Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4269/2024 26.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə NN noyabr NN4cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. N4 iyul N17-ci il tarixli, SX seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı N noyabr NN-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş, N dekabr NN-ci il tarixdə hərbi hissədən çıxarılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 4 aprel NN4-cü il tarixli, N/N-3488 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N9 mart NN4-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin 4 mart NN1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsinin 18 iyul NN4-cü il tarixli, 3-N5-4/N-4507/NN4 nömrəli məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart NN1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.
4. Ağdam Hərbi Prokurorluğunun 9 iyul NN4-cü il tarixli, 3-3-170/N-0N4438/NN4 nömrəli məktubundan görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçdiyi müddətdə fərarilik və ya xidmət yerini özbaşına tərk edib-etməməsi, eləcə də hərbi xidmət əleyhinə olan digər cinayətləri törədib-törətməməsi ilə bağlı onun barəsində Ağdam Hərbi Prokurorluğunda əvvəllər və hal-hazırda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 7 avqust NN4-cü il tarixli, 3-N5- 4/N-503N/N4 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N6 iyul NN4-cü il tarixli, NN39 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N noyabr NN-ci il – 30 dekabr NN-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin NN-ci il tarixli “Yaralıların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır; - N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli, 100 nömrəli əmrindən çıxarışdan görünür ki, qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 dekabr NN-ci il tarixli N74 nömrəli əmrinə əsasən imtiyazları olan İddiaçı Azərbaycan Ordusundan təxris olduğuna görə N dekabr NN-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə/şöbə/bölmələsinə göndərilmişdir; - N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N8 sentyabr NN-ci il tarixli 088 nömrəli əmrinə əsasən İddiaçı SHXÇDX-nin müvafiq idarələrindən (şöbə, bölmələrindən) N noyabr NN-ci il tarixdən gəlmiş hesab olunmuş, N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və müvafiq vəzifəyə təyin olunmuşdur.
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsinin 4 sentyabr NN4-cü il tarixli, 3-N5-4/N-5587/NN4 nömrəli məktubundan görünür ki, İddiaçı komissiyaya N8 mart NN4-cü il tarixdə müraciət etmiş, sənədlərinə N9 mart NN4-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin 4 aprel NN4-cü il tarixli, N/N- 3488 nömrəli məktubu (§N); - N4 iyul N17-ci il tarixli, SX seriyalı, ******* nömrəli “Hərbi bilet” (§1).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin hallarına (§1-N) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı NN-ci ildə Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissədə atıcı vəzifəsində iştirak etmişdir. N noyabr NN-ci il tarixdə N81 saylı hərbi hissədə Mingəçevirdə təlimlərdə iştirak etmişdir. 1 dekabr NN-ci il – N dekabr NN-ci il tarixdə bir ay Ağdam şəhərində xidmət etmişdir. N dekabr NN-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N5 dekabr NN-ci il tarixli N74 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDXnin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. İddiaçı NN-ci ildə Vətən Müharibəsində iştirak etdiyinə görə “müharibə veteranı” statusu və müvafiq vəsiqə almaq niyyətindədir, hesab edir ki, N81 saylı hərbi hissədə xidmət etdiyi və Ağdam rayonunda xidmət keçdiyi dövr məhkəmə tərəfindən nəzərə alınmalıdır. Noyabrın 10-dan sonra N ayadək müddətdə ərazi bütövlüyünün qorunması üçün xidmətini davam etdirmişdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnaməyə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) N.N.N, 14.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.
10. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbinə dair cavabdehin münasibəti:
12. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr NN-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi; Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə, iddiaçının səfərbərliklə qeydiyyata alındığı N nömrəli hərbi hissə Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart NN1-ci il tarixli müvafiq əmrinə əsasən döyüş əməliyyatlarında iştirak etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr NN-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmişdir.
14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 8, 9, 10, 11-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 1.N, 38, 47.N, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 81, 154-cü maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, olduğu hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməmiş, özü arxa cəbhədə xidmət etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında təmsil olunmamışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may NN1-ci il tarixli, N-1(10N)-895/NN1 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
21. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
24. 15 oktyabr NN3-cü il tarixli ərizədən görünür ki, iddiaçı “müharibə veteranı adının verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində N3 oktyabr NN3-cü il tarixdə təhvil almışdır.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
27. İddiaçı N noyabr NN-ci il tarixdən N dekabr NN-ci il tarixədək hərbi hissədə olduğu üçün cavabdeh orqana müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, cavabdeh isə müraciətin icrasından imtina etmişdir.
28. Cavabdeh tərəfin mövqeyinə görə isə iddia tələbi əsassızdır. Etirazın dəlili ondan ibarətdir ki, iddiaçı N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr NN-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirak etməmişdir.
29. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 1N-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
30. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli, 100 nömrəli əmri ilə qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə nazirinin N5 dekabr NN-ci il tarixli N74 nömrəli əmrinə əsasən Azərbaycan Ordusundan təxris olduğuna görə N dekabr NN-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəyə göndərilmişdir.
31. Eyni zamanda, müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart NN1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir.
32. Göründüyü kimi, iddiaçı N noyabr NN-ci il tarixdən N dekabr NN-ci il tarixədək hərbi hissədə xidmət etsə də, həmin hərbi hissə müvafiq əmrə əsasən, hərbi əməliyyatlarda iştirak etməyən hərbi hissə kimi müəyyən edilmişdir.
33. Qeyd edilmiş məlumatların həqiqiliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquqi İdarəsi tərəfindən də təsdiq olunmuşdur və iddiaçı tərəfindən həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi mübahisələndirilməmişdir.
34. Bununla da məhkəmə cavabdeh tərəfin etirazının dəlillərini əsaslı hesab edərək bildirir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr NN-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...”
36. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi onun hüquqi əsasının dispozisiya şərtlərini ödəmədiyindən, təmin edilməməlidir.
37. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova