Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4273/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı qarşı “X3 adına 2019-cu ildə verilmiş AN401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı ərizəsində qeyd edir ki, İddiaçı Tərlan qızı, 1988-ci il təvəllüdlüdür, ünvan 1i ünvanında yaşayır. 2006-cı ildə Qobustan şəhər Bələdiyyəsi tərəfindən iddiaçıya fərdi mənzilin tikintisi üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Qobustan şəhəri yaxınlığında “Yeni Massiv”i adlanan ünvanında yerləşir. Torpaq sahəsi iddiaçıya təhvil verildiyi andan o, həmin ərazinin ətrafını 3 mişar daşı səviyəsində hasarlamışdır. Lakin yeni ailə həyatı qurmağı ilə bağlı hazırda yaşadığı Xilmilli kəndinə köçmüşdür. Lakin 2019-cu ildə İsmayıllı rayonundan olan X1 şəhər Bələdiyyəsinin 2019-cu il tarixində ona arxa tarixlə, 2011-ci il tarixli - formal hərrac keçirməklə ona məxsus torpağın 273 kv m sahəsini G.Habilə qanunsuz olaraq satmışdır. Habil də öz növbəsində ona satılmış 5.46 sot torpaq sahəsinin qalan 273 kv.m sahəsini isə dövlət yolu və bir hissəsini də Qobustan rayon sakini olan Şahin Səlimovun xüsusi mülkiyyəti olan pay torpağının bir hissəsi hesabına cəmi 546 kv.m torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyəti adı altında, arxa tarixlə, yəni 2011-ci ildə formal keçirdiyi hərrac yolu ilə rüşvət müqabilində H.G.Gülməmmədova satmışdır. ( sənədlər əlavə edilir) Cavabdeh X3 adına 2019-cu ildə verilmiş AN-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədini torpaq sahələrinin hansı təyinata aid olduğunu araşdırmadan (yəni, 546 kv.m sahə üçün verilmiş inzibati aktda göstərilən torpağın yarısı- 273kv m.-i bələdiyyə fondunun, qalan 273 kv m sahənin isə xüsusi və dövlət fonduna aid olan) sənədi təsdiq etmişdir. Habil Gülməmmədov tərəfindən mübahisələndirlilən 273 kv.m torpaqla bağlı hazırda Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarlının icraatında iş baxılmaqdadır. Hakimin 31 may 2023-cü il tarixli Ekspertizanın keçirilməsi” barədə qərarına əsasən təyin edilən Daşınmaz Əmlakın Dövlət X11 şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********21 nömrəli mütəxəssis rəyindən və ƏN-nin Mərkəzi Ekpertiza İdarəsinin eksperti Elman Aslanlının tərtib etdiyi ekspert N-3-16-16/2- 10/62 saylı, 27 fevral 2024-cü il tarixli ekspert rəyində xüsusi olaraq qeyd edilir: Naturada hasara alınmış mübahisəli torpaq sahəai ilə H.Gülməmmədova məxsus A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən koordinatlar daxilindətorpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluğu vardlr. Belə ki, Habilin adma olan A N-401833 nömrəli sənəddə qeyd edilən koordinathar daxilində olan torpaq sahələrinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi ( 273 kv.m ), bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsilə üst üstə düşür. Qeyd edilən uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Eyni zamanda bildirilir ki, H.Gülməmmədova məxsus A N-401833 nömrəli sənədin ikinci nüxsəsi Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir.” İddiaçı hesab edir ki, cavabdehin Habil Gülməmmədovun adına rəsmiləşdirdiyi 2019-cu il tarixli, A N-401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi etibarsızdır və ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 hüquqi yardın edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X2rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı, X3 adına 2019-cu ildə verilmiş AN401833 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsini istəyir. Lakin iş materiallarından görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə hazırki iddia tələbi ilə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 10 oktyabr 2024-cü il tarixli, 3-21-3-41/2-2223/2024 saylı sərəncamın icrası barədə məktubunda İddiaçı iddia tələbi ilə bağlı müraciətinin daxil olmadığı və rəsmi imtina məktubunun verilmədiyi qeyd edilmişdir. İddiaçıya 23 noyabr 2024-cü il tarixli hüquqi yardım məktubu göndərilmiş, inzibati orqana müraciət edilməsi barədə sənəd və sübutların təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən qeyd edilən sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında izahatında qeyd edilən tələblə bağlı heç bir inzibati orqana müraciət etmədiyini təsdiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq səlahiyyətli cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova