Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4295/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı təmsilçisi X3 iştirakı ilə İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2nə qarşı "xxxx" MMC-nin təsisçisi Ağazadə Qəhrəman tərəfindən ünvan 1 ünvanlı "xxxx" kiçik müəssisəsinin adına olan 237 kv.metr sahəli bir mərtəbəli obyektin xx.xx.2007-ci ilin texniki sənədində göstərilən köhnə yerinə bərpa olunması və bu tikintiyə törədilən maneələrin aradan qaldırılması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Şikayətinə səbəb 42-ci məhəllə, Koroğlu prospektində yerləşən "xxxx" MMC-nin balansında olan 237 kv.m sahəli, milli musiqi alətləri təmiri və istehsalını nəzərdə tutan qeyri yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz öz başına sökülməsidir. Məlumat üçün bildirir ki, cavabdehlə aralarında hələ 1999-cu ildə sözü gedən 237kv.m sahəli obyektlə qonşuluqda yerləşən digər 1220 kv.m sahəli birgə mülkiyyətin bölünməsinə dair mübahisə düşmüş və nəticədə 19 iyul 1999- cu il tarixli qətnamə ilə pay bölgüsü aparılmışdır.Bu qətnamədə öz təsdiqini tapan Sumqayıt Şəhər XDS-nin rəyasət heyətinin 22 saylı protokulu xx.xx.1992-ci il tarixli qərarı ilə əslində 1220 kv.m sahə deyil, ilkin olaraq 7 saylı protokol əsasında 220 kv.m sahədə 2 mərtəbəli ( 480kv.m) "xxxx" müəssisəsinə alətlərin təmiri üçün torpaq sahəsi ayrılmışdır. X7 birgə fəaliyyət müqaviləsinin şərtlərini realizə etmək üçün rəyasət heyətinin köhnə qərarı əsasında sözü gedən ( 220 kv.m) 237 kv.m sahəli ayrıca obyektə şamil olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə qət edilmiş 4 iyun 2009-cu il tarixli qətnaməyə əsəsən X4 "xxxx" müəssisəsi, yəni sözügedən ( 220 kv.m ) 237 kv.m sahəli ayrıca obyektə şamil olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə qət edilmiş 4 iyun 2009-cu il tarixli qətnaməyə əsasən X4 "xxxx"müəssisəsi, yəni sözü gedən (220kv.m) 237 kv.m sahəli əmlaka vərəsəlik hüququ tanınmışdır. Bundan xəbər tutan cavabdeh qabaqca iddiaçının binada ümumi girişdən istifadəsinə məhdudiyyət qoymuş, məcbur olub şəxsi vəsaiti ilə çöldən 2-ci mərtəbəyə ayrıca giriş pilləkəni tikdirmişdir. Daha sonra cavabdeh 2010-cu ildə sözügedən (220 kv.m ) 237 kv.m sahənin dam hissəsini, beton tava pilətələr, pəncərə və qapılarını söküb satmışdır. 2015-ci ildə isə qapalı şəraitdə sözü gedən (220 kv.m ) 237kv.m kvm sahənin iç divarlarını traktorla dagıtdırmış, daşını satmışdır və sonda 2019-2020 ci ildə isə həmin sözügedən ( 220 kv.m) 237 kv.m sahənin beton özül blokların kranla çıxarıb yüklüyərək satmışdır. Yuxarıda sözü gedən satışlardan cavabdeh Bakıdan qızları üçün aldığı iki mənzilin təmirinə sərf etmişdir. İki mərtəbəli ümumi binada 2019-cu ildə baş vermiş fövqəladə qəzaya səbəb məhz bu sözügedən (220kv.m ) 237kv.m sahəli yerin mütəmadi sökülməsi əsas səbəb olmuşdur. 1993-cü ilə, yəni birə müqaviləyə qədər sözü gedən ( 220kv.m kv m) 237 kv.m sahəni müstəqil inşa etmək üçün "xxxx" müəssisəsi tərəfindən alınan tikinti materiallarının siyahısı aşağıdakılardır: 25000 mişar daşı, 100 ədəd beton özül bloku, 25 ədəd beton tava örtüyü, 11 ton sement. Bunların təhvil təslim aktlarını sistemə, ərizəyə əlavə edir. Nəbiyev Oruc tərəfindən qəsdən dağıdılmış sözügedən ( 220kv.m) 237 kv.m sahəli obyektin inşası zamanı sərf olunan əlavə xərclər (tikinti materiallarının daşınması,layihəsmeta və torpaq alınması xərcləri,usta-fəhlə və mühafizə xərcləri, qapı pəncərə sifarişi və kommunikasiya xətlərin çəkilişi xərcləri və s.) də vardır. Bu xərclər tələb olunan kompensasiya səbəbdir. Aralarında gedən mübahisə zamanı digər məsələlər üzrə istər FHN-nin, istərsə də Məhkəmə Mühəndis Ekspertizasının qərəzli rəyləri mövcuddur. Sözügedən ( 220 kv.m) 237kv.m sahəli obyektin sökülməsinə dair hər hansı ətraflı araşdırma aparılmamışdır deyə buna zərurət qalır. Cavabdehə məxsus 2 mərtəbəli binaya dair xx.xx.2007-ci il tarixli texpasportda sökülməmiş sözü gedən (220 kv.m ) 237 kv.m sahə binanın birinci mərtəbəsində arxa tərəfdə "Tello” müəssisəsinə məxsus ayrıca sahə kimi qeyd olunmuşdur. Bugün həmin sahənin yalnız yan və arxa divarı qalır. Cavabdehə məxsus iki mərtəbəli bina girov səbəbindən artıq 2021-ci ildən Kapital bankın balansındadır. Kapital Bank bugünkü mülkiyətçidir o da bu səbəbdən iddiaçıya mane ola bilər. İcra Hakimiyyəti sputniklə müşahidə ilə daşı daş üstə qoymağa mane olur, bu barədə xx.xx.2019 tarixli cavab məktubu da var. Nəbiyev Orucla 25 ildir ki, izdivacı var. Mülkiyyət hüququnu itirsə də binanın açarlarını özündə saxlayıb, işə mane olur, "Telloya" məxsus 237 kv.m sahəli obyekti tikib bərpa etməyə qərəzçilik edib mane olur."xxxx" müəssisəsinin təsisçisi mərhum atası Ağayev Səlim 2 mərtəbəli 480 kv m sahəli tikilinin birinci mərtəbəsini tikmiş, ikinci mərtəbə materialların Nəbiyev Orucla şərik qonşu binaya yönəltmişdir. Fövqalədə Hallar Nazirliyinin tikintiyə münasibəti xx.xx.2020-ci il tarixli məktubunda əksini tapmışdır. Bu tikilini qəsdən dağıtmış Nəbiyev Orucu zərərin ödənilməsi tələbi ilə Bakı Kommersiya məhkəməsinə vermişdir. Orucdan alacağı pulnan bu 237 kv metr sahəni bərpa edəcəkdir. Nümayəndələrinin gözünün qabağında sökülmüş, bu qurumlar heçnə etməmişlər. Lakin bu obyekti bərpa etmək istəyəndə mane olurlar. Üçüncü şəxs Nəbiyev Orucun qanunsuz hərəkətlərindən hələ xx.xx.2010-cu ildə Sumqayıt şəhər prokurorluğuna şikayət etmişdir, faydası olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Tello MMC-nin nümayəndəsi X5 hüquqi yardım edilmiş, tələbi aydınlaşdırılmışdır. İzahatında bildirmişdir ki, onun qonşu payçı ilə mübahisəsi olmuşdur. Həmin şəxsi üçüncü şəxs olaraq qeyd etmişdir. Söküntünü edən odur. Dövlət orqanlarını cavabdeh göstərməsində səbəb 2019-cu il tarixdə obyektin bərpasını həyata keçirmək istəyəndə cavabdeh qurumların müdaxiləsi olmuşdur. Obyektin sadəcə ön divarını bərpa etmək istəyir. Üçüncü şəxslə dəymiş ziyanın ödənilməsi ilə bağlı kommersiya məhkəməsində mübahisələri olmuş, təmin edilməmişdir. Ziyanın ödənilməsini istəmir. Niyyəti obyektin bərpasıdır. Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı MMC-nin təsisçisi X3 Sumqayıt Şəhər İcra Hakimiyyətinə hər hansı müraciəti daxil olmamış və sözügedən məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Tello" MMC-nin təsisçisi Ağazadə Qəhrəman tərəfindən ünvan 1 ünvanlı "xxxx" kiçik müəssisəsinin adına olan 237 kv.metr sahəli bir mərtəbəli obyektin xx.xx.2007ci ilin texniki sənədində göstərilən köhnə yerinə bərpa olunması və bu tikintiyə törədilən maneələrin aradan qaldırılmasını istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iddiaçının həmin tələblə cavabdeh orqanlara rəsmi müraciəti müəyyən olunmur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının cavabdeh orqana müraciəti məhkəmədə iddia qaldırdıqdan sonra olmuşdur. Belə ki, iddiaçının Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciəti xx.xx.2023-cü il tarixdə olmuş, müraciətlərinə xx.xx.2023-cü il tarixdə cavab verilmiş, bildirilmişdir ki, məhkəmə qərarından sonra müraciətdə qeyd edilən məsələyə təkrar baxılacaqdır. Bundan əlavə məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, tələbi aydınlaşdırılmışdır. Müəyyən edilmişdir ki, iddiaçının qonşu payçı ilə dəymiş ziyanın ödənilməsinə dair məhkəmə mübahisələri olmuş, iddia təmin edilməmişdir. O, hazırda ziyanın ödənilməsini deyil, 237 kv.metr sahəli bir mərtəbəli obyektin xx.xx.2007-ci ilin texniki sənədində göstərilən köhnə yerinə bərpa olunmasını istəyir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı bir mərtəbəli obyektin xx.xx.2007-ci ilin texniki sənədində göstərilən köhnə yerinə bərpa olunmasını istəsə də həmin obyektin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.19-cu və 3.0.21-ci maddələrinə istinadən bərpa edilməli və ya əsaslı təmir edilə biləcək vəziyyətdə olması halı müəyyənləşdirilməmişdir. Belə ki, Məcəllənin : 3.0.19-cu maddəsinə əsasən tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi; 3.0.21-ci maddəsinə əsasən tikinti obyektinin bərpası – istismara yararsız vəziyyətə düşmüş obyektin müvafiq layihə əsasında tikinti-quraşdırma işləri yerinə yetirilməklə ilkin vəziyyətə qaytarılması; İddiaçı qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına görə tikilinin bərpa və ya əsaslı təmir edilməli olmasını müəyyən etmək üçün ilkin olaraq səlahiyyətli inzibati orqanın rəyini almalıdır. Bundan sonra müvafiq tələblə cavabdeh orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, tikilinin bərpa və ya əsaslı təmir edilməli olmasını müəyyən etdikdən sona məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4295/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4295/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver