Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4256/2025 19.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: əmrinin ləğv edilməsi, ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 may N0N5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 1N.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus EZ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
2. 5 avqust N0NN-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə ********* nömrəli cinayət işi üzrə İddiaçı X9 döyməsi, X19, X16, X10, XN0 və XN pul istəyərək alması, o cümlədən döyüş sursatı hesab olunan, 7,6N mm kalibrli 1 ədəd gülləli patronu əldə etməsi və özündə saxlaması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) NN8.1 və 3N9.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 39.1.N-ci maddəsinə əsasən, hissəvi xitam verilmiş, İddiaçı X7 döyməsi və ondan pul alması xüsusatları ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata CPM-in 40.N-ci maddəsinə əsasən, şəraitin dəyişməsi ilə bağlı xitam verilmiş, döyüş sursatı hesab olunan 7,6N mm kalibrli 1 ədəd gülləli patronun mənbəyinin müəyyən edilməsi üçün cinayət işi materiallarından ayrıca material ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmiş N6 dekabr N0NNci il tarixli “qanunsuz inzibati aktın ləğv edilməsinə və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair” ərizəsi.
Məhkəmə araşdırması zamanı İPM-in 1N.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Müdafiə nazirinin 15 aprel N9-cu il tarixli, 0N91 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinanətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (N nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri) baş leytenant İddiaçı 3 may N7-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Rəis olmaqla tamahkarlıq məqsədilə müntəzəm olaraq öz qulluq mövqeyindən sui-istifadə etdiyinə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi döydüyünə, habelə qanunsuz olaraq döyüş sursatını əldə edərək daşıdığına və saxladığına görə CM-in NN8.1, 331.3 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən Rayon Bölməsinin N5 may N0N3-cü il tarixli, N nömrəli məktubu ilə İddiaçı şəxsi işinin təsdiq edilmiş surəti qoşma şəklində göndərilmişdir: - Xİİİ-ЖГ seriyalı, 487067 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 8 sentyabr 1989-cu il təvəllüdlü İddiaçı atası XN1, anası X4r. - 19 iyun N008-ci il tarixli, B seriyalı, 546155 nömrəli “Orta təhsil haqqında attestat”. - 13 sentyabr N008-ci il tarixli İddiaçı tərəfindən imzalanmış “Hərbi and”. - 1 aprel NN-ci il, 18 avqust N3-cü il, N5 aprel N4-cü il, N yanvar N5-ci il, 14 fevral N6cı il tarixli İddiaçı tərəfindən tərtib edilmiş “Tərcümeyi-hal”. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursunu bitirmə haqqında” Zİ seriyalı, 183N nömrəli sertifikat. - NN-ci il tarixli İddiaçı tərəfindən imzalanmış “Dövlət sirrləri olan məlumatları yaymamaq haqqında öhdəlik”. - N5 iyun NN-ci il tarixli, B seriyalı, NN9306 nömrəli ali təhsil haqqında diplom. - N5 iyun NN-ci il, N aprel N9-cu il tarixli “Təyinat vərəqəsi”. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı dair tərtib edilmiş A-014N89 nömrəli “Xidmət dəftərçəsi”. - Təlim və Tədris Mərkəzi rəisinin N5 iyul NN-ci il tarixli, N07 nömrəli, N9 iyun N3-cü il tarixli, 683 nömrəli, N9 iyun N3-cü il tarixli, 181 nömrəli əmrindən çıxarışlar. - N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N17 nömrəli, N8 may N6-cı il tarixli, 154 nömrəli, 1N yanvar N7-ci il tarixli, 1N nömrəli, N5 fevral N7-ci il tarixli, 58 nömrəli əmrindən çıxarışlar. - Tərtər Hərbi Məhkəməsinin 18 fevral N6-cı il tarixli, 1(098)-40/N6 nömrəli hökmü ilə İddiaçı CM-in 331.3 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib, CM-in 331.3-cü maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, İddiaçı təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 70-ci maddəsinə əsasən, İddiaçı təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və ona 1 il sınaq müddəti təyin edilmiş, İddiaçı təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən, yəni 10 mart N6-cı il tarixdən hesablanılması, İddiaçı üzərində nəzarətin həyata keçirilməsinin N nömrəli hərbi hissə komandalığına həvalə edilməsi, onun üzərinə nümunəvi davranış və hərbi xidmət keçmək vəzifəsinin qoyulması hökm edilmişdir. - Bakı Hərbi Məhkəməsinin NN iyun N8-ci il tarixli, 1(093)-15N/N8 nömrəli hökmü ilə İddiaçı CM-in NN8.1, 331.3 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in NN8.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 341.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 331.3-cü maddəsi ilə həin Məcəllənin 6N.1-ci maddəsi tətbiq edilməldə 1 il N ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.N-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti cəza - 1 il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı cəza çəkməsinin əvvəli 3 may N7-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübutun - 1 ədəd 7,6N mm kalibrli patron Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qaytarılması hökm edilmişdir. - 13 iyul N8-ci il tarixli, 1(093)-15N/18 nömrəli “Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstəriş. - N nömrəli hərbi hissə komandirinin N1 dekabr N8-ci il tarixli, 381 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı, Müdafiə nazirinin birinci müavini-Silahlı qüvvələrin Baş Qərargah rəisinin 8 may N7-ci il tarixli, 0N07 nömrəli əmri ilə N nömrəli hissə komandirinin sərəncamına çıxarıldığına görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Tərtər rayonu İsmayılbəyli kəndi) gəlmiş hesab edilmiş, N1 dekabr N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə nazirinin 15 aprel N9-cu il tarixli, 0N91 nömrəli əmrindən çıxarış (§4); - N nömrəli hərbi hissə komandirinin N aprel N9-cu il tarixli, 118 nömrəli əmrindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı, N nömrəli hərbi hissə komandirinin sərəncamında (N nömrəli hərbi hissənin 703N-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 15 aprel N9-cu il tarixli, 0N91 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N aprel N9-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmiş, sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmiş, baş leytenant İddiaçı N9-cu ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N7-ci il tarixli, NN nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatından məhrum edilmişdir. Əsəs Azərbaycan Respublikası Müdafiə nazirinin 15 aprel N9-cu il tarixli, 0N91 nömrəli əmrindən çıxarışı və Bakı Hərbi Məhkəməsinin NN iyun N8-ci il tarixli, 1(093)- 15N/N8 nömrəli hökmü olaraq qeyd edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 oktyabr N0N3-cü il tarixli, N(10N)- 336N/N0N3 nömrəli qərarından aşağıdakı hallar müəyyən edilmişdir: - iddiaçılar XNN, X17, İddiaçı, X11 və X3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə onların hər birinə 50.000 manat, iddiaçı X18 vurulmuş maddi zərərə görə N7.360 manat, iddiaçı X1N vurulmuş maddi zərərə görə 36.100 manat, İddiaçı vurulmuş maddi zərərə görə 185.440 manat, iddiaçı X5 vurulmuş maddi zərərə görə 44.000 manat, iddiaçı X1 vurulmuş maddi zərərə görə 18N.700 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N5 noyabr N0NN-ci il tarixli, N(006)- 30N/N0NN nömrəli qərardadı ilə iddiaçı X13 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair N(006)-306/N0NN nömrəli mülki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. - İddiaçı nümayəndəsi və vəkili X14 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi ziyana görə N1.600 manat, cəmi 1N1.600 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N(006)-733/N0N3 nömrəli iş üzrə N9 mart N0N3-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 17.568 manat, mənəvi zərərə görə 18.000 manat manat, cəmi 35.568 pulun tutularaq ona verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının N(103)-3749/N0N3 nömrəli mülki iş üzrə 1N iyun N0N3-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 oktyabr N0N3-cü il tarixli, N(10N)- 336N/N0N3 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1N iyun N0N3-cü il tarixli, N(103)-3749/N0N3 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu” üçün ehtiyyata buraxılması ilə bağlı 3 iyul N7-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 8 sentyabr 1989-cu il tarixdə Şabran (keçmiş Siyəzən) rayonunda anadan olmuşdur. N008-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olunmuş və 45 gün ərzində Ələt poliqonunda təlim keçdikdən sonra təhsilini davam etdirmək üçün, Bakı şəhərinə qayıtmışdır. NN-ci ilin iyunun N6-da həmin Ali Hərbi Məktəbin Qoşun Kəşfiyyatı ixtisası üzrə ali təhsilini bitirib leytenant rütbəsində bu məktəbdən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə dinləyici kursant kimi göndərilmiş, burada həftədə iki dəfə təlimlərə getmiş və ixtisası üzrə poliqon və sinif dərsləri almışdır. Bir il ərzində keçdiyi kursu bitirdikdən sonra hərbi xidmətini davam etdirmək üçün, Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissayə göndərilmişdir. N3-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-N3) yubiley medalı, N4 iyun N5-ci il tarixdə isə baş leytenant rütbəsi ilə təltif edilmişdir. N6-cı ilin aprel döyüşlərində fəal iştirakçısı olmuşdur. İddiaçı hazırda “Tərtər hadisələri” kimi tanınan iş çərçivəsində N7-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tağım komandiri vəzifəsində, baş leytenant rütbəsində olarkən dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. İddiaçı 7 may N7-ci il tarixdə CM-in N74-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərar ilə barəsinə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. N5 avqust N7-ci il tarixdə Tərtər Hərbi Məhkəməsi tərəfindən iddiaçının həbsdə saxlanılma müddəti 8 yanvar N8-ci il tarixə qədər uzadılmışdır. İddiaçının CM-in 331.3, 341.1 və 347-ci maddələri ilə təqsirləndirilməsinə dair daha əvvəlcədən açılmış 19/309453 nömrəli cinayət Azərbaycan Respublikası onun barəsində dövlətə xəyanət ittihamı üzrə aparılan cinayət işinə birləşdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilmiş, NN sentyabr N7-ci il tarixdə cinayət işi birləşdirilərək bir icraatda istintaq davam etdirilmişdir. N0 dekabr N7-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə iddiaçının həbsdə saxlanılma müddəti 3 iyun N8-ci il tarixədək uzadılmışdır. 4 may N8-ci il tarixdə cinayət işi üzrə iddiaçı barəsində CMin N74 və 347-ci maddələri ila istintaq olunan hissəsinə CPM-in 39.N-ci maddəsinə əsasən xitam verilmiş, həmin tarixdə iddiaçının əməli CM-in NN8.1, 331.3 və 341.1-ci maddələrinə tövsif olunaraq ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. 11 may N8-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin NN iyun N8-ci il tarixli hökmü ilə iddiaçı CM-in NN8.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı 3 may N7-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ona təyin edilmiş cəzanı tam çəkdikdən sonra 3 noyabr N8-ci il tarixdə azadlığa çıxmışdır. Həm iddiaçının, həm “Tərtər hadisələri” zamanı digər çoxsaylı zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin davamlı müraciət və etirazlarından sonra 17 dekabr N0N1-ci il tarixdə N7-ci ildə yol verilmiş cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də hərbi xidmətdən ehtiyata buraxılması ila nəticələnmiş məhkumluğun əsassızlıq ilə bağlı məlumat vermişdir. - Nəticədə iddiaçının məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən, Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin NN iyun N8-ci il tarixli hökmü va məhkəmənin hazırlıq iclasının 31 may N8-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. - Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının NN iyun N0NN-ci il tarixli qərarı ilə iddiaçının CM-in NN8.1, 331.3 və 341.1-ci maddələri ila təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. - N9 aprel N0NN-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. - İstintaqın nəticəsində 5 avqust N0NN-ci il tarixli qərarla iddiaçının barəsində ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə CPM-in 39.1N-ci maddəsinə əsasən xitam verilmisdir. - Beləliklə, iş üzrə iddiaçıya qarşı irəli sürülmüş ittihamlarla əlaqədar Bakı Hərbi Məhkəməsinin ittihamedici hökmü ləğv edilmiş, onlara bəraətverici əsaslarla xitam verilmiş, bununla da iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. - Qeyd edilən xitam qərarı iddiaçıya N0NN-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o, N6 oktyabr N0NN-ci il tarixdə cavabdehə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, itirilmiş vaxtın iş stajına daxil edilməsi və eyni zamanda məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. - Göndərilmiş ərizəyə cavabdeh tərəfindən heç bir cavab verilməmiş, bununla da faktiki ərizədə qeyd edilən tələblərin yerinə yetirilməsindən imtina olunmușdur. - Hazırda iddiaçının ehtiyata buraxılması barədə əmr qanunsuz və əsassızdır, əmrin ləğv edilməsi, əvvəlki vəzifə və ya ona bərabər vəzifə olmaqla işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması va məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. - İddiaçı həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə, həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti tapdalanmışdır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının N6, 60-cı maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin 9-cu hissəsinə, 168, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N7.3, 53, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11, N4, 58.1, 67, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1N, prosessual hüquqi əsası kimi isə İPM-in 8.1.3, N.N.1, 3N.1, 70-ci maddələrinə istinad olunmuşdur.
10. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddiaçının iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
13. Etirazın əsasları kimi aşağıdakı hallar qeyd olunmuşdur: Azərbaycan Respublikasının Müdafiə Nazirinin 15 aprel N9-cu il tarixli, 0N91 nömrəli əmri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə müvafiq olaraq iddiaçının 3 may N7-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Qeyd olunan Müdafiə Nazirinin əmri Bakı Hərbi Məhkəməsinin NN iyun N8-ci il tarixli, 1- (093)-15N/N8 nömrəli hökmünün icrasını təmin etmək məqsədi ilə vermişdir. İnzibati iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi kiçik ədliyyə müşaviri X8 5 avqust N0NN-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmə haqqında qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri H.Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Bakı Hərbi Məhkəməsinin NN iyun N8-ci il tarixli, 1(093)-15N/N8 nömrəli hökmü və məhkəmənin hazırlıq iclasının 31 may N8-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmış, Bakı Hərbi Məhkəməsinin hazırlıq iclasının NN iyun N0NN-ci il tarixli qərarına əsasən iddiaçının CM-in NN8.1, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən pozuntuların aradan qaldırılması üçün, cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hərbi Prokurorluğuna qaytarılmış, N9 aprel N0NN-ci il tarixdə cinayət işi Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 5 avqust N0NN-ci il tarixli, ********* nömrəli cinayət işinə dair qərarında görünür ki, iddiaçı ərizə ilə müraciət edərək törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş barəsində cinayət işi üzrə icraata həmin hissədə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmiş, iddiaçının X6 döyməsi və ondan pul alması xüsusiyyətləri ilə bağlı barəsində istintaq olunan CM-in 3N9.1 və 341-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi öz təsdiqini tapdığını və CPM-in 40.N-ci maddəsinə əsasən qeyd olunan cinayət işinə şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Q.Məmmədovun icraatında olan 5 avqust N0NN-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından müəyyən olunur ki, iddiaçı barəsində olan cinayət işinin bir hissəsinə CPM-in 39.1.N-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığına görə digər hissəsinə isə CPM-in 40.N-ci maddəsinə əsasən, şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. CPM-in 40.N-ci maddəsinə əsasən, bəraətverici əsaslar olmadan cinayət işinə şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
14. Etirazın maddi hüquqi əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158, 168, prosessual hüquqi əsası kimi İPM-in 38, 47.N, 48.N-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmətdə olarkən N7-ci ilin may ayında heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz saxlanılmaya, sorğu-suala və işgəncəyə məruz qalmış, işgəncə ilə yanaşı CM-in N74-cü maddəsi ilə ittiham olunaraq həbs edilmiş, aparılmış araşdırılmalar nəticəsində heç bir təqsirin olmadığı müəyyən edilmiş və həmin maddə ilə ona qarşı aparılan cinayət təqibinə 4 may N8-ci il tarixdə bəraətverici əsaslarla xitam verilmişdir. XN9, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti haqqında araşdırma aparmış və təqsirsiz olduğu qənaətinə gəlmişdirlər. Qeyd etmişdir ki, Maliyyə Nazirliyi tərəfindən 35.568 manat kompensasiya ödənilmişdir, həmin məbləğdən istifadə etməmiş və Müdafiə Nazirliyinə qarşı maddi sübut kimi saxlamışdır.16 illik qüsursuz xidmət göstərdiyini, müharibə iştirakçısı olduğunu bildirmişdir. 5 avqust N0NN-ci il tarixli qərar, o cümlədən iddiaçının faktiki olaraq tam əsassız işgəcələrə məruz qalmağı hərbi xidmətdən həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə ehtiyata buraxılmağı ilə bağlı əmri əsassız edir. Qeyd olunan qərar verilənə qədər həmin əmri mübahisələndirmək mümkün olmamışdır. Bu əmr nəticəsində iddiaçı hərbi xidmətdən kənarlaşdırılmış, eyni zamanda, başqa yerdə iş tapmaqda ciddi problemlərlə üzləşmişdir. Bu illər ərzində işsiz qalmış, zabit karyerası yarımçıq qalmışdır.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may N0N1-ci il tarixli, N-1(10N)-895/N0N1 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 4N. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
21. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul N0N4-cü il tarixli, N-1(118)-N070/N0N4 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əmrin ləğvi, vəzifəyə bərpa olunmağı, əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün hesab edilməmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 18 dekabr N0N4-cü il tarixli, N-1(105)-1008/N0N4 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul N0N4-cü il tarixli, N-1(118)-N070/N0N4 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddiaçının ehtiyata buraxılması barədə əmrin verilməsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi eyni vaxta təsadüf etməsi, barəsində uzun müddət cinayət təqibi üzrə araşdırmanın aparılması və bu zaman işgəncə yerinə aparılaraq fiziki və psixiki zora məruz qalması, daha sonra barəsindəki cinayət işi üzrə xitam verilməsi və bununla da əmrin mübahisələndirilməsi üçün zəmin yaranması halları nəzərə alınmalıdır. Həmin hal aradan qalxdıqdan sonra iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əldə etmiş və yuxarı inzibati orqana müraciət ünvanlanmışdır. Həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə vəsatəti təmin etməmiş və bu zaman müddətin əslində hansı vaxtdan, əmrin çıxarıldığı və ya cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın çıxarıldığı vaxtdan hesablanmalı olmasına qiymət verməmişdir.
23. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
25. İddiaçı tərəfin mövqeyinə görə (§ 8), ona qarşı irəli sürülmüş ittihamlarla əlaqədar Bakı Hərbi Məhkəməsinin ittihamedici hökmü ləğv edilmiş, onlara bəraətverici əsaslarla xitam verilmiş, bununla da, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsasların aradan qalxdığından, tələbi təmin edilməlidir.
26. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək (§ 13), iddiaçı barəsində tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmədiyini bildirmişdir.
27. İş materialların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tamahkarlıq məqsədilə müntəzəm olaraq öz qulluq mövqeyindən sui-istifadə etdiyinə, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsi döydüyünə, habelə qanunsuz olaraq döyüş sursatını əldə edərək daşıdığına və saxladığına görə CM-in NN8.1, 331.3 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 15 aprel N9-cu il tarixli, 0N91 nömrəli əmri ilə törətdiyi cinanətə görə azadlıqdan məhrum olunduğuna görə 3 may N7-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir.
28. 5 avqust N0NN-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə ********* nömrəli cinayət işi üzrə iddiaçının X9 döyməsi, X19, X16, X10, XN0 və XN pul istəyərək alması, o cümlədən döyüş sursatı hesab olunan, 7,6N mm kalibrli 1 ədəd gülləli patronu əldə etməsi və özündə saxlaması faktları üzrə CM-in NN8.1 və 3N9.1-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə CPM-in 39.1.N-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, iddiaçının X7 döyməsi və ondan pul alması xüsusatları ilə bağlı barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata CPM-in 40.N-ci maddəsinə əsasən, şəraitin dəyişməsi ilə bağlı xitam verilmiş, döyüş sursatı hesab olunan 7,6N mm kalibrli 1 ədəd gülləli patronun mənbəyinin müəyyən edilməsi üçün cinayət işi materiallarından ayrıca material ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
29. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; ... Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar - məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. ... Göstərilən həqiqi hərbi xidmətdə saxlanılan şəxslərin barəsində sonradan buraxılma üçün qərar verildiyi hallarda buraxılma belə icra olunur: sınaq müddəti, yaxud hökmün icrası başa çatanadək (hökmün çıxarıldığı gündən iki ildən çox keçməmək şərti ilə) — bu maddənin “b” bəndi ilə şərti məhkum olunması, yaxud hökmün icrasının təxirə salınması və müttəhimin cəzasını azadlıqdan məhrum olunma kimi çəkmək üçün göndərilməsi barədə məhkəmə qərardad çıxardıqda, bu maddənin “a” bəndi ilə; sınaq müddəti, yaxud hökmün icrasının təxirə salınması qurtardıqdan sonra və bundan asılı olmadan şərti olaraq, hökmün çıxarılmasından iki il ötdükdən sonra bu Əsasnamənin 156 və 157-ci maddələrində nəzərdə tutulmuş tələblər əsasında. Xidməti vəzifəsini yerinə yetirərkən xəstələnmiş, yaxud xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular həmçinin sınaq, yaxud hökmün icrasının təxirə salınma müddətləri başa çatmadan bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslara görə ehtiyata, yaxud istefaya buraxıla bilərlər. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa olunurlar. Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar. ...
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 – 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
30. CPM-in müvafiq müddəalarına əsasən: Maddə 39. Cinayət təqibini istisna edən hallar 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.N. əməldə cinayət tərkibi olmadıqda; ... 39.N. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3. Bu Məcəllənin 39.1.1, 39.1.N və 39.N-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. ... Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar 40.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.N. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər.
31. CM-in müvafiq müddəalarına əsasən: Maddə 74. Şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
32. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 5 avqust N0NN-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından müəyyən olunur ki, iddiaçı barəsində olan cinayət işinin bir hissəsinə əməldə cinayət tərkibi olmadığına görə, digər hissəsinə isə şəraitin dəyişməsi ilə bağlı, yəni bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilmişdir.
33. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına cavabdeh tərəfindən yol verilməmiş, iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.
34. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, iddiaçının “əmrin ləğvi” tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də təmin edilməməlidir.
35. İPM-in müvafiq müddəalarına əsasən: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
36. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu” üçün ehtiyyata buraxılması ilə bağlı 3 iyul N7-ci il tarixli əmrinin ləğv edilməsi, ehtiyyata buraxılarkən olduğu vəzifədən aşağı olmayan vəzifə təmin ediməklə həqiqi hərbi xidmətə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələblərinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova