Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-429/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxs X9, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı keçirilən hərrac qaydaları pozulduğundan yenidən hərracın keçirilərək iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə texniki passport və çıxarışın verilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Şahmehi" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.3 ve 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlet Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "Şahmehi kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. X1 rayonu, 2-ci Nügədi kəndindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmaqla 30 ildən artıqdır ki, həmin müəssisəyə rəhbərlik edərək idarə edir. Həmin müddət ərzində müəssisədə bir çox abadlıq işləri görmüş və tikintilər inşa etmişdir. Hətta susuzluqdan əziyyət çəkən kənd əhalisi üçün su arteziani da istifadəyə vermişdir. Bundan sonra həmin bu ərazidə meyvə emalı sexi tikmiş, həmin sex və digər daşınmaz əmlaklar anbarlar, taralar onun təsisçi olduğu "xxxx" kiçik müəssisəsi adı altında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 06 oktyabr 1998-ci ildə mülkiyyətçi kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisi kimi Vergilər Nazirliyindən qeydiyyata alınmış, VÖEN açılaraq fəaliyyətə başlamışdır. Həmçinin "xxxx" kiçik müəssisəsinə bitişik 1994-cü ildə Quba rayon "İİ Nügədi" meyvəçilik sovxozunun komissiyasının 04/1993-cü il tarixli 02 nömrəli əmrinə əsasən X4 40 m. uzunluqda və 20 m. enlikdə yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Lakin manatın bir neçə dəfə devalvasiya olmasına görə, müəssisədə krizis yaranmış və həmin meyvə emalı sexi bir müddət fəaliyyətini dayandırmış və mövcud vəziyyət barədə Vergilər Nazirliyinə xəbər vermişdirlər. Bu yaxınlarda Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2017-ci il tarixli, **********451700 saylı məktub ilə "xxxx" MMC-nin dayandırılması haqqında arayışın vaxtının bitdiyini və xx.xx.2018-ci il tarixindən etibarən uçot məlumatlarında sahibkarlıq fəaliyyətinin bərpa ediləcəyi bildirilmişdir. Lakin, fəaliyyətilərini bərpa etmək imkanları olmadığı üçün bir daha sənədlər yığmış və sahibkarlıq fəaliyyətini uzadılması barədə məktub hazırlayıb Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə ünvanlamışdır. Bütün bunların qeyd edilməsində məqsəd həmin müəssisə və onun yerləşdiyi ərazinin sözügedən şəxslərə məxsus olduğunu bildirməkdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi hərrac qaydalarına riayət etmədən Şahmehi" Məhdud Məsuliyyətli Cəmiyyətini və onun ərazisini Quba rayon "İİ Nügədi" meyvəçilik sovxozu tərəfindən ona verilmiş yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsini Quba rayonu, 2-ci Nügədi kənd sakini X5 alqı-satqı müqaviləsi əsasında 100.000 manata xüsusi mülkiyyət formasında satmışdır. Tərəflərindən xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edilərək yenidən hərac keçirilməsi xahiş olunsa da xx.xx.2023-cü tarixli imtina məktubu verilmişdir. İmtinanın əsası olaraq göstərilmişdir ki, "xxxx"' MMC-nin özəlləşdirilməsi zamanı təqdim olunmuş işçilər haqqında məlumat siyahısında əmək kollektivi haqqında məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası "Torpaq İslahatı haqqında" Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Lakin iddiaçıya sözügedən müəssisənin hərrac yolu ilə satılması barədə heç bir bildiriş yollanılmamışdır, bununla da onun subyektiv hüquqları pozulmuşdur. Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 13 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin hərrac ilə özəlləşdirilməsi qərara alınmış, qeyd edilən müəssisənin özəlləşdirilməsi barədə 28 fevral 2017-ci il tarixli Hərrac Komissiyası iclas keçirmiş, lakin "xxxx"' MMC-nin əmək kollektivinə heç bir məlumat verilməmiş, ilk olaraq həmin müəssisənin özəlləşdirilməsi əmək kollektivinə təklil olunmamış və hərracın keçirilmə və təşkili qaydaları pozulmuşdur. Eyni zamanda hərracın keçirilmə prosesi ilə bağlı məlumatların əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğular ünvanlansa da sorğulara dolğun məlumatlarla cavab verilməmişdir. “İpoteka haqqında" Qanunun 43.5-cü maddəsinə əsasən, Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Lakin "xxxx"' MMC-nin əmək kollektivinə heç bir məlumat verilməmiş, ilk olaraq həmin müəssisənin özəlləşdirilməsi əmək kollektivinə təklil olunmamış və hərracın keçirilmə və təşkili qaydaları pozulmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, digər cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Xaçmaz Ərazi Şöbəsinə ərizə ilə yenidən hərracın keçirilməsi üçün müraciət olunsa da, bu günə kimi ərizəyə cavab verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasına dəvət edilsə də məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə daxil olmuş vəsatətində məhkəmə iclasının videokonfrans formatında keçirilməsini məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının və nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən "xxxx" MMC-nin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın qaydaları pozulduğundan yenidən hərrac keçirilməsi, İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanların üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərdən hesab edirlər ki, iddia əsassızdır və rədd edilməlidir. Dövlət müəssisəsi olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Əmlak Məsələləri Dövlət Komitəsi olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət ProqramTnın 7.3-cü bəndinə əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət ProqramTnın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 13 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və həmin müəssisəyə dair xx.xx.2017-ci il tarixində keçirilmiş hərracda X18 hərracın qalibi olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi ilə X18 arasında xx.xx.2017-ci il tarixli, 3350 nömrəli alqı- satqı müqaviləsi bağlanmış və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyin tələblərinə riayət etməklə həyata keçirilmişdir. İddiaçı isə iddia ərizəsində öz tələbinin hüquqi əsası kimi hərrac keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulduğunu qeyd etmişdir. Bununla əlaqədar bildiririk ki, dövlət əmlakının hərrac vasitəsilə satışı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir. Belə ki, Mülki Məcəllənin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Buna uyğun olaraq dövlət əmlakının hərrac vasitəsilə satışı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalan”na uyğun olaraq həyata keçirilir. İddiaçı həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 17.1-ci maddəsinin tələblərinin - yəni, əmək kollektivi üzvlərinin güzəştli satış hüquqlarının pozulduğunu və ilk olaraq həmin müəssisənin özəlləşdirilməsinin əmək kollektivinə təklif olunmadığını və hərrac barədə onlara məlumat verilmədiyini bildirmişdir. Bununla əlaqədar bildirirlər ki, özəlləşdirmə zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmək kollektivi mövcud olmamış və müəssisə fəaliyyət göstərməmişdir. İddiaçının və digərlərinin "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvləri olubolmaması məsələsi artıq bir dəfə məhkəmə araşdırmasının predmeti olmuş və buna qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Belə ki, hazırkı İddiaçı və digərlərinin "xxxx" MMC- nin özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın və onunla bağlı verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair iddiasının rədd edilməsi barədə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 3450/2019 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-2211/2020 nömrəli qərarında (5-ci səhifənin sonuncu abzası) qeyd edilmişdir ki, “işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların əsas iş yerinin "xxxx" kiçik müəssisəsi olması, onların həmin müəssisədə əvvəlki iş yerlərinə qayıtmaq hüquqlarını saxlamaları, eləcə də onların sonradan özəlləşdirilən həmin müəssisədə 7 ildən çox çalışmaları, həmin müəssisədən təqaüdə çıxmaları və 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin sayı və ştatların ixtisarı nəticəsində işdən azad olunaraq işsiz kimi qeydiyyata alınmaları mülki iş materialları ilə təsdiq olunmur”. Eyni zamanda, Ali Məhkəmənin qərarında (8-ci səhifənin 3-cü abzası) qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıların hazırkı tələblə bağlı iddia qaldırmaq hüquqlarının (subyektiv hüquq) olması baxımından mübahisəyə hüquqi qiymət verib, düzgün olaraq qeyd etmişdir ki, iddiaçılar hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmayıblar”. Beləliklə, hazırkı iddiaçının "xxxx" kiçik müəssisəsinin işçisi olub-olmaması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilərək, iddiaçının həmin müəssisənin əmək kollektivinin üzvü olmadığı, bu səbəbdən müəssisənin özəlləşdirilməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, iddiaçının "xxxx" kiçik müəssisəsinin əmək kollektivinin üzvü olmaması artıq qanuni qüvvəyə minmiş digər bir məhkəmə qərarı ilə təsdiq edilmişdir və həm iddiaçı, həm də cavabdeh həmin məhkəmə işinin tərəfləri olmuşdurlar. Bununla da iddiaçının "xxxx" kiçik müəssisəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olmadığı və bu səbəbdən həmin müəssisənin özəlləşdirilməsinə dair keçirilmiş hərracın qanuniliyini mübahisələndirmək üçün subyektiv hüquqa da malik olmadığı öz təsdiqini tapır. Digər tərəfdən, iddiaçı özəlləşdirmənin qanuniliyini artıq bir dəfə məhkəmədə mübahisələndirmiş və həmin iddiaya Sumqayıt Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılaraq müəssisənin özəlləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyi, hərracın qanuni keçirildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxanda istinad olunan xx.xx.2020- ci il tarixli qərarında (6-cı səhifənin 3-cü abzasında) qeyd edilmişdir ki, "... işdən görünür ki, sözügedən Cəmiyyət ("xxxx" MMC) dövlət əmlakı olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən sərəncamına əsasən özəlləşdirməyə açıq elan edilərək və bu barədə qanuni şəkildə “Mülkiyyət” qəzetinin 29 yanvar 2017-ci il və 4 mart 2017-ci il tarixli buraxılışlarında elan verilməklə müvafiq hərrac keçirilib və hərrac zamanı Cəmiyyət qanuni əsaslarla 100 000 manata Şaiq Orucova satılıb və hazırda əmlak kompleksi kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınıb”. Həmçinin iddiaçı və digərləri tərəfindən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli və həmin müəssisənin hərrac yolu ilə özəlləşdirilməsinə dair Komitənin xx.xx.2017-ci il tarixli, 13 nömrəli sərəncamları məhkəmədə mübahisələndirilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.4-cü bəndinə əsasən mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Bildiririk ki, iddiaçının mövqeyi şəxsi ehtimallarına əsaslanır və heç bir hüquqi əsası mövcud deyildir. Əlavə olaraq bildirirlər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsi Xidmətin struktur bölməsi olmaqla ayrıca hüquqi şəxs olmadığından, ərazi şöbəsi məhkəmədə cavabdeh kimi çıxış edə bilməz. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia əsassız olmaqla yanaşı iddiaçının hazırkı iddianı məhkəmədə qaldırmağa subyektiv hüququ da yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir. X19 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X19 iştirak etmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin araşdırılmış hallarından görünür ki, “İddiaçılar X6, X14, X10, İddiaçı, X7, X20, X21 və X11 (bundan sonra iddiaçılar) cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X15 (bundan sonra cavabdehlər) qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin (hakim L.E.Mirzəyeva, 2- 1(118)-1338/2021 saylı iş) 16 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından iddia mümkün sayılmalı deyildir. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözügedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. İddiaçılar iş üzrə cavabdeh qismində Ş.Orucovu qeyd etmişlər. Lakin, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında fiziki şəxsin fiziki şəxsə qarşı iddialarına baxılması nəzərdə tutulmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) 2-1(105)-133/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 873/2022 saylı Qərarı: ...
22. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından və iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı "xxxx" MMC sex rəisi X2 vərəsəsi X6 və digər iddiaçıların cavabdehlər X18 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “əmlak kompleksi kimi müəssisəyə dair keçirilmiş hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiaları üzrə Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK-nın yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 04 aprel 2017-ci il tarixli, 05 saylı hərracın nəticələri və həmin hərracın nəticəsində bağlanılmış 05 aprel 2017-ci il tarixli, 3350 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Şaiq Orucovun adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında 28 dekabr 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsinin qismən - “qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Belə olan halda iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözügedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Belə ki, sadalanan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli "xxxx" MMC-nin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin, işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli cəmiyyət onun bazasında yaradılıb, əvvəllər işçilərlə bağlanmış müqavilələr ləğv edilsə də, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMC əmək kollektivinin üzvü olmayıb.
24. İddiaçılar ərizələrində hər iki sərəncamın əsassız olduğunu qeyd etsələr də, iş materiallarından görünür ki, "xxxx" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.3 və 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. .....
30. İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehlərə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir.” Göründüyü kimi mövcud mübahisə üzrə kifayət qədər məhkəmə araşdırması mövcuddur. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan qərarlar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova