki mövcud olmasını təsdiq edən mühasibat uçotu sənədlərinin heç biri təhlil edilmədən əsassız və qeyri qanuni olaraq tərtib edilmiş AKTda uçotdan yayınma qeyd edilmişdir. Cavabdeh tərəfindən cəmiyyətin kassasında faktiki mövcud olan nağd pul vəsaitinin uçotuna dair hər hansı bir hesabat tələb edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Akta əsasən cəmiyyətə “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022-ci il tarixli QƏRARla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qərar qəbul edilmişdir.Cavabdeh tərəfindən “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022ci il tarixli qərarla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında qəbul edilmiş Qərar əsassız və qeyri qanunudur. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdə cəmiyyətin kassasında faktiki mövcud olan 21008 manat nağd pul vəsaiti Milli İran Bankının Bakı Filalından “Çek Kitabçası”nın xx.xx.2022-ci il tarixli 416460 nömrəli çeki ilə bankdan 30000 manat məbləğində nağd pul vəsaiti çıxarılmış və həmin pul vəsaitinin nağd çıxarılmasını bank çıxarışları, “Çek Kitabçası”nın “kötüyü”, eyni zamanda kassa hesabatı ilə təsdiq edilir. Cəmiyyətin kassasında mühasibat uçotu və kassa hesabatı üzrə xx.xx.2022-ci il tarixə 1632 manat nağd pul vəsaiti qalığı olmuş, xx.xx.2022-ci il tarixdə “Çek Kitabçası” ilə bankdan 30000 manat nağd pul vəsaiti çıxarılaraq cəmiyyətin kassasına mədaxil edilmiş, həmin pul vəsaitindən xx.xx.2022-ci il tarixdə cəmiyyətdə işlərin davam etdirilməsi üçün 10594 manat pul vəsaiti kassa məxaric orderi ilə məxaric edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixə cəmiyyətin kassasında faktiki mövcud olan 21008 manat nağd pul vəsaiti qalığı mühasibat uçotunda əks olunmaqla yanaşı, kassa hesabatında da öz təsdiqini tapmışdır. Cavabdehin, cəmiyyətdə olduğu xx.xx.2022-ci il tarixə kimi qeyd edilən əməliyyatdan başqa kassada nağd pul vəsaitinin mədaxili və məxaricinə dair başqa əməliyyatlar olmamışdır. Cavabdeh tərəfindən pul vəsaitinin uçotdan gizlədilməsi barədə gəldiyi nəticə tamamilə əsassızdır. Cəmiyyətin kassasında olan nağd pul vəsaitinin bank hesabından rəsmi qaydada çıxarılmasını təsdiq edən bank çıxarışı və “Çek Kitabçası”nın faktiki mövcud olması hər hansı bir pul vəsaitinin uçotdan gizlədilməsi nəticəsinə gəlməsinin qeyri qanuni olması bir başa sübut və təsdiq olunur.Cavabdeh, nağd pul vəsaitinin uçotdan gizlədilməsi Potokolunda Vergi Məcəlləsinin qeyd etdiyi maddələrində pul vəsaitinin uçotdan gizlədilməsi barədə hər hansı bir qeyd belə mövcud deyildir, Protokolda göstərilən Vergi Məcəlləsinin maddələrinə isə tamamilə əməl edilmiş, cəmiyyətdə həmin maddələrin tələblərinin pozulmasını təsdiq edən heç bir hüquqi əsas yoxdur. Göründüyü kimi cavadeh heç bir əsas olmadan və kassada faktiki mövcud olan 21008 mnat nağd pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması qənaəti tamamilə əsassızdır və həmin pul vəsaitinin uçota alınmasını mühasibat uçotu ilə, kassa hesabatı ilə, bank çıxarışları ilə təsdiq edilir. Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununa əsasən isə kassada faktiki mövcud olan nağd pul vəsaiti qalığına hər hansı bir məsuliyyətə cəlb etmə, cərimə və sanksiya tətbiqi öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********4506 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarla vergi ödəyicisi İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi, Bakı-Quba magistralının qərbi ünvanında yerləşən mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti MMC-nin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə aparılmışdır. Yoxlamanın keçirilməsi barədə Qərar, eyni zamanda “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4526 nömrəli Qərar, Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********4524 nömrəli Tələbnamə və xx.xx.2022-ci il tarixli KY ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” tanış olması üçün etibarnamə üzrə səlahiyyətli nümayəndəyə təqdim edilmiş və o, qeyd edilən sənədlərlə tanış olmuş və bunu həm öz imzası, həm də şirkətin möhürü ilə təsdiq etmişdir. Həmçinin ona Təlabnamənin bir surəti təqdim edilmişdir. Keçirilən OVN tədbiri zamanı pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi məsələsi yoxlanılarkən, müəssisənin xəzinəsində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid olan 21038,0 manat pul vəsaiti aşkar edilmiş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 002215 nömrəli aktla (xx.xx.2022-ci il tarixli 004889 nömrəli əsas aktın əlavəsi) pul vəsaitlərinin siyahısı tərtib edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə sənədlərin təqdim olunması barədə Tələbnamə verilməsinə baxmayaraq, yoxlama zamanı aşkar olunan pozuntu ilə bağlı heç bir təsdiqedici sənəd təqdim edilmədiyindən, həmin pul vəsaitinin qanunvericiliklə müəyyən edilmiş qaydada uçotunun aparılmaması müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarətinin nəticəsi barədə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron-qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 004889 nömrəli akt tərtib edilmişdir. Nümayəndə tədbirin nəticələrinə müvafiq olaraq rəsmiləşdirilmiş aktlarlarla tanış olmuş, aktları imzalamaqla bir nüsxəsini qəbul etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla MMC-yə Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissənin 10 faizi miqdarında, yəni 2003,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicisi barəsində çıxarılmış məsuliyyətə cəlbetmə qərarı, bildiriş və tələbnamə vergi ödəycisinin elektron poçt qutusuna və vergi ödəyicisinin hüquqi ünvanına poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, iddiaçı bir sıra əsassız dəlillər gətirərək xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir.İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixə cəmiyyətin kassasında faktiki mövcud olan 21038 manat nağd pul vəsaiti qalığının mühasibat uçotunda və kassa hesabatında öz təsdiqini tapdığını, cəmiyyətin kassasında olan nağd pul vəsaitinin bank hesabından rəsmi qaydada çıxarılmasını təsdiq edən bank çıxarışı və “Çek Kitabçası”nın mövcud olduğunu qeyd etmiş, cavabdeh tərəfindən pul vəsaitinin uçotdan gizlədilməsi barədə gədiyi nəticənin əsassız olduğunu bildirmişdir. İddiaçıya məxsus olan obyektdə keçirilən operativ nəzarət tədbiri zamanı vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə aid olan və müəssisənin xəzinəsində aşkar edilmiş pul vəsaiti ilə bağlı iddiaçının səlahiyyətli nümayəndəsinə sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********4524 nömrəli Tələbnamə göndərilməsinə baxmayaraq yoxlama zamanı aşkar olunan pozuntu ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Daha sonra cavabdeh orqan tərəfindən vergi ödəycisinin elektron qutusuna və poçt vasitəsilə hüquqi ünvanına xx.xx.2022-ci il tarixli **********850400 nömrəli bildiriş göndərilmiş və vergi ödəyicisi barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət edilmişdir. Vergi ödəyicisi bu dəfə də aşkar edilmiş pul vəsaitinin uçotunun aparılmasına dair təsdiqedici sənədləri təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı müəssisənin kassasında aşkar edilmiş pul vəsaitlərinin uçotunun aparılmasını və bununla bağlı təsdiqedici sənədlərin mövcud olduğunu iddia etsə də, iddiaçının nə operativ vergi nəzarəti tədbiri zamanı, nə də sonradan Baş İdarəyə dəvət olunduğu zaman təsdiqedici sənədləri təqdim edə bilməməsi iddiaçının təsdiqedici sənədlərin mövcudluğu barədə iddiasının tamamilə əssasız olduğunu göstərir. Digər tərəfdən vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi yoxlama zamanı yoxlama materialları ilə tanış olmuş, aşkar edilmiş pozuntuya dair hər hansı etiraz bildirmədən yoxlamaya dair sənədləri imza və möhür ilə təsdiq etmişdir. Həmçinin, sənədlərin göndərilməsi haqqında Tələbnamə iddiaçıya məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissənin 10 faizi miqdarında, yəni 2003,80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi barəsində çıxarılmış məsuliyyətə cəlbetmə qərarı, bildiriş və tələbnamə vergi ödəycisinin elektron poçt qutusuna və vergi ödəyicisinin hüquqi ünvanına poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, iddiaçı bir sıra əsassız dəlillər gətirərək xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, iddiaçı tərəfindən təsdiqedici sənədlərin yoxlamaya təqdim edilməsi üçün 1 günlük müddət gözlənilmiş, yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək akt tərtib edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin ötən iclaslarında iştirak edən və məhkəmədə şahid qismində ifadə verən vergi inspektoru X3 ifadə verərək, bildirmişdir ki, operativ vergi yoxlaması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, operativ vergi yoxlaması aparılan zaman iddiaçıya məxsus olan seyfdən nağd şəkildə olan maliyyə vəsaiti aşkar edilmişdir, hətta aşkar edilmiş vəsait protokollaşdırılarkən şirkətin sahibi həmin pulun nağd şəkildə istifadə etməsini bildirmişdir. Hətta iddiaçıya aşkar edilmiş pulun mənbəyi barədə sübutların vergi orqanına təqdim edilməsi təklif edilsə də vergi ödəyicisi tərəfindən hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən də inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı MMC barəsində tərtib edilmiş “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022ci il tarixli qərarın surəti, cavabdehin etirazı, 2 saylı ƏVBİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub, "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil öredrinin surəti və digər materiallar. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş və operativ vergi nəzarətinin nəticələri barədə akt tərtib olunmuşdur. Həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə İddiaçı MMC-yə Vergi Məcəlləsinə əsasən vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi orqanının hərəkətindən narazı qalmış iddiaçı həmin qərarların qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Vergilər İdarəsi tərəfindən İddiaçı MMC tərəfindən təqdim edilmiş sənədlər üzrə müvafiq hesablamalar aparılmış və onun əsasında iddiaçını vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixli **********7277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı əsaslı olduğu üçün iddia tələbi təmin edilməməlidir. İddiaçı MMC Bank Milli İran bankından çıxarılan vəsaitin 30.000 manata qədər vəsaitdən nağd hesablaşmaları aparmaq hüququnun olmasını və həmin vəsaitin məhz nağd əməliyyatların aparılması üçün nəzərdə tutulmasını qeyd etsə də buna dair əsaslı dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən çap edilmiş kassa mədaxil orderlərinin qəbzlərinin qanuni əsasları məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, məhkəmənin Maliyyə Nazirliyinə göndərdiyi sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC yalnız 2020 ilin iyun ayında 200 dəst kassa mədaxil orderi (seriya GLL,579001-579200) göndərilmişdir. Belə olduğu tədqirdə, yəni 2020-ci ildə verilmiş mədaxil orderi qəbzlərinin olduğu halda 2018-ci ilin mədaxil qəbzlərinin 2022-ci ildə tərtib edilməsi anlaşılan deyil. Qeyd olunanlar bir daha vergi orqanının qəbul etdiyi qərarın əsaslı olmasına dəlalət edir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 71-ci maddəsi vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması qaydasını, 130-cu maddəsi isə gəlirin və xərcin uçotu qaydasını müəyyən edir. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən bu qərarla tətbiq edilmiş maliyyə sanksiyası məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda, həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış, yuxarıda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Tekno Crusher” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanusuz qəbul edilmiş “Vergi ödəyicisisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7277 nömrəli xx.xx.2022-ci il tarixli qərarla 2003,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmə haqqında” qəbul edilmiş qərarın bütünlüklə ləğv edilməsi barədə qanunauyğun qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-424/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-424/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver