Məhkəmə qərarları › İş №2-1(118)-429/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-429/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-429/2025 10.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 60 yaşının tamam olduğunu və əmək kitabçasında qeyd edilmiş konkret çilingər peşə adının Siyahıda açıq şəkildə göstərilməsinin güzəştli şərtlərlə pensiya hüququmun əldə edilməsi üçün əsas, 12,6 (25) il iş stajının və habelə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarının olduğunu nəzərə alaraq, ona xx.xx.2017-ci il tarixdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair məhkəmə aktı çıxarılmalıdır. Onun Sumqayıt Metallurgiya X1 (Qara Metallar) Domna istehsalatında xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək 23 il ərzində çilingər vəzifəsində işlədiyinə, peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı və 23.01. 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun və yaşının 60-dan yuxarı olduğu- yaşa görə pensiya təyin edilməsi güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış tələb olunur. Cavabdehin xx.xx.2022-ci il tarixil **********0 saylı məktubundan görünür ki, müvafiq sənədlər tam şəkildə Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxıla bilər. 23 il (12 il 6 aydan çox güzəştli iş stajı) işlədiyi Sumqayıt Metallurgiya Zavodu ləğv olunduğu, arxiv sənədləri Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinə verildiyi, habelə Döviət Əmlak Məsələləri Xidməti mənə verilən Arayışa və Cədvələ möhür vurmadığı üçün DSMF xx.xx.2017-ci ildən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək istəmir. "xxxx" ASC-nin baş mühasibi onun güzəştii şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair Arayışı və Cədvəli tərtib edib, imzalayıb. İddiaçı həmin Arayışa və Cədvələ möhür vurulmasını Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovdan və köməkçisindən dəfələrlə xahiş etmiş, hətta xx.xx.2023-cü il tarixli rəsmi qaydada yazılı ərizə təqdim etmişəm, amma nəticəsiz qalıb, bu günə qədər cavab verilməyibdir. Həmin Arayışa və Cədvələ möhür vurulmasına və habelə güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsinə nail ola bilmədiyinə görə Məhkəməyə müraciət edirəm və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə müqayisə edirəm.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-424/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq olunub ki, Yalnız şikayətçinin əmək kitabçasında qeyd edilmiş konkret oesə adının Siyahıda açıq səkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər.Cavabdeh əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir.Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Daha sonra iddiaçıya təqdim etdiyi imtina məktubunda bildirmişdir ki, “Təqdim etdiyiniz xx.xx.1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızın surətində xx.xx.1978-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərmetaltəmirtikinti” İB-nin “Domnatəmir” TTQ idarəsində çilingər peşəsində işlədiyiniz qeyd olunub. Fond tərəfindən aparılmış çoxsaylı yoxlamalar nəticəsində sözügedən müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Bu səbəbdən həmin dövr sığorta stajınıza daxil edilməyib. Bildiririk ki, ümumi sığorta stajınız 25 ildən az (17 il 6 ay 11 gün) xx.xx.1975-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər təşkil edir, eyni zamanda qanunvericiliklə tələb olunan güzəştli iş stajınız yoxdur. Həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 17664,17 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”...Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-S-204549/2024 nömrəli məktubu, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid Əmək kitabçasının surəti, H3 ******* nömrəli hərbi biletin surəti, DSMF və Azərboru ASC-nin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli Akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun sosial sığorta stajının tamam olması və pensiya yaşına çatdığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-S-204549/2024 nömrəli məktubu ilə müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının azı 25 il ümumi sığorta stajının mövcud olması; 2.İddiaçının azı 12 il 6 aydan çox güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi əmək stajı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən azdır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1978xx.xx.2001-ci ilədək “Domnatəmir” TTQ idarəsində işləməsi ilə bağlı qeydlər vardır. Cavabdeh inzibati orqan inzibati icraata apararaq sözügedən müəssisənin nəzdində olmuş Mərkəzidomna təmir trestində xx.xx.1994-cü ildən sonrakı illərə münasbətdə iddiaçının işləməsi ilə bağlı məlumatlar aşkar etməmişdir. Məhkəmənin icraatında olmuş digər inzibati işin materiallarından götürülmüş arxiv məlumatlarından görünür ki, müəssisənin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin, müvafiq müəssisədə həmin ərəfədə işləmiş digər şəxs X3 barəsində DSMF və Azərboru ASC-nin birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli Aktından da görünür ki, Mərkəzidomna təmir tresti Azərbaycan Boruyayma Zavodunun ərazisində yerləşməklə müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq domna sobalarının təmiri üzrə həmin zavodda xidmət göstərmişdir.Mərkəzidomna təmir tresti Rusiya Federasiyasının Sumqayıt filialı kimi fəaliyyət göstərmişdir. Xidmət göstərdiyi domna sobalarına təlabat olmadığından müəssisənin xx.xx.1994-cü ildən fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının Mərkəzidomna təmir trestində 0xx.xx.1994-cü ildən sonra işləməsinə dair kifayət qədər şübhəli məqamlar olduğundan, onun həmin müəssisədə işlədiyi illəri iş stajına daxil edilməsi məqsədəmüvafiq deyildir. Belə olan halda iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Ona görə iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar