Məhkəmə qərarları › İş №2-1(118)-429/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-429/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-429/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Avşeron rayonu Çaylı qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2020 saylı 14 avqust 2020-ci il tarixli qərardadı ilə ərazi adiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun 12.04.1992- ci il tarixdən 17.05.1992-ci il tarixədək Şuşa şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Belə ki, o, könüllü olaraq təhsil aldığı X7 Mexanikləşdirmə və elektrikləşdirmə texnikumundan könüllü olaraq döyüşlərə yollanmışdır. Məhkəmənin qətnaməsi 24.12.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra o, müharibə veteram adı və veteran vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə müraciətlər etmiş, lakin hər iki qurumdan ona imtina cavabları verilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin müdafiə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin etiraz ərizəsində göstərilmişdir ki, iddiaçı Abşeron rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçının Şuşa şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan doyuş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi barədə qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndini rəhbər tutaraq müharibə iştirakçısı faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi butövluyu uğrunda gedən döyüşlərdə iştirakını subut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı etiraz ərizəsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatına əsasən İddiaçı aprel-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində N nömrəli hərbi hissəyə daxil olması və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Vətəndaş İddiaçı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 28 10.2019-cu ıl tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan öhdəliklər qoyulmamışdır. Həmçinin Abşeron rayon Məhkəməsinin 28.10.2019-cu ıl tarixli qətnaməsində İddiaçı döyüş əməliyyatları aparan hansı hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, iddiaçı X2 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlər vaxtından tanıyır. Onlar bilrikdə Kosalar kəndində döyüş əməliyyatlarında içtirak etmişlər, hətta birlikdə mühasirədə qalmışlar. Hazırda o, müharibə veteranıdır, təqaüd alır. Şahid X5 oğlu ifadəsində bildirdi ki, 1992-ci ilin fevral ayının 26-dan könüllü olaraq müharibəyə getmişdir. Könüllülərin dəstəsinin tərkibində İddiaçı oölu ilə tanış olmuşdur. Onları silahlandırılıb Şuşa rayon Kosalar kəndinə göndərmişlər. Daha sonra 9-10 may tarixlərində həmin ərazidən çıxaraq Turşsu isitiqamətinə yollanmışlar və aşağı yol ilə Laçın rayonunun çıxışına qədər getmişlər. Bu barədə heç bir əmr yaxud sənəd verilməmişdir. Daha sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsində müəyyən sənədlər tapıldıqdan sonra ona müharibə veteranı vəsiqəsi verilmişdir. X9 Pirəli digər şahidlərin ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan : -Abşeron rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli 2(012)-3873/2019 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 12.04.1992-ci il tarixdən 17.05.1992-ci tarixədək Şuşa şəhərində Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyən edilməsi barədə ərizəsi təmin edilmişdir. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən 26.02.2020-ci il tarixli 1/M -3080 №-li məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2019- cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə icrası məcburi olan öhdəliklər qoyulmadığına görə iddiaçıya“Müharibə Veteranı”adının vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -Azərbaycan-Qarabağ kpnüllü müdafiə batalyonu tərəfindən verilmiş arayışdan (nömrəsi və tarixi mövcud deyildir) görünür ki, X4 aprelin 12-dən mayın 17-dək həmin batalyonun tərkibində Şuşa şəhərində hərbi əməliyyatlarda iştirak etmişdir. -Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 12.07.2019-cu il tarixli 9/2-9768 №-li arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin komandirinin aprel-may tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat yoxdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 30.01.2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciəti aidiyyəti üzrə baxılmas üçün Müdafiə Nazirliyinə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı özü könüllü müdafiə batalyonun tərkibində döyüşdüyünü bildirdiyindən və onun Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət etməsi barədə hər hansı məlumat olmadığından iş üzrə cavabdeh qismində düzgün olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qoyulmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Qərarda dəyişikliklər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərarının 2-ci bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, arxiv arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinin sübutu kimi Abşeron rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsinə istinad edir. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 12 aprel 2019-cu ıl tarixli, 03 saylı 'Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Qərarın 14-cü bəndində qeyd olunur ki, müvafiq qanunvericilikdə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kımı tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyinin baş verməli anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil muəsıssəsını bitirmə kımı hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunması və ya yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı göstərilən sübutlardan hər hansını məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar