Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4293/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1997-ci il tarixli 05 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin İddiaçı mülkiyyəti kimi qeydə alınmış 0.05 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirloyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən faktiki sahəsi 0,1041 hektar, tikinti altı sahəsi 0,0321 hektar olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin qəbul edilməsindən imtinasını əsassız və qanunsuz hesab edib bütövlükdə 0,1041 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədin qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1997-ci il tarixli 05 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin İddiaçı mülkiyyəti kimi qeydə alınmış 0.05 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci il yanvar ayında iddiaçının anası X3 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair 11821 reyestr nömrəli texniki pasport verilmişdir. Həmin texniki pasportda həyətyanı torpaq sahəsinin faktiki sahəsi 0,1041 ha, tikintialtı sahəsi 0,0321 ha göstərilmişdir. Növbəti dəfə xx.xx.2016-cı il tarixdə **********- 11301 reyestr nömrəli texniki pasport verilmişdir. Həmin sənəddə də torpaq sahəsinin faktiki sahəsi 0,1041 hektar, tikinti altı sahəsi 0,0321 hektar kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********47-11301 qeydiyyat nömrəli çıxarışla həmin torpaq sahəsinin 0,0236 ha hissəsi üzərində istifadə hüququ rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi vərəsəlik qaydasında iddiaçıya keçdikdən sonra xx.xx.2024-cü il tarixli, **********34-11301 reyestr nömrəli çıxarışda və texniki pasportda torpaq sahəsinin ölçüsü 0,05 ha kimi göstərilmişdir. İddiaçı geriqalan sahə üzərində mülkiyyət hüququnun tanınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə 17 aprel 2024-cü ildə müraciət etsə də, həmin torpaq sahəsi barəsində Abşeron rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1997-ci il tarixli sərəncamında torpaq sahəsinin ölçüsünün sahəsinin qeyd olunmaması əsas göstərilərək müraciətindən imtina edilmişdir. Halbuki, mübahisələndirilən 0,1041 ha torpaq sahəsi 1997-ci ildən bəri iddiaçının istifadəsindədir və vahid hasarla çərçivələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı sözügedən arxiv əsaslarında torpaq sahəsinə dair Abşeron rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1997-ci il tarixli 05 nömrəli sərəncamı aşkar edilsə də, sözügedən sərəncamda torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı bildirilmiş və bu əsasla iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan: - “Abşeron” bağçılıq yoldaşlıq tərəfindən verilmiş üzvlük kitabçasından görünür ki, -1997-ci ilin yanvar ayında X1 adına tərtib edilən 13934 inventar nömrəli 11821 reyestr nömrəli və xx.xx.2016-cı il tarixli Abşeron rayonu Novxanı bağ sahəsinə dair texniki pasportdan görünür ki, həyətyanı torpaq sahəsinin faktiki ölçüləri 1040.6 kv m, tikintialtı sahənin 321.0 kv m təşkil edir. - xx.xx.2024-cü il tarixli, **********34-11301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. -cavabdeh orqanın mühəndisi tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, mübahisıli torpaq sahəsinin faktiki ölçülərinin 0.10406 ha təşkil etməsi müəyyən edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaşın arxivə təqdim etdiyi sənədlər toplusunda sözügedən torpaq sahəsinin ölçüsünün 0,10 ha oluğu qeyd edilmişdir, lakin arxiv fondunda araşdırıma zamanı məlum olmuşdur ki, torpaq sahəsi ayrılması barədə qərarda torpaq sahəsinin ölçüsü barədə məlumat qeyd edilməmişdir və Abşeron rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 150/6 №-li qərarının vətəndaş Ağayeva Balaxanımın adına olan arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 1997-ci il tarixli 05 saylı sərəncamından görünür ki, X2 Abşeron rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 150/6 saylı qərarı ilə ayrılmış 814 N-li bağ sahəsindən istifadə etmədiyinə görə özünün və ailəsinin razılığı ilə yaxın qohumu X1 adına keçirilməsi qərara alınmışdır. Həmin sərəncamla Abşeron rayon bağçılıq-bostançılıq birliyinin sədri T.Abdullayevə həmin sahəni vətədaşa tanıtması tapşırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsininı izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda iki cür texniki pasport nəzərdə tutulmuşdur. 1) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ........ 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. 2) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ......2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Göründüyü kimi iddiaçının təqdim etdiyi fərdi yaşayış evinə dair texniki pasport qeyd olunan Siyahının 2.4-cü bəndində göstərilən texniki pasportlara uyğundur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncamda torpaq sahəsinin ölçüsünün qeyd olunmaması iddaçıya imtina cavabının verilməsi üçün mötəbər dəlil hesab edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 05 sərəncamı əsasında ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan hazıradək iddiaçının istifadəsindədir. Həmin sərəncamla eyni vaxtda tərtib edilən texniki pasportdan görünür ki, torpaq sahəsinin ölçüləri 10401 kv m təşkil edir. Bundan sonra da tərtib edilmiş texniki pasportda eyni ölçülər qeydə alınmışdır. Məhkəmə torpaq sahəsinin 0.05 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədləri tələb etmişdir. Həmin sənədlərdən hansı əsasla məhz 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının səbəbi aydın olmur. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1997-ci il tarixli 05 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin İddiaçı mülkiyyəti kimi qeydə alınmış 0.05 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının 10 yanvar 1997-ci il tarixli 05 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin İddiaçı mülkiyyəti kimi qeydə alınmış 0.05 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4293/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4293/2024
10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver