Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4293/2025 25.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon İHB-nın Piral kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli 61 saylı doğum haqqında akt qeydində dəyişiklik edilməklə adının “Əziz”, təvəllüdünün isə “xx.xx.1961-ci il” qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Qusar rayonu, Yasab kəndində anadan olmuşdur. Bu barədə həmin vaxt doğum haqqında akt qeydlərini tərtib etmək səlahiyyəti olan qurum tərəfindən (indiki Qusar rayon İHB-nın Piral kənd İƏP üzrə Nümayəndəliyi) tərəfindən adına doğum haqqında akt qeydi tərtib olunmuşdur. Lakin məlum olmuşdur ki, doğum haqqında akt qeydində iddiaçının adı ‘'Əziz” əvəzinə “Əzim”, təvəllüdlü isə “xx.xx.1961-ci il” əvəzinə “xx.xx.1962-ci il” göstərilmişdir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq düzəlişlərin edilməsini xahiş etsə də, həmin şöbə bundan imtina edərək məhkəməyə müraciət etməyini bildirmiş, bu barədə 10 yanvar 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktub vermişdir. İddiaçının təvəllüdlünün “xx.xx.1961-ci il”, adının isə "Əziz” olması şəxsiyyətini təsdiq edən sənədlə təsdiq olunur, eyni zamanda, bütün ailə üzvləri və qohumlarım da bunu təsdiq edirlər. Bu barədə mübahisə yaradan hər hansı şəxs mövcud deyil. Doğum haqqında akt qeydində adının və təvəllüdünün düzgün yazılmaması akt qeydini tərtib etmiş orqanın əməkdaşlarının səhvinə görə olmuşdur.
3. Cavabdeh 10 yanvar 2025-ci il tarixli, 3-16-/8-xx-xx/2025 məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Sizin doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizənizə cavab olaraq bildirik ki, tərəfimizdən araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, sizin AZE №0******* seriyalı şəxsiyyət vəsiqənizdə adınız “Əziz” yazılsa da, Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1962-ci il tarixli 61 saylı doğum haqqında akt qeydində adınız “Əzim” kimi qeyd olunmuşdur. Ona görə də, adınızın “Əzim” dən “Əziz”ə dəyişdirilməsi tərəfimizdən mümkün deyil. Həmçinin sizin təvəllüdünüzün “15.021962”-ci il əvəzinə “xx.xx.1961”-ci ilə düzəliş edilməsi barədə müraciətinizə baxılan zaman müəyyən olunmuşdur ki, Cavabdehnə təqdim edilmiş şəxsiyyət vəsiqəsində arxivimizdə saxlanılan Qusar rayon Piral kəndi İƏD üzrə xx.xx.1962-ci il tarixli 61 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1962-ci il göstərilmişdir.Təvəllüdünüzün xx.xx.1961-ci il olmasını təsdiq edən heç bir sənəd və əsas yoxdur. Bildiririk ki, VVA akt qeydlərində düzəlişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən aparılır. X1 qeydindəki səhvlərin düzəlməsi kifayət qədər əsaslar olduqda rayon Qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, təvəllüdünüzün “15.02,1962”-ci il əvəzinə“xx.xx.1961”-ci il və adınızın “Əzim”dən “Əziz”ə düzəliş edilməsi tərəfimizdən qeyrimümkündür. Kifayət qədər əsaslar olmadığına görə doğum haqqında akt qeydində dəyişiklik olunması, həmçinin həmən doğum haqqında akt qeydinin sizə məxsus olması ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz.”.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Vəsiqədə şəxsin adı “Əziz” kimi göstərilmişdir.
13. Cavabdeh tərəfindən verilmiş 11 yanvar 2025-ci il tarixli, 39 nömrəli arayışdan görünür ki, İddiaçı barəsində Cavabdehndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları: Cavabdeh və Qusar RİHB-nın Piral kənd İƏD üzrə 1958-1964-cü illərə dair ilkin və 1957-1965-ci illərə dair bərpa akt qeydləri yoxlanılmışdır.
14. Qusar Rayon İcra Hakimiyətinin Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 205-ci i tarixli, 5-63-29/2-Q-14-xx-xx/2025 nömrəli arayışdan görünür ki, Qusar rayonunun Yasab kənd sakini İddiaçı həqiqətən hal-hazırda Qusar rayonunun Yasab kəndində yaşayır.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 21 aprel 2025-ci il tarixli, 18/2-10736/25 nömrəli məktubundan görünür ki, İddiaçı ilk dəfə xx.xx.2005-ci il tarixdə AZE seriyalı 03338091 nömrəli, 2110.2011-ci il tarixdə AZE seriyalı 0******* nömrəli nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. İddiaçı şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
16. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı məxsus xx.xx.1962-ci il tarixli, 61 saylı doğum aktı qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur: - xx.xx.1962-ci il tarixli, 61 saylı doğum aktı qeydinin təsdiq olunmuş surətinə əsasən, X2 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. IV. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. X1 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi X1 qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, X1 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - X1 qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; - X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; - X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası” 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X1 dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X1 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
IV. Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
22. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ona məxsus Qusar rayon İHB-nın Piral kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 61 saylı doğum haqqında akt qeydində dəyişiklik edilməklə adının “Əziz”, təvəllüdünün isə “xx.xx.1961-ci il” (düzəliş) edilməsini xahiş edir.
23. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, şəxsiyyət vəsiqəsində ad qrafasında şəxsin adı “Əzim” deyil, məhz “Əziz” olaraq, doğum tarixi qrafasında “xx.xx.1962” yox, “xx.xx.1961” qeyd olunmuşdur.
24. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 21 aprel 2025-ci il tarixli, 18/2-10736/25 nömrəli məktubuna əsasən, İddiaçı ilk dəfə xx.xx.2005-ci il tarixdə AZE seriyalı 03338091 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE seriyalı 0******* nömrəli nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Lakin İddiaçı şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.
25. Belə olan halda, məhkəmə iddiaçının doğum akt qeydində adının “Əzim”, doğum tarixinin “xx.xx.1962-ci il” kimi yazılmasını texniki yalnışlıq olaraq qiymətləndirir.
26. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
27. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə iddiaçının adının “Əziz”, doğum tarixinin “xx.xx.1961-ci il” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və onun adı “Əzim” kimi deyil, “Əziz”, doğum tarixi “xx.xx.1962-ci il” kimi deyil, “xx.xx.1961-ci il” kimi göstərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
28. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1962-ci il tarixində Qusar rayon İHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyində tərtib edilmiş 61 nömrəli doğum haqqında akt qeydində adının “Əzim” qrafasında “Əziz” kimi, doğum tarixinin “15 fevral 1962-ci il” qrafasında “xx xxxx 1961-ci il” yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4-Abbaszadə