Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4251/2025 14.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 01 sentyabr 1980-cı il tarixdən 14 iyul 1983-cü il tarixədək Azərbaycan SSR X7 Təhsili Komitəsinin Sumqayıt şəhər 7 nömrəli texniki peşə məktəbində təhsil aldığı dövrü və 28 iyun 1983-cü il tarixdən 20 iyun 1985-ci il tarixədək 7 nömrəli Tikinti Quraşdırma İdarəsinin 2 nömrəli tikinti sahəsində 3-cü dərəcəli fəhlə, 19 iyul 1985-ci il tarixdən Sumqayıt "Sintezkauçuk” zavodunun Nəqliyyat sexinə 4-cü dərəcəli qatar tərtibatçısınmn köməkçisi işində, 18 avqust 1987-ci il tarixdən 22 aprel 1992-ci il tarixinədək Sumqayıt “Sintezkauçuk" zavodunun Nəqliyyat sexində 5-ci dərəcəli qatar tərtibatçısı, 23 aprel 1992cı ıl tarixdən 01 noyabr 1994-cü il tarixinə kimi “Sintezkauçuk” zavodunun dəmiryol sexində maşinist köməkçisi, 02 noyabr 1994-cü il tarixdən Sumqayıt “Etilen - Polietilen” zavodunun dəmiryolu sexinə maşinist köməkçisi, 01 avqust 2002-ci il tarixdən 18 yanvar 2011-ci il tarixinə kimi dəmiryolu sexində 4-cü dərəcəli teplovoz maşinisti köməkçisi peşəsində işlədiyi dövrlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 2 saylı siyahısında sadalanan XXVİİİ bölməsinin 3001000-18726 şifrinə, 23001000-14241 şifrinə əsasən 57 yaşdan, yəni 20 dekabr 2021ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. 01 sentyabr 1980-ci il tarixdən 14 iyul 1983-cü il tarixədək Azərbaycan SSR Dövlət Texniki feşə Təhsili Komitəsinin Sumqayıt şəhər 7 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 28 iyun 1983-cü il tarixdən 20 iyun 1985-ci il tarixədək 7 nömrəli Tikinti Quraşdırma İdarəsinin 2 nömrəli tikinti sahəsində 3-cü dərəcəli fəhlə işləmişdir. 19 iyul 1985-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” zavodunun Nəqliyyat sexinə 4-cü dərəcəli qatar tərtibatçısınam köməkçisi işinə qəbul edilmişdir. 18 avqust 1987-ci il tarixdən 22 aprel 1992-ci il tarixinədək Sumqayıt “Sintezkauçuk” zavodunun Nəqliyyat sexində 5-ci dərəcəli qatar tərtibatçısı işləmişdir. 23 aprel 1992-ci il tarixdən 01 noyabr 1994-cü il tarixinə kimi “Sintezkauçuk” zavodunun dəmiryol sexində maşinist köməkçisi keçirilmişdir. 02 noyabr 1994-cü il tarixdə köçürmə yolu ilə Sumqayıt “Etilen - Polietilen’’ zavodunun dəmiryolu sexinə maşinist köməkçisi keçirilmişdir. 01 avqust 2002-ci il tarixdən 18 yanvar 2011-ci il tarixinə kimi dəmiryolu sexində 4-cü dərəcəli teplovoz maşinisti köməkçisi işləmişdir. 19 yanvar 2011-ci il tarixdən 28 avqust 2014-cü il tarixinə kimi “Azərkimya”İB-nin “Nəqliyyat və Xüsusi texnika Dairəsi”nin 2 saylı dəmiryol sahəsində 4-cü dərəcəli teplovoz maşinisti peşəsində işləmişdir. 29 avqust 2014-cü il tarixindən bu günə kimi kimi “Azərkimya”İB-nin Təmir Tikinti İdarəsinin avadanlıqlarının təmiri və xidməti sahəsinə 5 ci dərəcəli təmirçi çilingər peşəsində işləyir. İddiaçı 01 sentyabr 1980-cı il tarixdən 01 yanvar 2006-cı il tarixədək 25 il 03 ay 02 gün ümumi iş stajına, 18 il 04 ay 14 gün ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasınm vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası huququna malikdirlər. Bununla əlaqədar olaraq mən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2022-ci il in may-iyun ayları tarixində və 2024-cü ilin dekabr ayı tarixində ərizə ilə müraciət edərək, mənə 57 yaşdan, yəni 20 dekabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 iyun 2022-cİ il və 08 yanvar 2025-ci il tarixli məktubları ilə mənə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina məktubunda göstərir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası anmaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayaq pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusiilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovozlarda maşinist köməkçiləri və qatar tərtibçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen zavodunun arayışlarında 18 avqust 1987-ci il tarixdən 22 aprel 1992-ci il tarixdən bu günə kimi Sumqayıt “Sintezkauçuk” zavodunun Nəqliyyat sexində qatar tərtibatçısı, 23 aprel 1992-ci il tarixdən bu günə kimi Dəmiryol sexində teplovoz maşinisti köməkçisi işlədiyi qeyd olunub. Göründüyü kimi, SOCAR “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məktublarında göstərilənlərlə aşağıdakılara əsasən razılaşa bilməz. X2 “Etilen-Polietilen” zavodunun 05 dekabr 2024-cü il tarixli 174 saylı arayışına əsasən, İddiaçı 18 avqust 1987-ci il tarixindən 22 aprel 1992-ci il tarixinədək tam iş günü Sumqayıt "Sintezkauçuk” zavodunun Nəqliyyat sexində qatar tərtibatçısı işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tanxli, 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000- 18726 şifrinə əsasən (dəmiryol nəqliyyatı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya" İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun 05 dekabr 2024-cü il tarixli 175 saylı arayışına əsasən, qıən İddiaçı 23 aprel 1992-ci il tarixindən 01 noyabr 1994-cü il tarixinə kimi Sintezkauçuk” zavodunun dəmiryol sexində maşinist köməkçisi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000-14241 şifrinə əsasən (dəmiryol nəqliyyatı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietiİen” zavodunun 05 dekabr 2024-cü il tarixli 176 saylı arayışına əsasən İddiaçı 02 noyabr 1994-cü il tarixindən 22 yanvar 2007-ci il tarixinə kimi tam iş günü Sumqayıt “Etilen - Polietilen” zavodunun Dəmiıyolu sexində maşinist köməkçisi, teplovoz maşinisti köməkçisi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000-14241şifrinə əsasən (dəmiryol nəqliyyatı) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Beləliklə, hesab edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunimin 13-cü maddəsinin "b" bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısına əsasən iddiaçı güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 25 ildən çox ümumi, o cümlədən 18 ildən çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına 01 yanvar 2006-cı il tarixədək malikdir. Cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən ayı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İddiaçı 01 sentyabr 1980-cı il tarixdən 01 yanvar 2006-cı il tarixədək 25 il 03 ay 02 gün ümumi iş stajına, 18 il 04 ay 14 gün 1 ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. İddiaçıya münasibətdə peşələrin uyğunluğunun müəyyən olunması zamanı onun işlədiyi peşələrin funksional təyinatı və məzmunu, habelə xarakteri nəzərə alınmalı və məhz bu baxımdan həmin peşələrin müvafiq siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğuna qiymət verilməli idi. Qiymətləndirmə zamanı iddiaçının bilavasitə çalışdığı həmin müəssisədə icra etdiyi vəzifə funksiyalarının və gördüyüm işlərin məzmununu, eləcə də xarakterini müəyyən edən və daha dəqiq bilən müəssisələr tərəfindən verilmiş arayışlar da diqqətə alınmalı idi. Bu baxımdan iddiaçının bilavasitə işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar mötəbər hesab olunur. İddiaçının işlədiyi peşələrin və sahənin dəmiryol nəqliyyatı sahəsinə aid və bağlı olduğu müəssisə tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı dəlil gətirilməmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 9.8, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 35.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, inzibati orqanın xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-1793/2025 nömrəli məktubu ilə iddiaçıya güzəştli iş stajının olmaması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-2-ci maddəsinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovozlarda maşinist köməkçiləri və qatar tərtibçiləri vəzifələri nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Azərikimya” İstehsalat Birliyi "Etilen-polietilen” zavodunun ona dair arayışlarında xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk" zavodunun Nəqliyyat sexində qatar tərtibatçısı, xx.xx.1992-ci il tarixindən bugünədək Dəmiryolu sexində teplovoz maşinisti köməkçisi işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi SOCAR “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”»na 2 nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
8. X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Azərikimya" İstehsalat Birliyi “Etilen-Polietilen" zavodunun 25 oktyabr 2021 -ci il tarixli 369,370 nömrəli arayışlarında xx.xx.1992xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Azərikimya” istehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun Dəmiryolu sexində, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Etilen-polietilen” zavodunun Dəmiryolu sexində teplovoz maşinistinin köməkçisi işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz “Etilenpolietilen" zavodu yuxarıda qeyd olunan magistral dəmiryolları sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli stajı yoxdur.
9. X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovozlarda maşinist köməkçiteri və qatar tərtibçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen" zavodunun arayışlarında xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk" zavodunun Nəqliyyat sexində qatar tərtibatçısı, xx.xx.1992-ci il tarixindən bugünədək Dəmiryolu sexində teplovoz maşinisti köməkçisi işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi SOCAR “Azərikimya" İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur.
10. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2024-cü il tarixli, 174 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı 18 avqust 1987-ci il tarixindən 22 aprel 1992-ci il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun Nəqliyyat sexində qatar tərtibatçısı peşəsində işləmişdir.Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının XXVİİİ bölməsinin 23001000-18726 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
11. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2024-cü il tarixli, 175 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı 23 aprel 1992-ci il tarixindən 01 noyabr 1994-cü il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun Dəmiryol sexində maşinist köməkçi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının XXVİİİ bölməsinin 23001000-14241 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
12. Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2024-cü il tarixli, 176 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı 02 noyabr 1994-cü il tarixindən 22 yanvar 2007-ci il tarixinə kimi tam iş günü Sumqayıt “Etilen-Polietilen” zavodunun Dəmiryolu sexində maşinist köməkçi, teplovoz maşinisti köməkçisi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının XXVİİİ bölməsinin 23001000-14241 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
13. Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2024-cü il tarixli, 177 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı 23 yanvar 2007-ci il tarixindən 18 yanvar 2011-ci il tarixinə kimi tam iş günü Sumqayıt “Etilen-Polietilen” zavodunun Dəmiryolu sexində maşinist köməkçi, teplovoz maşinisti köməkçisi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
14. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983-cı il tarixdə əmək fəaliyyətinə başlamış və hal-hazırkı vaxtadək işləyir.
15. Məhkəmənin sorğusuna cavab olaraq, X2 tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba X1 Mərkəzi Filialda mövcud olan pensiya işinin sənədlərinin təsdiq edilmiş surətləri əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
16. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.
17. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:
18. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir.
20. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il və xx.xx.2025-ci il tarixli məktubları ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
21. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.
22. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
23. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
b) Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir.
28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
31. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2022-ci il və xx.xx.2025-ci il tarixli məktublarla imtina etmişdir. Həmin məktublarda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen" zavodunun arayışlarında xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Sintezkauçuk" zavodunun Nəqliyyat sexində qatar tərtibatçısı, xx.xx.1992-ci il tarixindən bugünədək Dəmiryolu sexində teplovoz maşinisti köməkçisi işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi SOCAR “Azərikimya" İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur.
32. Hazırkı iş üzrə xx.xx.1964-cü il təvəllüdlü iddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmaması və bu səbəbdən də güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan az təşkil etməsi əsası ilə imtina etmişdir.
33. İddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərt ödənilməlidir: 1) xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı olmalı və 2) həmin müddətin 12 il 6 ayı güzəştli iş stajı hesab edilməlidir.
34. İddiaçının xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2021-ci il tarixdə 57 yaşına çatması və xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajını toplaması işin mübahisəsiz hallarıdır. Bu halları cavabdeh inzibati orqan da mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası iddiaçının xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır.
35. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlarda qeyd olunan “qatar tərtibatçısı”, “maşinist köməkçisi” və “teplovoz maşinisti köməkçisi” vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXVİİİ bölməsinin 23001000- 18726 və 23001000-14241 kodlarında qeyd olunan peşələrə uyğun olduğu təsdiq edilir.
36. Dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.
37. Güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.
38. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin vəsatətinə əsasən iddiaçı ilə eyni müəssisədə işləmiş M.Nəcəfovun pensiya işində olan sənədlərin surətləri məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Pensiya işində olan güzəştli arayışlardan görünür ki, eyni müəssisə tərəfindən M.Nəcəfova verilmiş arayışlar cavabdeh tərəfindən güzəştli iş stajını təsdiq edən sənəd kimi qəbul edilsə də, iddiaçının təqdim etdiyi arayışlar cavabdeh tərəfindən qəbul edilməmişdir. Göründüyü kimi bu hal eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir.
39. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 20 dekabr 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 20 dekabr 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli