Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-427/2022 17.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “onun əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayon İsmayılbəyli kənd sakini olaraq məlum hadisələrlə əlaqədar olaraq 1993-cü il tarixdə məcburi köçkün olmuş və Sumqayıt şəhərində məskunlaşmışdır. İddiaçı xx xxxx 1955-ci ildə anadan olmuş və hazırda təqaüd yaşına çatmışdır. Ağdam rayonu işğal edilərkən bütün sənədlər orda qalmış və hazırda onun işlədiyini təsdiq edən heç bir şəxsi və ya arxiv sənədi qalmamışdır. Lakin o 1969-cu ildən 1992-ci ilə kimi «Heydər Hüsüyev» adına sovxozda ocaqçı, çilingər vəzifəsində işləmiş, bu faktı həmin vaxt onunla birlikdə həmin kənddə yaşamış və işləmiş şəxslər təsdiq edə bilər. Onun 1969-cu ildən 1992-ci il ərzində «Heydər Hüsüyev» adına sovxozda işləməyini Gülablı kənd sakinləri, həmin sovxozda işləmiş X2 və X3 da təsdiq edə bilərlər. Həmin şəxslər də məhz onunla birlikdə həmin sovxozda işləmişlər və hazırda sovxozda işlədiklərinə görə əmək pensiyası alırlar. Bundan əlavə, 1988-ci ildən 20 noyabr 1991-ci ilə kimi Ağdam rayonu, Gülablı kənd özünümüdafiə batalyonunun tərkibində döyüşmüş və yaralanmışdır. Bu faktı şahidlər və Komisarlığın rəsmi arayışı təsdiq edir. Belə olan halda həmin illər onun əmək stajına daxil edilməli və ona əmək pensiyası təyin edilməlidir. İddiaçı bu barədə Sumqayıt şəhər məhkəməsinə ərizə ilə müraciət etmiş, həmin məhkəmə baxışı zamanı cavabdeh orqanın nümayəndəsi iddiaya dair etiraz vermişdir. Məhkəmənin qərardadına əsasən hüquqa dair mübahisə olduğu üçün iş baxılmamış saxlanmışdır. Həmin etirazda cavabdehin nümayəndəsi göstərmişdi ki, AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlann Pensiya təminatı haqqında» AR Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təminatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bölməsinin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza və sairə fövqaladə hallarla əlaqədar əldə etmək mümkün olmadıqda əmək stajı 2 nəfərdən az olmayaraq şahid ifadələrinə əsasən pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. İddiaçı da cavabdehin nümayəndəsinin etirazında göstərdiklərinə əsaslanaraq cavabdehə bu barədə müraciət etmiş və göstərilən Qanunun tələblərinə əsasən onun əmək stajının müəyyən edilməsi üçün komissiyada araşdırılıb qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh onun ərizəsinə özünün 14.10.2021-ci il tarixli məktubu ilə cavab verərək göstərmişdir ki, sənədlərə əsasən iddiaçının əmək stajı 1 il 1 ay 7 gün təşkil etdiyi üçün ona əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində 1969 - 1992-ci illərdə “Heydər Hüsüyev” adına sovxozda ocaqçı, çilingər vəzifələrində işlədiyini qeyd etmişdir. Bu səbəblə də, iş stajının araşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilən cavaba əsasən Ağdam rayon Gülablı kənd “Heydər Hüsüyev” adına sovxozun 1993-cü ilədək olan sənədləri Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunması səbəbindən məhv olmuşdur. Bu səbəbdən də, R,Novruzovun qeyd edilən sovxozda işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı Surka oğlunun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdeh tərəfindən İddiaçı verilən imtinada əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan sərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub- olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. iş stajını (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Bu cür işlərdə bir nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir. Buna görədə hazırki iş üzrə ən azından Ərizəçiylə eyni müəsssədə işləmiş və işləməyini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Əlavə olaraq qeyd edək ki, iddiaçı ərizəsinin bəzi hissələrində sovxozun adını “Heydər Hüsüyev”, bəzi hissələrində isə “Heydər Hüseynov” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialı tərəfindən iddiaçının sorğusuna verilən cavabda isə sovxovun adının “Heydər Hüsüyev” olaraq qeyd edildiyinin şahidi oluruq. Bütün bunlardan əlavə, iddiaçının iddiasına xüsusi icraat qaydasında mülki məhkəmədə hüquqi qiymət verilməlidir. İPM-rıin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa payda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin imtina məktubu, etiraz ərizəsi, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun “Heydər Hüsüyev” adına sovxozda əmək fəaliyyətinə başladığı vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 1 saylı regional ərazi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, əmək stajının komissiyada araşdırılması vəzifəsi də 1 saylı regional ərazi filialı tərəfindən həyata keçirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə və iddiaçının məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmasını nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı onun keçmiş “Heydər Hüsüyev” adına sovxozda əmək fəaliyyətinin şahidlər vasitəsilə komissiyada araşdırıb müvafiq əmək stajının müəyyən edilməsini Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialından xahiş etmişdir. Lakin cavabdeh tərəfindən tələb öz həllini tapmadığından və cavabdehin hərəkətlərindən narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, hazırk iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmasından əvvəl iddiaçı onun əmək stajınən müəyyən edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbinə qarşı cavabdeh təşkilat məhkəməyə 18 iyun 2021-ci il tarixli etiraz ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına istinad edərək, hazırkı iddia tələbinin məhkəmədən kənar qaydada həll edilməsinə istinad etmişdir. Ona görə də İddiaçı iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin 18.08.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdauəsi Nazirliyi 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra - “Qaydalar”) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 1) Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bacılı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni Qüvvəyə minmiş qərarı; və s. Vətəndaşlar tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin İ bölməsinin 1 -ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə əsasm, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, respublika Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş stajını (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə içdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Göründüyü kimi iddiaçı ilə bir yerdə 1969-cu ildən 1992-ci il ərzində «Heydər Hüsüyev» adına sovxozda işləmiş Gülablı kənd sakinləri, X2 və X3 iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına aparılmasına baxmayaraq cavabdeh təşkilat iddiaçının əmək stajının araşdırılmasından yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilib, müvafiq komissiyada onun əmək stajı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin 1 saylı regional ərazi filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-427/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-427/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver