Məhkəmə qərarları › İş №2-1(118)-4280/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4280/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4280/2023 13.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba X6 Mərkəzinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-8647/2023 saylı, 18 may 2023-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh X4 Quba-X1rşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6000 manat ödənilməsi”nə dair 2-1(118)-2689/2023 saylı inzibati iş vardır və həmin inzibati işin icraatı davam edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında eyni iddiaya baxıldığı üçün iddia mümkün hesab edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar